Azərbaycanda kimlərə 3-cü doza vurulacaq? - "Mütləq antitel yoxlanmalıdır, amma ucuz"
İsrailin Səhiyyə Nazirliyi vətəndaşların təkrar vaksinasiyası haqqında qərar qəbul edib.
Qərara əsasən, yaşı 60-dan yuxarı olan şəxslərə koronavirusa qarşı “Pfizer” peyvəndinin üçüncü dozası vurulacaq. Üçüncü dozanın vurulması üçün ikincinin qəbulundan beş ay ötməsi şərtdir.
Qərarın icrasına avqustun 1-dən etibarən başlanacaq. Qeyd edək ki, İspaniya, İtaliya, ABŞ, Portuqaliya, Bəhreyn kimi ölkələrdə də üçüncü dozanın vurulması ilə bağlı səhiyyə qurumları məlumat yayıb. Məhz İsrail vətəndaşlarına peyvəndin üçüncü dozasının vurulması barədə rəsmi qərar qəbul edən ilk dövlətdir. Azərbaycanda da üçüncü dozanın vurulması ilə bağlı fikirlər var, lakin hələlik bununla bağlı rəsmi qərar yoxdur.
Qeyd olunur ki, üçüncü doza yalnız antitel yaranmayan şəxslərə vurulacaq. Lakin ölkəmizdə antitetlərin laboratoriya şəraitində yoxlanılması heç də ucuz başa gəlmir. 50 manatdan başlayan antitelləri yoxlatdırma təbii ki, hər kəsin cibinə uyğun məbləğ deyil.
Digər məsələ şəxslərdə antitelin qalıcılığı məsələsidir. Koronavirus əleyhinə vaksin yarandıqda insanlarda antitellərin 2 il qalacağı deyilirdi, daha sonra bu rəqəm 1 ilə endi. Üçüncü doza məsələsi gündəmdə olandan bəri isə antitelin qalıcılıq müddətinin 6 aya bitdiyi deyilir.
Bildirilir ki, bəzi şəxslər hər iki dozanı vurdursa belə, onlarda antitel yaranmaya da bilər və onlar mütləq yenidən vaksin olunmalıdır. Üçüncü dozanın tətbiqinin digər dozalardakı kimi kütləvi şəkildə tətbiqi haqqında da söyləntilər var.
Maraqlıdır ki, antitellərin qalma müddəti təxminən nə qədərdir və üçüncü dozanın kütləvi vurulması ehtimalı varmı?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev deyib ki, bu şəxsin immun sistemindən dolayı dəyişsə də, adətən 6 ay müddətinə antitel itə bilir:
“Antitellərin orqanizmdə qalma müddəti xəstəliyin növündən asılıdır. Bəzi xəstəliklərdə ümumiyyətlə, olmur. Bəzilərində isə 1 il - 6 ayadək itir. Kəskin respirator xəstəliklərdə adətən 6 ay müddətinə qədər qalır. Koronavirusda da infeksiyasında antitellər 6 aydan sonra itir. Amma fərdidir. Bəzi şəxslərdə immun sistemi zəif olduğu üçün antitellər 6 aydan daha az müddətə itə bilir, bəzi şəxslərdə immun sistemi daha yaxşı olduğu üçün onlarda antitellərin orqanizmdə qalma müddəti uzun olur”.
İnfeksionist təkrar yoluxma zamanı xəstəliyi niyə yüngül keçirəyimizin səbəbinə də aydınlıq gətirib:
“Antitellərin itməsi o demək deyil ki, biz xətəliyə əvvəlki qaydada keçiririk. Çünki immun sistemimiz tək antitellərdən ibarət deyil. İnsan bədənində yaddaş hüceyrələri var ki, şəxs koronavirusa yoluxanda ömür boyu bu hüceyrələr qoruya bilir. İnsan bədəninə bu virus 1-2 ildən sonra daxil olarsa, yaddaş hüceyrələri qısa müddətdə antitellər sintez edir. Beləliklə, orqanizm özünü müdafiə edə bilir. Bu da o deməkdir ki, insan virusa ikinci dəfə yoluxarsa, daha yüngül keçirir. Əgər şəxs vaksin olunarsa və yenidən yoluxsa, bu səbəbdən də xəstəliyi yüngül keçirir”.
M.Əliyevin sözlərinə görə, üçüncü dozanın vurulması üçün antitellərin yoxlanılması şərtdir, lakin bu da insanlar üçün əlçatan məbləğdə təşkil olunmalıdır:
“Üçüncü dozanın kütləvi şəkildə vurulmasına ehtiyac yoxdur. Çünki əksər insanlarda ikinci dozadan sonra antitel yaranmış olur və orqanizmdən asılı olaraq, bu uzun müddət öz effektivliyini qoruya bilər. Üçüncü dozanın vurulması üçün antitel fərdi şəkildə yoxlanılmalıdır. Əgər şəxsdə virusa qarşı antitel varsa, üçüncü dozanı vurdurmağa ehtiyac yoxdur. Antitellərin yoxlanılması isə ucuz daha yaxşı olar. Belə olan halda insanlar üçün üçüncü dozanın vurulub-vurulmaması məsələsi də aydınlaşar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2021, 16:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2021, 16:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11