İkibaşlı problem: Sənədsiz evlərdən əmlak vergisi alınmalıdır? - ARAŞDIRMA + FOTO
Abşeron rayonunun bir qrup sakini bu günlərdə “Kaspi” qazetinin redaksiyasına müraciət edərək, yerli idarəetmə orqanları tərəfindən qanunsuz olaraq vergiyə cəlb olunmalarından şikayətləniblər.
“Kaspi” qazeti xəbər verir ki, bələdiyyələr tərəfindən onlara bildirişlər təqdim olunub.
Həmin bildirişlərdə konkret ünvan və maddə göstərilmədən Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi, “Bələdiyyələrin statusu haqqında”, "Bələdiyyənin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında” Qanunlar, “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə” sadalanır.
Sakinlərdən tələb olunur ki, bu və digər qanunvericilik aktlarına uyğun işlərin həyata keçirilməsinin təmin olunması, yerli (bələdiyyə) vergilərin (əmlak və torpaq üzrə) və ödənişlərin müəyyən edilməsi, sənədlərin arxivləşməsi istiqamətində işlərin aparılması məqsədilə uçota alınması və ödəniş kodlarının verilməsi üçün torpağın, evin sənədləri, bunlar yoxdursa, eskiz layihə və ölçülər qeyd edilməklə vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti 5 gün ərzində bələdiyyəyə təqdim olunsun.
Hər bir belə bildirişdə, onu təqdim edən yerli özünüidarəetmə orqanının adı, ünvanı, əlaqə telefonları, bələdiyyə sədrinin ad-soyadı, həmçinin vergi şöbəsinin müdiri kimi təqdim olunan Ceyhun adlı şəxsin mobil telefon nömrəsi qeyd olunur.
Naəlac qalan sakinlər
Eyni standart mətnin əks olunduğu belə bildirişlər Mehdiabad və Masazır sakinlərinə evbəev paylanılır. Maraqlı məqam burasındadır ki, Mehdiabad Bələdiyyəsi ərazisində yaşayan sakinlərə təqdim olunan bildirişlərdə bələdiyyə sədri Vüqar Hüseynovun ad-soyadı, imzası və möhürü olduğu halda, eyni mətnlə Masazır Bələdiyyəsi tərəfindən verilən bildirişdə bələdiyyənin vergi şöbəsinin müdiri Ceyhun İsmayılovun ad-soyadı, imzası və bələdiyyənin möhürü əks olunub.
Belə bildirişləri alan sakinlərdən bir qrupu iddia edir ki, yerli özünüidarəetmə orqanları vətəndaşların mülkiyyət hüququnun tanınması, daşınmaz əmlaklarının müvafiq sənədlərinin hazırlanması üçün sakinlərə heç bir hüquqi və mənəvi dəstək olmur, hər hansı maarifləndirmə işi aparmır. Yəni vətəndaşın aldığı torpağın, tikdiyi evin sənədləri olmadığı halda, o, əmlak və torpaq vergisinə cəlb olunur. Hüquqi baxımdan sənədləşməsi qaydasında olmayan mənzillərdən vergi adı altında yığılan pulların necə və haraya xərclənməsi də vətəndaşları düşündürən suallardandır. Çünki həm Mehdiabadda, həm də Masazırda məhəlləarası yolların asfalt örtüyünün, kanalizasiyanın olmamağı və sair bu kimi problemlər uzun illərdir vətəndaşları qayğılandırır. Sakinlər iddia edirlər ki, bu problemlərin həlli üçün dəfələrlə bələdiyyələrin qapısını döysələr də, onlara ya yalançı vədlər verilir, ya da “bizim səlahiyyətimiz çatmır icra hakimiyyəti orqanlarına müraciət edin” deyib yola salırlar. Nəticə etibarilə heç bir real iş görülmür. Naəlac qalan sakinlər öz ciblərindən pul xərcləyib kanalizasiya xətti çəkir, məhəllə arası yollara asfalt, daş qırıntısı, çınqıl tökdürür, zığdan, palçıqdan canlarını qurtarırlar. Təbii olaraq, bu kimi hallar vətəndaşları düşündürür, haqlı narazılıqlara səbəb olur və heç bir əməli fəaliyyəti, səlahiyyəti olmayan bələdiyyəyə hər hansı ödənişlərin edilməsi yubanır.
Qanunlar nə deyir?
Vətəndaşların müraciətini araşdırarkən, öncə bildirişdə adı xüsusi qeyd olunan Vergi Məcəlləsinə nəzər saldıq. Məcəllənin I fəslinin Ümumi müddəalarının 8-ci Maddəsi Yerli vergiləri (bələdiyyə vergiləri) əhatə edir. Bildirilir ki, Yerli vergilər (bələdiyyə vergiləri) bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq və əmlak vergilərindən ibarətdir. Məcəllənin Vergi dərəcələri adlı 206-cı Maddəsinin 1-0 bəndində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. 206.3. bəndində isə göstərilir ki, bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə Abşeron rayonunun qəsəbə və kəndlərində müvafiq dərəcələr tətbiq olunur: Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla) 10000 m²- dək olduqda 0,5 AZN, 10000 m²-dən yuxarı olan hissə üçün 1,0 AZN, sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla) 10000 m²- dək olduqda 8 AZN, 10000 m²- dən yuxarı olan hissə üçün 16 AZN.
Şikayət olunan tərəf susur
Qanunvericiliyə istinad etməklə yanaşı, qarşı tərəfin də mövzuya dair fikrini öyrənmək, sakinlərin irad və iddialarını bələdiyyələrin təqdim etdikləri bildirişlərdə vergi şöbəsinin müdiri kimi qeyd olunan Ceyhun adlı şəxsin diqqətinə çatdırmaq, məsələyə aydınlıq gətirmək, obyektiv yanaşma ortaya qoymaq üçün (050) 744-13-98 mobil telefon nömrəsinə dəfələrlə zəng vurduq. Təəssüf ki, zənglərimizə cavab verən olmadı.
Narazılığın kökündə sənədsiz evlər problemi dayanır
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında deyib ki, ortaya çıxan narazılığın kökündə sənədsiz evlər problemi dayanır. Onun sözlərinə görə, aidiyyəti dövlət qurumu bu məsələnin həllinə həssas yanaşmalıdır:
“2008-ci ildə ABŞ-dan Azərbaycana bir mütəxəssis dəvət etmişdik. O, Amerikadakı böyük bir qurumun - Əmlakçılar Assosiasiyasının prezidenti idi. Həmin mütəxəssis buradakı əmlakçılara təlim keçirdi. Ona sual verdim ki, ABŞ-da sənədsiz evlər məsələsi necə həllini tapır? Təsəvvür edin, sənədsiz evlərin nə demək olduğunu ona yarım saat ərzində başa sala bilmədim. Çünki onlarda elə bir sistem qurulub ki, hər hansı tikinti tikmək zərurəti yaranan zaman müvafiq qurum əraziyə baxış keçirir, ölçüb-biçir, lazımi sənədləşmə işi aparır və tikintiyə start verilir. Deməyim budur ki, normal ölkələrdə "sənədsiz evlər” termini və problemi olmur. Əgər kimsə hər hansı bir evdə yaşayırsa, həmin evdən istifadə edirsə, müvafiq qurum gəlib yerində lazımi işlər görməli, tələb olunan sənədləri hazırlayıb vətəndaşa təqdim etməlidir. Bu, birmənalıdır”.
Ekspertin sözlərinə görə, qanunlara istinad etsək, əgər vətəndaşın yaşadığı evin hüquqi baxımdan sənədləri hazır deyilsə və ya yoxdursa, o, hər hansı əmlak vergisinə cəlb oluna bilməz:
“Lakin bunun digər tərəfi də var. Nəzərə alaq ki, Azərbaycanda, xüsusən də Abşeron yarımadasında çoxlu sayda sənədsiz evlər var və onlardan istifadə olunur. Həmin ərazilərdə bələdiyyələr fəaliyyət göstərir. Bələdiyyələrin öz fəaliyyətini qurması, öhdəliklərini yerinə yetirməsi üçün müəyyən xərclər var. Bu xərclərin qarşılanması üçün torpaq və əmlak vergisi müəyyən edilib. Vətəndaşlar bu vergiləri ödəməsələr, bələdiyyələr fəaliyyətlərini necə quracaqlar? Bütün bunları nəzərə alanda, görürsən ki, problemin iki "başı” var. Vətəndaş deyir evimin sənədi yoxdur və qanunla əmlak vergisinə cəlb edilə bilmərəm. Ancaq illərdir o evdə yaşayır və haqlı olaraq bir sıra yerli problemlərin həllini bələdiyyədən tələb edir. Bələdiyyə isə yerli vergiləri toplaya bilmədiyi üçün büdcəsini formalaşdıra, fəaliyyətini tam qura, üzərinə düşən vəzifələri yerinə yetirə bilmir. Məntiqlə yanaşsaq, əmlak vergisi ödənməlidir. Vətəndaş vergini vaxtlı-vaxtında ödəməli, daha sonra yapışmalıdır bələdiyyənin yaxasından və tələb etməlidir ki, zəhmət çək, problemləri həll et”.
Vətəndaşlar süründürməçilik hallarından əziyyət çəkirlər
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli qeyd edib ki, vətəndaşın bələdiyyəyə ödədiyi vergi, nəticə etibarilə onun xeyrinə xərclənir, yerlərdəki problemin həllinə yönəlir:
“Vətəndaş öz əmlakını sənədləşdirmək üçün təşəbbüslə çıxış etməli, lazımi addımlar atmalıdır. Amma məsələ budur ki, vətəndaş cəhd etsə də, istədiyinə nail ola bilmir. Torpağın, mənzilin çıxarışını, texniki pasportunu almaq üçün aidiyyəti qurumlara müraciət edən vətəndaşlar süründürməçilik hallarından əziyyət çəkirlər. Müxtəlif süni maneələrin yaradılması səbəbilə çoxsaylı vətəndaşlar, illərdir yaşadığı evlərin sənədləşməsini təmin edə, daşınmaz əmlakının hüquqi baxımdan sahibi ola bilmir. Abşeron ərazisində yüzlərlə, minlərlə sənədsiz evin olması da buna əyani misaldır. O ki qaldı belə evlərin əmlak vergisinə cəlb olunmasına, qanunla bu, mümkün deyil. Ancaq vətəndaş illərdir o evdə yaşayırsa, yerli bələdiyyənin xidmətlərindən faydalanırsa, əmlak vergisini ödəməli, yerli özünüidarəetmə orqanının fəaliyyətinin təşkilinə öz töhfəsini verməlidir. Çünki vətəndaşın bələdiyyəyə ödədiyi vergi, nəticə etibarilə onun xeyrinə xərclənir, yerlərdəki problemin həllinə yönəlir”.

Paylaş:
Müəllif : Fuad
Tarix:25-07-2021, 11:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-07-2021, 11:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01