Sabirabaddakı “Görüş” restoranının sahibi “Karyer Rasim”ə DUR deyən tapılacaqmı ? - Ekologiya nazirliyi niyə ağzına su alıb susur ?
Hər gün “Görüş”də yeyib-içən rayon rəhbərliyi bu qanunsuzluqları görmür ?
Bu yazının baş “qəhrəman”ı “Karyer Rasim” olduğu üçün bu məsələ ilə bağlı yaranmış problemlərə nəzər salaq.
Məlumdur ki, son 10-15 ildə Azərbaycanda bir tikinti bumu yaşanır. Yeni tikilən göydələnlər, otellər, restoranlar, istirahət mərkəzləri və s üçün əlbəttə inşaat materialları lazımdır.
İnşaat materiaları da əsasən taxta, daş, qum-çınqıl və s ibarətdir.
Rəsmi statistikaya görə, tikinti materiallarının çoxu yerli ehtiyyatlar hesabına ödənilir.
Ona görə də tikintiyə lazım olan taxtanın çoxu meşələrimizin qırılması hesabına ödənilir. Bunu neçə illərdir ki, yazırlar. Hətta keçmiş ekeologiya naziri Hüseynqulu Bağırovu buna görə çox ittiham ediblər. Ancaq heç bir faydası yoxdur. Yenə meşələrimizin qırılması, yaşıllıqların məhv edilməsi prosesi davam edir.
Bu adamlar qanmır ki, Qafqazda ən az meşə sahələri Azərbaycandadır. Bu az sahəni də məhv edəndən sonra yerdə nə qalacaq.
Digər dəhşətli problem tikinti üçün lazım olan daş, qım-çınqıldır.
Bunu nəzərə alan işbazlar, yüzlərlə daş karxanası, qum-çınqıl sexləri açıblar.
Onu da qeyd edək ki, bunun üçün uzun müddət Ekologiya nazirliyi milyonlarla rüşvət alaraq bu işbazlara icazə verib.
Həmən daş karxanalarının, qum-çınqıl sexlərinin sahibləri hər ay ekologiya nazirliyinə, icra başçılarına aylıq veriblər.
Məsələn, Qaradağ rayonu ərazisindəki özəl karxana sahibi hər ay icra başçısına, hüquq mühafizə orqanlarına nə isəverməsə 1 gün də işləyə bilməz.
O cümlədən də qum-çınqıl sexlərinin sahibləri.
Deməli, karyer-karxana sahibləri və məmurlar milyonlar qazanır, təbiətimizə, ekologiyamıza isə sağalmaz, müalicəsi mümkün olmayan yaralar vurulur.
Bu karxanalar torpaq fondurna, çay yataqlarına ciddi ziyan vururlar.
Bunların çoxunun da qanuni sənədləri yoxdur.
Bu işbazlar torpaq sahələrini qanunsuz olaraq zəbt edir, çayların təbii yataqlarını sıradan çıxarır, çayların daşmaması üçün tikilən bəndləri dağıdır, bir sözlə, fəlakət yaradırlar.
Hətta çayların yataqlarını o qədər qazırlar ki, çayın üzərindəki körpülər uçub-dağılır.
Bəs, belə daş və qum-çınqıl sahiblərinə qarşı nə tədbirlər görülür?
İnzibati protokol, cərimə və s…
Görəsən, cərimə ilə çayların yatağı bərpa olunacaqmı ?
Görəsən torpağın münbit qatı yerinə qayıdacaqmı ?
Bunlar başa düşmür ki, torpağın qatı yüz illərlə formalaşır.
Bir sözlə, daş, qum-çınqıl karxanaları çox ciddi problemə çevrilib.
Belə karxana sahiblərindən biri də “ Karyer Rasim”dir.
Ləqəbindən göründüyü kimi, bu adam uzun müddətdir ki, təbiəti məhv etməklə məşğuldur.
İndi isə öz ziyanxor fəaliyyətini başqa formada davam etdirir.
Belə ki, Sabirabad rayonundakı “Görüş” restoranının sahibi olan “Karyer Rasim” ətrafdakı yaşıllıqları məhv edərək torpaqları zəbt edib.
“Görüş” restoranı əslində Ekologiya nazirliyinin saldığı meşə massivində qurulub, yəni yüzlərlə ağacı, yaşıllığı məhv edib, özləri üçün restoran tikiblər.
Ekologiya nazirliyi isə bu cinayətə heç bir münasibət bildirməyib. Çünki zamanında haqqını alıb.
Bəli, bu gün, hətta pandemiya dövründə də “Karyer Rasim”in “Görüş” restoranında məclislər davam edir.
Qonaqlar da kimlər olsa yaxşıdır ?
Rayonun rəhbər şəxsləri, məhkəmə sədri, hüquq-mühafizə orqanların rəhbərləri və digər vəzifəli şəxslər.
Bəs bu vəzifəli şəxslər bu boyda qanunsuzluqları görüb niyə susurlar ?
Bunların hamısı kabinetlərində “Bir ağacın budağını kəsəndə, elə bil mənim qolumu kəsirlər” deyən Ulu Öndərin portretini asırlar. Amma, deyilən sözə əməl etmirlər.
Bütün bunlar azmış kimi, camaat yayın istisində su tapmadığı, suyu pulla aldığı bir vaxtda “Karyer Rasim”in obyektində bütün günü su boş yerə axıb gedir.
Görəsən, Azərsu-yun rəhbərliyi də gözünü yumub ?
Bəs az qala yolun bir hissəsini zəbt edən restorana görə, Azəravtoyol-un rəhbərliyi niyə ağzına su alıb susur..?
Bir sözlə, görəsən, “Karyer Rasim”ə layiq olduğu yeri göstərən tapılacaqmı ?
Yoxsa, ekoloji fəlakət hələ davam edəcək ?
Siz nə düşünürsünüz, cənab ekologiya naziri Muxtar Babayev ?
Ümumiyyətlə, düşünürsünüzmü ?gundelik baki.com/
Paylaş:
Müəllif : Fuad
Tarix:17-08-2021, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-08-2021, 08:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11