Paytaxtda təcili yardım problemi... - yenə narazılıq, şikayət...
Bakıda təcili yardım avtomobili problemi ciddiləşir. Pandemiya başlayandan Bakı və ətraf qəsəbələrdə (kəndlərdə) təcili yardım avtomobilləri ilə bağlı problem üzə çıxıb.
Gündəlik yoluxma sayı xeyli artanda isə “koronavirus xəstələri çoxdur”, deyə çağırışdan imtinalar və yubanmalar olurdu. Amma son günlər havaların isti keçməsi səbəbindən xroniki xəstəlikləri olanlarla bağlı çağırışlar artıb. Sosial şəbəkələrdə yayılmış son məlumatlar göstərir ki, yenə də təcili yardım avtomobili qıtlığı bitmək bilmir. Hər gün yüzlərlə insan təcili yardıma düşə bilmədiyi, çağırışı qeydə alıb gəlmədikləri, təcili yardım briqadasının ən tezi 40-45 dəqiqəyə çatması, bəzənsə səhər alınan çağırışa günorta, hətta axşam çatdıqları barədə şikayətlər, rəylər yazılır. “103" qaynar xəttinə düşmək isə bir başqa problemdir. Çağırışı qeydə alan dispetçerlər gecikmələrin səbəbini maşın çatışmazlığı ilə əsaslandırırlar. Hər gün insanlar eyni sözü eşidir: ”Maşın yoxdur, hamısı “vızov”dadır. Maşın azdır", deyə insanlara cavab verilir.
Bəs problemin kökündə nə durur? Bakının artan əhalisi nəzərə alınmadan təcili yardım maşını və briqadalarının tələbata uyğun planlanmamasımı? Axı ölkə prezidenti böyük və yeni təcili yardım maşınları avtoparkının açılışını etmişdi. Həqiqətənmi paytaxtda konkret olaraq tibbi maşın çatışmır?
Mövzu ilə bağlı danışan həkim-ekspert Adil Qeybulla “Yeni Müsavat”a dünya təcrübəsini misal çəkdib: “9-1-1" (ABŞ-da istifadə olunur) vacib strukturdur, bütün ekstremal vəziyyətlərdə, təcili situasiyalarda yardım edir. Peşəkar bir komandadır. Açığı, bizdə təcili yardımın işinin pisləşməsi pandemiya ilə bağlı oldu. Çünki pandemiya dövründə əsas çağırışlar xəstələrlə bağlı idi. Gündə 4 mindən çox xəstə olurdu. Bu qədər insanı xəstəxanaya yerləşdirmək təcili yardımın işini ağırlaşdırırdı. İndi də artım müəyyən qədər başlayıb. Bizdə təcili yardımda bu stereotip qalır. Təcili yardımın yaxşı işləməsi üçün bu iş yenidən qurulmalıdır. Düzdür, müasir texniki baza üçün müəyyən işlər görüldü. Amma bunlar yetərli deyil. Dərman, kadr təchizatı, orada işləyənlərin maaşları tənzimlənməldir ki, effektiv bir sistem yaransın”.
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva da mövzu ilə bağlı fikir bildirib: “Bəzən bizə müraciət edirlər ki, təcili tibbi yardım birqadalarının sayı azdır. Amma qeyd edim ki, təcili tibbi yardım briqadaları əhalinin sayına uyğun təyin edilir. Yay mövsümü başlayanda əhalinin çoxu yay mövsümü zonalarına, o cümlədən Bakı kəndlərinə köçürlər. İlin başqa vaxtlarında təcili tibbi yardıma müraciətlər və xidmət normal olsa da, yay aylarında həmin zonalarda əhalinin çox olması səbəbindən təcili yardım briqadalarında gecikmələr yaranır. Bundan başqa Bakı kəndlərinin əksəriyyətində çimərliklər mövcuddur və hər gün insanlar çimərliyə gedir. Müraciətlər arasında çimərlikdən gələn çağırışlar da çox olduğu üçün gecikmələr olur. Maksimum çalışırıq ki, gecikmələrə yol verməyək. Təcili tibbi yardıma daxil olan müraciətləri hər zaman olduğu kimi çeşidləmə ilə gedirik. Məsələn, çimərlikdən boğulma və ya ağır günvurma ilə bağlı çağırışları qoyub, digər yüngül müraciətlərə briqada göndərə bilmərik. Yüngül çağırışlar gözləmə mövqeyində durur, briqadalar azad olduqca digər çağırışlara da yönləndiririk”.
Fərzəliyeva deyib ki, yay mövsümündə bağ evlərindəki çağırışlara diqqət etməyə çalışılır: “Həmişə olduğu kimi müraciətləri çeşidləməklə çağırışları yerinə yetirməyə çalışırıq”.
Qeyd edək ki, Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının dispetçer xidməti əhalinin 7 gün 24 saat xidmətində olmalıdır. “103" çağırış xidmətinin fasiləsiz fəalliyətinin təmin edilməsi üçün 2 ayrı istiqamətin bir-birini əvəz edə biləcək kabel stansiyası var. GPRS üzərindən də təcili tibbi yardım stansiyaları və avtomobillərin mərkəzləri ilə əlaqə saxlamaq olar. Onların daxil olması, icrası və stansiyaya qayıtma vaxtları monitorda izlənilir. Təcili yardımın çağırışa çatma müddəti maksimum 20 dəqiqədir. Hər kəs sağlamlıq və həyat üçün təhlükəli olan vəziyyətə düşərsə, ilk növbədə 103 nömrəsinə zəng vurmaqla ”təcili yardım" çağırmalıdır. Həyat üçün təhlükəli olan aşağıdakı hallarda “təcili yardım” çağrılması mütləq tələb olunur: yaralanmalar, suda boğulma, qanaxmalar, yanıqlar, travmalar, doğuş, huşun itirilməsi, qıcolmalar, ürək nahiyəsindəki güclü ağrılar, heyvanlar tərəfindən dişləmələr, arterial təzyiqin kəskin şəkildə yüksəlməsi və ya enməsi, ürək fəaliyyətinin və tənəffüsün dayanması, ilan sancması, donvurma, şok, elektrotravmalar, kəskin ağrılar.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-07-2021, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-07-2021, 09:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01