Rusiyanın bəyənmədiyi məhsul Azərbaycan süfrəsində: - Böyük təhlükə, yoxsa siyasi oyun?
Bu yaxınlarda "Rosselxoznadzor" xəbərdarlıq edib ki, Azərbaycandan Rusiyaya ixrac olunan kartofda pepino mozaika virusu aşkar edərsə, ixraca qadağa qoyulacaq.
Eyni zamanda, “Rosselxoznadzor” tərəfindən AQTA əməkdaşlarının iştirakı ilə keçirilən videomonitorinqlər zamanı “Can agro” MMC-yə məxsus təsərrüfatda və ixrac zamanı “Geotermal aqro” MMC-yə məxsus yük partiyasında pepino mozaik virusunun, “Local Garden” MMC-yə məxsus yük partiyasında isə qonur qarışıqlıq virusunun aşkarlanması ilə bağlı müvafiq məktub və bildiriş göndərilib.
Həmin müəssisələrdə agentlik əməkdaşlarının iştirakı ilə şitillərin zərərsizləşdirilməsi və müəssisənin dezinfeksiya edilməsinə nəzarət tədbirləri həyata keçirilib. AQTA qeyd edib ki, virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır və Agentlik tərəfindən yalnız gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunmuş toxumlara nəzarət edilir. Hazırda ölkəyə əl yükləri və poçt daşımaları vasitəsilə dövlət reyestrində qeydiyyatda olmayan və sınağa cəlb edilməmiş xeyli miqdarda toxumlar da daxil olur.
Qeyd edək ki, Rusiya tərəfindən bir müddət öncə pomidor idxalına qadağa qoyulmuşdu. Pezident İlham Əliyev Rusiyanın Azərbaycandan pomidor idxalına qoyduğu qadağanın gözlənilməz olduğunu bildirmişdi:
“Əgər o qadağa qoyulmasaydı, - düzdür, o qadağanın bir hissəsi artıq götürülüb, - keçən il bizim ixracımız 200 min tona çatacaqdı. Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarını Rusiyadan başqa ölkələrə də ixrac etməlidir. Həm yeni bazarlar axtarmalıyıq ki, belə xoşagəlməz hallarla üzləşməyək, həm də kənd təsərrüfatı məhsullarının çeşidini artırmalıyıq. Ənənəvi bazarlar qalmaq şərti ilə biz yeni bazarlara çıxmalıyıq".
Hazırda isə Rusiya kartof idxalı ilə bağlı xəbərdarlıq edir. Bəzi məhsulları isə standartlara cavab vermədiyi ixrac edə bilmirik. Agentlik əməkdaşlarının iştirakı ilə şitillərin zərərsizləşdirilməsi və müəssisənin dezinfeksiya edilməsi tədbirləri həyata keçirilirsə, idxal zamanı geri qaytarılan məhsullar da zərərsizləşdirilir, yoxsa daxili bazara yönəldilir?
Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, ümumiyyətlə, Rusiyanın öz daxili bazarı üçün qəbul etdiyi məhsulu bu dərəcədə yüksək səviyyədə yoxladığına inanmır:
“Bu, böyük ehtimalla siyasi məsələdir. AQTA da Rusiyanın fitosanitar qurumu ilə dil tapıb, müəyyən şirkətlərin məhsulunun keçirilməsinə şərait yaradırlar. Bunlar da ya özlərinə yaxın olan şirkətlərdir, ya da başqa vasitədən istifadə edirlər. Əgər Azərbaycandakı kartofda problem varsa, həmin toxumdan istifadə edən bütün fermerlərin kartoflarında var. Necə olur ki, bunun yarısını keçirirlər, yarısını keçirmirlər? Buradan aydın görünür ki, Rusiya konkret olaraq Azərbaycan məhsullarına kvota qoyur. Açıq şəkildə elan etmir ki, məsələn, 500 min tondan artıq kartof idxal etməyəcəyəm. Sadəcə “süzgəc” qoyur və həmin “süzgəc”dən keçməyən kartoflar geri qayıdır. Həmin geri qayıdan kartofları da biz başqa istiqamətə yönəldə bilmirik.
Ona görə ki, onun keyfiyyəti Avropa bazarına çıxmağa imkan vermir, yalnız Rusiya bazarına çıxmağa imkan verir. Əgər Avropa bazarına çıxarılsa , tərkibində yalnız virus yox, elə azotun miqdarına görə deyəcəklər ki, bizim bazar üçün yararsızdır. Problem ondadır ki, ölkə daxilində məhsul istehsalı ilə bağlı maarifləndirmə zəif həyata keçirilir. Fermer dəqiq bilməlidir ki, 1 hektar əraziyə norma daxilində nə qədər azot verməlidir. Ammonium şorasını məhsula çox verəndə həddindən artıq şişir, görkəmli olur, hətta qarpız, tərəvəzlər çox şirin olur. Tərkibindəki azotun çəkisi yüksək olduğundan, insan orqanizmini zəhərləmə ehtimalı artır. İlk növbədə problem odur ki, daxildə orqanik kənd təsərrüfatı məhsulu istehsal etməyə nail olmamışıq. Yüksək standartlara uyğun məhsul istehsal edə bilmirik. Yalnız Rusiyaya ixraca möhtacıq, başqa alternativ yoxdur. Rusiya isə yalnız onun tərkibindəki azotu yoxlasa, heç virus olmasa belə, idxalına qadağa qoymağa əsas var. Necə olur ki, bu qədər azotu müəyyənləşdirə bilmir, ancaq kartofda virusu müəyyənləşdirirlər? Əsas məsələ, Azərbaycan məhsullarına qadağa qoymaqdır.
Rusiyanın qəbul etmədiyi və geri qayıdan məhsulları Azərbaycan hökuməti daxili bazarda istifadə edir və əhali onu istehlak edir. Sözsüz ki, bu da xəstəliklər yaradır. AQTA özü hansı şirkətin virus olan məhsullarını aşkarlayıbsa, o məhsulun hamısının məhv edilməsinə qərar verilməlidir. Müsadirə olunub məhv edilməlidir. Ancaq bunu eləmirlər. Çünki o məhsulu yetişdirənin kifayət qədər pulu var, ixracla məşğul olan əsas inhisarçı fermerlərdir və rüşvət verirlər, yaxud kiməsə tapşırtdırırlar. Beləliklə, Azərbaycan xalqını zəhərləməklə məşğuldurlar. Bunun birinci məsuliyyəti AQTA-nın üzərinə düşür. İxracına qadağa qoyulan məhsul ölkənin daxili bazarına yönəldilməməlidir. Ancaq AQTA-nın cəsarətimi yoxdur, tamahımı çoxdur deyə məsul şirkətin sahibi olan oliqarxın sözündən çıxa bilmirlər. Toxumları, şitilləri zərərsizləşdirməklə yanaşı məhsullar məhv edilməlidir. Mən həmin virusun insan orqanizminə nə qədər təsirli mənfi təsirli olduğunu deyə bilmərəm. Çünki dünyada milyonlarla virus var. Koronavirus da son iki ilə qədər insan orqanizminə zərərli deyildi. Ancaq hazırda kartofda aşkarladıqları virus zərərli olmasaydı, Rusiya onun idxalına qadağa qoymazdı. Əgər zərərlidirsə ziyanını da Azərbaycan xalqı çəkəcək”.
İnfeksionist Mərdan Əliyev isə deyir ki, adıçəkilən virus bitkilərə aiddir və kənd təsərrüfatına ziyan vurur:
“Onun insanda elə bir xəstəlik törətməsi məlum deyil. Bitkilərin özünə xas bakteriyaları, virusları olur. Bu viruslar insana keçmir. Bitkilərdə olur və məhsuldarlığı aşağı salır. Əgər bitki xəstədirsə, keyfiyyəti aşağıdır və onu istifadə etdikdə xəstəlik törətmir, ancaq mədə-bağırsaq pozğunluğu kimi fəsadlar törədə bilər. Xarab, içərisində qurd olan meyvəni yesək, mədə-bağırsaq pozğunluğu törətmə ehtimalı var. İdxal məsələsi ona görə deyil ki, insanları xəstələndirər, orada qaydalar var və məhsulun keyfiyyəti aşağıdırsa, idxalı dayandırıla bilir”.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev də bildirib ki, Rusiya tərəfindən kartof və pomidor məhsullarının idxalı ilə bağlı gələcəkdə qadağa qoyula biləcəyinə dair xəbərdarlıq edilib:
“Ötən il pomidorun geri qaytarılmasına və bazarlara verilməsinə gəldikdə isə belə bir fakt aşkarlanmamışdı. Bizim saytda məhv edilmiş məhsullarla bağlı məlumatlar mütəmadi yerləşdirilir. Pomidor məhsullarında zərərverici ilə bağlı məhdudiyyət tətbiq olunmuşdu və sonradan onların əksəriyyətinə icazə verildi. Hazırda 187 müəssisənin ixracı üçün icazə verilib. Qeyd edilən zərərverici isə bitki zərərvericisidir və insan orqanizmi üçün təhlükə törətmir. O sadəcə olaraq məhsuldarlığı aşağı salır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-08-2021, 18:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-08-2021, 18:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11