Sülhməramlıların mandatı barədə ayrıca sənəd var imiş - İLGİNC
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində intensiv atışmaların baş verdiyi bir vaxtda Nikol Paşinyan maraqlı bəyanatla çıxış edib. Ermənistan hökumətinin son iclasında çıxış edən Paşinyan Azərbaycanı Rusiyanın sülhməramlı missiyasına qarşı təbliğat aparmaqda günahlandırıb və bildirib ki, Bakı sülhməramlıların mandatını təsdiq edən sənədə imza atmaqdan imtina edib: “Azərbaycan hakimiyyəti hələ də Rusiya sülhməramlılarının mandatını təsdiqləyən sənədə imza atmayıb. Həmçinin, digər hərəkətlər də göstərir ki, Bakı Rusiya sülhməramlı missiyasının Qarabağdakı mövcudluğunda maraqlı deyil”.
Bu açıqlaması ilə Ermənistan hökumət başçısı Rusiya sülhməramlılarının mandatı ila bağlı ayrıca sənədin mövcudluğuna işarə edib – halbuki indiyə qədər belə bir sənədin mövcudluğuna dair Azərbaycan, Rusiya və Ermənistan tərəfindən hansısa rəsmi məlumat açıqlanmayıb. Bu barədə ilk dəfə bu il yanvarın 8-də Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan danışıb. O qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlılarının mandatı barədə sənədə Rusiya və Ermənistan imza atsa da, Azərbaycan imzalamayıb. Minasyanın dediklərinə inansaq, Bakı ora 3 əlavə bəndin salınmasını tələb edib:
– Qarabağda heç bir erməni qoşunu (o cümlədən yerli silahlılar) olmamalıdır. Azərbaycan qoşunları qanuni olaraq, Rusiya qoşunları isə Azərbaycanın razılığı ilə oradadır;
– Ermənistan rəsmilərinin Qarabağa bütün səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır;
– Qarabağın özünüidarə orqanları Bakı və sülhməramlılarla razılaşdırılmaqla təyin edilməlidir.
Minasyanın sözlərinə görə, sülhməramlılar faktiki olaraq, Bakının hüquqi razılığı olmadan Qarabağdadır.
Paşinyanın bu məsələni yenidən gündəmə gətirməsi şübhəsiz ki, Azərbaycana təzyiq, Rusiyanı isə qıcıqlandırmaq məqsədi daşıyır. O, sərhəd ixtilafında Moskvadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından istədiyi dəstəyi ala bilmir.
Məlumdur ki, Rusiya sülhməramlılarının Qarabağa yeridilməsini də nəzərdə tutan 10 noyabr Bəyanatı dövlətlərarası müqavilə statusunda deyil, bu səbəbdən Azərbaycan Milli Məclisində ratifkasiya olunmayıb. Ekspertlər bu səbəbdən sənədin hüquqi qüvvəyə malik olmadığını bildirirlər. Azərbaycan Müdafiə Nazirliyi isə Qarabağda atəşkəsin pozulduğu barədə yaydığı bəyanatlarda “Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazi” ifadəsi işlədir. Bununla rəsmi Bakı 10 noyabr razılaşmasında nəzərdə tutulan 5 illik müddətin kifayət olduğu mesajını verir.
Paşinyan isə Ermənistan-Azərbaycan sərhədinə Rusiya hərbi dayaq məntəqələrinin yaradılmasını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun əraziyə gəlməsini təklif edib: “Əgər təşkilat çərçivəsində belə bir qrup yaradılması mümkün deyilsə, monitorinq qrupu ATƏT-in Minsk Qrupu formatında yaradılsın”.
Paşinyan bununla Moskvaya mesaj verir ki, siz kömək etməsəniz, ABŞ və Fransaya müraciət etməli olacağıq. Bu bəyanata Rusiya prezidentinin köməkçisi Dmitri Peskov reaksiya versə də, konkret nəsə deməyib:
“Rusiya Yerevan və Bakı ilə o cümlədən üçtərəfli razılaşmaların yerinə yetirilməsi ilə bağlı əlaqələri davam etdirir. Dünən Ermənistan-Azərbaycan sərhədində vəziyyət kəskinləşib. Bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəs rejiminin bərpası üçün xeyli səy göstəriblər. Bu istiqamətdə iş davam etdirilir, Rusiya Yerevan və Bakı ilə ikitərəfli razılaşmaların tam həcmdə yerinə yetirilməsi üçün əlaqələri davam etdirir”.
Moskvanın Paşinyanın xahişini yerinə yetirməyə hazır olub-olmaması ilə bağlı suala cavabında Rusiya prezidentinin mətbuat katibi belə deyib: “Yerevanla əlaqələr davam edir, başqa heç nə deyə bilmərəm”.
Rəsmi Moskva bölgədəki lokal gərginliklərdən narahat görünmür və müttəfiqlik öhdəliklərinə baxmayaraq, açıq şəkildə Ermənistanın tərəfini tutmaq fikrində deyil. Hazırkı davranış modeli Rusiyaya arbitr rolu verməklə ona komfort şərait yaradır. //pressklub.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:30-07-2021, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-07-2021, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti