Vergi Xidməti tanınmış iş adamına məxsus şirkəti məhkəməyə verdi – REAL TV-nin də sahibidir
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Nyu Sfera-İnşaat” MMC barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmənin hazırlıq iclasının bu gün – 10 avqust tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə keçiriləcəyi bildirilir. “Nyu Sfera-İnşaat” MMC-yə qarşı hansı səbəbdən məhkəmə iddiası qaldırıldığı açıqlanmayıb.
Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə “Nyu Sfera-İnşaat” MMC MMC hazırda dövlət büdcəsinə 598 manat 68 qəpik vergi borcu var.
“Nyu Sfera-İnşaat” MMC 27.07.2005-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nizami rayonu, Bəhruz Nuriyev, məhllə 2382-də yerləşən MMC-nin nizamnamı kapitalı 30 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Heydərov Araz Niqamət oğludur.
Qeyd edək ki, “Nyu Sfera-İnşaat” MMC-nin Nizami rayonu, Bəhruz Nuriyev küçəsində qeydiyyatda olan “Nyu Sfera Şirkətlər Qrupu”na daxil olduğu və tikinti sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
“Nyu Sfera Şirkətlər Qrupu”nun rəhbəri isə azərbaycanın tanınmış iş adamlarından biri olan Quliyev İman Nəsurulla oğludur.
İman Quliyevin Azərbaycanda çoxsaylı biznesə sahib olduğu barədə məlumatlar şirkətin rəsmi veb-səhifəsində yer alıb. “Nyu Sfera Şirkətlər Qrupu”nun Azərbaycanın biznes sahəsində 1992-ci ildən fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, şirkət təmir-tikinti, xidmət, turizm, nəqliyyat və digər sahələrdə müvəffəqiyyət əldə edib. Şirkətlər qrupa “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art” MMC, “Nyu Sfera Ticarət” MMC, “Nyu Spera Ltd” MMC, “A.R. Kommersiya” MMC və “Şahinlər” MMC daxildir. Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı - “Romance Palace-1”, “Romance Palace-2", “Şərq Saray” və “Yay” restoranı var. İsmayıllı rayonundakı “Green House” turizm mərkəzi də İman Quliyevə məxsusdur. “Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində “Yeni Zığ Yaşayış Kompleksi” inşa edir.
İman Quliyevin rəhbərlik etdiyi “Politon” MMC isə Azərbaycanın ən böyük metaləritmə və metal məmulatı istehsalı müəssisəsi olan “Baku Steel Company” MMC-nin 50%-nə nəzarət edir. Qeyd edək ki, “Baku Steel Company” MMC-nin direktoru Rasim Məmmədov bu yaxınlarda həbs olunub.
Bir-neçə ay əvvəl İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti “Nyu Sfera Şirkətlər Qrupu”na daxil olan daha bir şirkət - “Şahinlər” MMC barəsində də məhkəmə iddiası qaldırıb. O zaman Dövlət Vergi Xidmətinin açıqladığı məlumatda bildirilirdi ki, “Şahinlər” MMC dövlət büdcəsinə böyük həcmdə - 2 milyon 763 min 526 manat 36 qəpik vergi borcu var. Hazırda bu şirkətin vergi borcu 1,6 milyon manat təşkil edir.
Onu da bildirək ki, İman Quliyevin sahibi olduğu şirkətlərdən biri də "Real Təhlil və İnformasiya Mərkəzi” MMC-dir. Bu şirkət isə REAL TV-nin təsisçisidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2021, 15:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-08-2021, 15:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01