Qəzənfər Ağayev onlara söyləyib ki... - Başçıdan GİLEY
Astara rayon Kijəbə qəsəbəsinin Ovala kəndinin sakini, 6 uşaq anası Baxşiyeva Gülbəyim Mirzəhəsən qızının “Hürriyyət”ə ünvanladığı məktubu ürək ağrısı ilə oxuduq.
Gülbəyim Baxşıyeva məktubunda bildirir ki, 2015-ci ildə cənub bölgəsinə yağan güclü leysan yağışları nəticəsində yaşadıqları 4 otaqlı həyət evinin divarlarında dərin çatlar əmələ gəlib, müəyyən vaxtdan sonra isə sözügedən ev ümumiyyətlə yaşayış üçün yararsız hala düşüb.
Yaranmış vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edən ailəyə müvəqqəti olaraq 8 nəfərlik ailənin yaşaması üçün nəzərdə tutulan çadır verilib və vəd edilib ki, ən tez zamanda yaşadıqları evin bərpasına başlanacaq, evi əvvəlki vəziyyətə gətirmək mümükün olmadığı təqdirdə isə ailə üçün yeni ev inşa ediləcək.
Amma günlər, aylar keçsə də, ailə çadırdan köçürülməyib, 2018-ci ilin 23 dekabrında isə güclü küləyə tab gətirməyərək uçan çadır sadəcə yenisi ilə əvəz olunub.
Gülbəyim Baxşıyevanın sözlərinə görə, Astara Rayon İcra Başçısına dəfələrlə müraciət etmələrinə baxmayaraq, dərdlərinə əlac edən tapılmayıb, üstəlik icra başçısı Qəzənfər Ağayev onlara söyləyib ki, gedib özlərinə yeni ev tiksinlər.
Şikayətçi “Hürriyyət”ə yolladığı məktubda onu da bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına dəfələrlə müraciət edilsə də¸ bir nəticə olmayıb.
Fövqəladə Hallar Nazirliyindən göndərilən cavab məktubunda sadəcə evin istismar müddətinin başa çatdığı(fiziki köhnəldiyi) qeyd olunub.
Real vəziyyəti əks etdirən yeganə rəy isə Ekologiya Nazirliyindən alınıb. Nazirliyin verdiyi rəydə güclü yağışlar nəticəsində torpaq qatının çökdüyü və nəticədə evin divarlarında iri çatlar əmələ gəldiyi bildirilib.
Çarəsiz duruma düşən çoxuşaqlı ana “Hürriyət” vasitəsilə öikə prezidentinə və aidiyyatı qurumlara müraciət edərək onlardan ailəsini çadırda yaşamaq zülmündən xilas etmələrini xahiş edir.
P. S. Sözügedən məsələ ilə bağlı geniş araşdırmamızın nəticələrini az sonra təqdim edəcəyik.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2019, 15:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-03-2019, 15:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01