“Nazirlik federasiyalarla əlbir olub vəsaiti mənimsəməklə məşğuldur“ - İTTİHAM
İyulun 21-dən Tokio 2020 olimpiya oyunlarına start verilib. Bu günə qədər Tokio-2020-də Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb. Azərbaycan idmançıları bu olimpiya oyunlarında çox zəif nəticələr göstərdilər.
Azərbaycanın idman ölkəsi olaraq bu qədər zəif nəticələrlə üz-üzə qalmasının əsas səbəbi nədir?
Yenisabah.az bu məsələni tanınmış idman yazarı Natiq Muxtarlı ilə müzakirə edib. Onun sözlərinə görə Tokio olimpiadası Azərbaycanın idman ölkəsi olmadığını sübut etdi:
“Biz illərdir Azərbaycan “idman ölkəsidir” deməklə, imitasiya ilə məşğul olmuşuq. Azərbaycanda idman təsərrüfatını inkişaf etdirmək üçün strategiya olmayıb. Gənclər və İdman Nazirliyi federasiyalarla əlbir olaraq, dövlətin idmanın inkişafı üçün ayırdığı vəsaiti mənimsəməklə məşğul olub. Strategiyaları da ancaq bu günə hesablanıb. İdmançı yetişdirmək kimisə maraqlandırmayıb. Xaricdən idmançılar dəvət edərək Tokio 2020-də nəticə verməyə, bununla da gözə kül üfürməyə çalışırlar. Bu idarəçilər idmanımızın sabahını kor qoyublar. Azərbaycan olimpiadalarda hansı idman növlərində medal qazanır? Güləş, cüdo, boks. Bu idman növləri Azərbaycan üçün ənənəvi sayılır. Daha bir neçə idman növü də var ki, məsələn, karate, taekvando, idmançılarımız bu sahələrdə medala ümid edə bilərlər. Biz, maksimum 7-8 idman növündə medala ümid ediriksə, o zaman strategiya niyə bu yöndə qurulmamalıdır? Niyə olimpiada zamanı ancaq iştirak naminə İndoneziyadan, Efiopiyadan idmançılar gətirməliyik? Bu, problemin bir başıdır.
Problemin daha böyük başı odur ki, biz ənənəvi idman növlərinə də xaricdən idmançılar dəvət edirik. Azərbaycanın qəsəbə və kəndlərində potensial güləşçilər, cüdoçular, boksçular, karateçilər şəraitin olmamağı ucbatından tamamilə başqa sahələrə üz tuturlar. Onların idmanla məşğul olmağa heç bir şansları yoxdur. Çünki qəsəbə və kəndlərdə infrastruktur qurulmayıb. Hər rayon mərkəzində bir olimpiya kompleksi tikiməklə iş bitmir. Qəsəbə və kəndlərdə də infrastruktur olmalıdır”.
Natiq Muxtarlı Azərbaycanlı uşaqların anadan güləşci, cüdoçu, karateçi kimi doğulduğunu deyir:
“Bu, bizim təbiətimizdədir. Sadəcə onların potensialını üzə çıxartmaq üçün şərait yaradılmalıdır. Əcnəbi idmançılara sərf etdiyimiz vəsaitə bu illər ərzində bütün qəsəbə və kəndlərdə infrastruktur qursaydıq, indi Rusiyadan, Gürcüstandan, İrandan 2-3-cü dərəcəli idmançıları dəvət etməzdik, özümüz o ölkələr idmançı ixraç edərdik. Problem göz qarşısındadır, həlli də bəllidir. Sadəcə nazirilik və federasiyalarda köklü kadr dəyişiklikləri edilməlidir. İşi iş bilənə tapşırmaq lazımdır ki, idmanımızın sabahını xilas edə bilək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-08-2021, 18:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-08-2021, 18:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |