10 noyabr Bəyanatında təhlükəli məqamlar var - İLGİNC FAKT
Azərbaycan müharibənin bitməsindən 9 ay sonra ilk dəfə Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətindən açıq narazılığını bildirdi. Müdafiə Nazirliyinin 11 avqust 2021-ci il tarixli bəyanatında deyilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb. Son günlər isə Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni postlar qoyması halları müşahidə olunur.
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada isə Ermənistanın 10 noyabr Bəyanatını yanlış şərh etdiyi bildirilib:
“Üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri erməni tərəfinin 10 noyabr 2020-ci ildə imzalanan sənədin mahiyyətini tam dərk etmədiyini və ya əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmadığını göstərir. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir”.
Bəs, Azərbaycanın istinad etdiyi 10 noyabr Bəyanatında Rusiya sülhməramlılarına hansı səlahiyyətlər verilir? Orada Laçın dəhlizindən Ermənistanın hərbi məqsədlər üçün istifadəsinin qadağan olunması barədə norma varmı? Sənəddə erməni silahlı qüvvələrinin bölgəni (Azərbaycan ərazisini) tərk etməsi ilə bağlı məsələ hansı şəkildə qoyulub?
10 noyabr Bəyanatının 3-cü maddəsinə yazılıb:
“Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir”.
6-cı maddənin ikinci hissəsində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək Laçın dəhlizinin (5 km. enində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalacağı qeyd olunub.
4-cü maddədə sülhməramlıların qalma müddəti göstərilir:
“Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.
Bəyanatda Rusiya sülhməramlılarının Qarabağda fəaliyyəti ilə bağlı başqa hər hansı maddə, cümlə yoxdur.
Sənədin ən ziddiyətli və fərqli yozulan 1-ci və 4-cü maddələrində isə yazılıb:
Maddə 1: 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
Maddə 4: Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir… Azərbaycan məhz bu maddəyə istinadə edərək erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasını tələb edir, amma Rusiya və Ermənistan ona əməl etmir.
Yaranmış situasiyanı “Press Klub”a şərh edən siyasi şərhçi Rauf Mirqədirov bildirdi ki, Rusiya Qarabağda daimi gərginliyin olmasında maraqlıdır və bu gərginliyi saxlamaq üçün əlindəki bütün imkanlardan istifadə edir:
“Faktiki olaraq, rus ordusunun nəzarəti altında olan ərazilərə Azərbaycanın heç bir nəzarəti yoxdur. Onlara hər hansı qüvvə təsir edə bilmir. Bu halda Rusiya 10 noyabr üçtərəfli bəyanatını öz istədiyi kimi dəyərləndirir”.
Şərhçinin fikrincə, sənəddəki qeyri dəqiqliklər Rusiyaya geniş imkanlar yaradır:
“Azərbaycan tərəfi daha çox birgə bəyanatın 4-cü maddəsinə istinad edir. Bəyan edir ki, erməni silahlı birləşmələri Qarabağdan və sülhməramlıların məsuliyyət zonasından çıxarılmalıdır və ora heç bir silah-sursat, hərbi yüklər daşınmamalıdır. 4-cü maddənin məğzi ondan ibarətdir ki, Rusiya sülhməramlıları erməni qüvvələrin çıxarılması ilə paralel yerləşdirilir”.
R.Mirqədirovun sözlərinə görə, Azərbaycan tərəfi bunu bütün erməni silahlılarının tamamilə bölgədən çıxarılması kimi şərh etsə də, həmin maddəni istənilən formada təqdim etmək olar:
“Çünki həmin maddədə qeyri-müəyyən erməni qüvvələrindən söhbət gedir. Yəni Ermənistan silahlı qüvvələrindən, yoxsa separatçıların hərbi birləşmələrindən bəhs olunur, bu dəqiqləşdirmə aparılmayıb”.
Təhlilçi daha sonra Rusiya sülhməramlı qüvvələrinin təmas xətti boyunca və Laçın dəhlizində yerləşdirilməsi ilə bağlı razılaşmaya diqqət çəkir:
“O zaman sual ortaya çıxır: erməni qüvvələri haradan və haraya çıxarılır? Yəni təmas xəttindəki silahlı birləşmələr oradan çıxarılıb, Ermənistanamı qaytarılır? Bu barədə sənəddə heç bir tələb yoxdur. Təəssüflər olsun ki, Laçın dəhlizindəki Rusiya sülhməramlılarının üzərinə Dağlıq Qarabağa hərbçilər və silah-sursatın daşınmasının qarşısını almaqla bağlı hər hansı öhdəlik qoyulmayıb. Onlar üzərlərinə belə bir öhdəlik götürməyiblər”.
Rauf Mirqədirov başqa bir məqama da diqqət yetirir:
“Azərbaycan tərəfi son dövrlər “Müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilər” ifadəsi işlədir ki, bu, reallıq olsa da, çox təhlükəlidir. Çünki 10 noyabr Bəyanatında Qarabağda hansısa ərazilərin Rusiya sülhməramlılarının nəzarətinə verilməsi nəzərdə tutulmur. Söhbət yalnız təmas xətti boyunca və Laçın dəhlizinə sülhməramlıların yerləşdirilməsindən gedir. Qarabağda idarəetmə funksiyalarının sülhməramlılara verilməsi də nəzərdə tutulmayıb. Bunun Azərbaycan tərəfindən dilə gətirilməməsi, etiraz ifadə olunmaması rusların oradakı bütün qanunsuz hərəkətlərini legitimləşdirir. Bu, çox təhlükəli haldır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-08-2021, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-08-2021, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01