Ermənilər Qarabağda yeni terrorçu dəstələri yaradır... - SOS!!!
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hafta.az saytına müsahibəsində II Qarabağ savaşından keçmiş 8 ay ərzində Rusiyanın rəsmən sülhməramlı missiyalı hərbi kontingentinin Azərbaycanın Yuxarı Qarabağ torpaqlarındakı fəaliyyətini təhlil edib, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin, yəni Rusiya, ABŞ və Fransanın səfirlərinin xarici diplomatların Şuşa şəhərinə səfərinə qatılmamasına münasibət bildirib, ildönümü tamam olan Tovuz döyüşlərinin 44 günlük savaşdakı qələbəmizdəki rolundan və s. danışıb.
-Akif bəy, mediada yayılmış məlumat və video-görüntülərə görə, iyulun 11-də Qarabağ torpağımızdakı separatçı-terrorçu rejimin göstərişi ilə erməni musiqiçilər Xocalıda - azərbaycanlılara qarşı 29 il öncə məhz Rusiyanın 366-cı alayının dəstəyi ilə soyqırımı törətdikləri bir məkanda Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti üçün konsert-əyləncə proqramı təşkil edib. Buna münasibətiniz?
- Təbii ki, bizim üçün qəbuledilən hal deyil. Amma onu da bilməliyik ki, Azərbaycanın 44 günlük savaşdakı son uğurlarından sonra Qarabağda həddindən artıq acınacaqlı bir duruma düşmüş separatçı rejim hansısa bir formada mövcudluğunu qoruyub saxlamaq üçün çalışır. Və oradakı Rusiya hərbi kontingentinə də hər vasitə ilə yarınmağa cəhd göstərirlər. Vəziyyətlərinin ağırlığını aydın dərk edirlər. Azərbaycanla qarşı-qarşıya gələ bilmədilər. Yalnız döyüş meydanında deyil, bütün müstəvilərdə məğlub oldular... Yeganə ümid yerləri Rusiya hərbi kontingentinin, Kremlin himayəsi altında, hansı ad altında olursa-olsun, mövcud olmaqdır. Amma orada qalıb dolana bilməyən adi ermənilər də Qarabağdan çıxıb getmək istəyir. Bilirlər ki, Azərbaycan gəlir, bilirlər ki, Azərbaycan rəhbərliyi rəsmən artıq Yuxarı Qarabağı, Xankəndini, Xocalını, Xocavəndi, Ağdərəni də və s. Qarabağ iqtisadi rayonuna daxil edib. Bu, aydın şəkildə həm də ermənilərin hamilərinə mesajdır ki, Rusiya olmur, kim olur-olsun Azərbaycan dövlətinin, xalqının haqq işinin qarşısını ala bilməyəcək. Bütün bunları dərk edən separatçı xunta ən axırıncı imkanlara da əl atır: konsertlər-filanlar təşkil edir ki, guya bunların hər şeyi qaydasındadır və Rusiya ilə də münasibətləri normaldır. Bu cür hərəkətlərlə ermənilər eyni zamanda Azərbaycana da bir qıcıq verməyə çalışırlar...
- Ümumiyyətlə, son 8 ay ərzində Rusiya hərbçiləri Qarabağdakı adi erməni əhalidən daha çox, 30 illik bir zamanda, eyni zamanda II Qarabağ savaşında da Azərbaycana qarşı cinayətlər törətmiş separatçı-terrorçu rejimlə çox isti münasibətlər qurublar. Sizcə, sülhməramlı missiyası daşıyan ordunun münaqişə tərəflərindən birinin digər tərəfə düşmənliyi açıq hiss olunan rəhbərliyi ilə mehriban münasibətdə olması doğrudurmu?
- Xeyr, bu, qətiyyən doğru deyil. Rusiya hərbi kontingentinin rəsmi missiyasına da uyğun gəlmir. Amma aydındır ki, Qarabağda Rusiyanın öz maraqları var. 10 Noyabr və 11 Yanvar razılaşmalarına görə Rusiya hərbçiləri təmas xətlərində yerləşməli və erməni silahlı qüvvələri geri çəkilməli idi, onların yerini tutan sülhməramlılar eyni zamanda qanunsuz silahlı birləşmələri tərksilah etməli idi. Ancaq biz bunun real nəticələrini görmədik. Ən azı, Rusiya tərəfi onların erməni hərbçilərin yerin tutmasını əks etdirən video-görüntülər nümayiş etdirməli idi. Halbuki gerçəklik budur ki, müharibənin son günlərində Qarabağda qalan erməni silahlılarının əksəriyyəti öz yerindədir və ruslar da onları tam şəkildə himayə edirlər. Və Rusiya sülhməramlıları öz səlahiyyətlərindən elə ilk gündən kənara çıxırlar. 10 Noyabr razılaşmasından sonrakı ilk vaxtlar payız-qış dövrü olduğundan Azərbaycan Prezidenti də öz çıxışında vurğuladı ki, havalar soyuq olduğuna görə biz göz yumuruq, imkan veririk ki, ermənilərə müəyyən dərəcədə humanitar yardım göstərilsin. Amma əslində bu işlər Rusiya hərbi kontinegntinin səlahiyyətlərinə daxil deyil. Fəqət, yaz-yay aylarında da biz rus hərbçilərin Qarabağda eyni işləri davam etdirdiyinin şahidi olduq. Deməli, onlar özlərini orada sülhməramlı kimi yox, həmin torpaqların sahibi kimi aparırlar. Bu da birmənalı şəkildə həm 10 Noyabr razılaşmasına ziddir. Və eyni zamanda Azərbaycanın suverenliyinə qarşı ən azından yumşaq desək, hörmətsizlikdir. Sanki Qarabağda hansısa rejim yaradıblar və oranı özləri idarə edirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan dövləti artıq bu məsələləri yoluna qoymalı və Rusiyanın bu cür davranışlarına qarşı ciddi addımlar atmalıdır...
-Bəzi hərbi ekspertlərimiz bu günlərdə Ağdam rayonunun Əliağalı kəndi istiqamətində bir hərbçimizin yaralanmasıyla nəticələnmiş atəşkəs pozuntusunun bilavasitə ərazidəki Rusiya hərbçiləri tərəfindən icra edildiyini iddia edir. Siz də belə hesab edirsiz?
-Bilirsiz, həmin ərazi Rusiya hərbçilərinin nəzarətindədir. Əgər hərbi ekspertlər bunu deyirlərsə, deməli, əllərində hansısa bir əsas var. Amma Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı bu atəşləri hansı məqsədlə açıblar? Azərbaycana gücmü göstərmək istəyirlər, ölkəmizi hədələyirlərmi – bu, aydın deyil. Eyni zamanda bildiyiniz kimi, son vaxtlar ermənilər Rusiyanın buna göz yummasından yararlanaraq Yuxarı Qarabağda kiçik terror dəstələri də yaradırlar. Çox böyük ehtimalla onu da demək olar ki, bu atəş həmin terror dəstələri tərəfindən açılıbdır. Terror dəstələri yaradılırsa, onlar özlərini “iş”də göstərməlidirlər. Bunun üçün də Azərbaycan tərəfinə atəş açırlar və s. təxribatlar törətməyə çalışırlar. Ermənistan Müdafiə Nazirliyi Ağdam istiqamətində belə bir hadisənin olmadığını bildirdi. Yəni bununla dünyanın gözünə kül üfürməyə çalışırlar ki, guya Qarabağda Ermənistan MN-ə tabe olmayan qüvvələr var. Amma aydındır ki, işğalçı ölkə rəhbərliyinin xəbəri olmadan Qarabağdakı ermənilər heç bir silahlı dəstə yarada bilməz. Zaman-zaman onlardan Azərbaycana qarşı istifadə edəcəklər. Rəsmi cavab vermək məqamı gələndə isə deyəcəklər ki, bizim orada heç bir hərbi hissəmiz yoxdur. Bu, bir tərəfdən Ermənistanın cinayətini ortaya qoyur. Eyni zamanda Rusiya sülhməramlılarının fəaliyyətinin səmərəsiz olduğunu göstərir. Yəni əgər sənin nəzarət etdiyin ərazidə qanunsuz silahlı birləşmələr, terrorçu qruplar yaradılırsa, deməli, sən öz işinin öhdəsindən gələ bilmirsən. Bu da Azərbaycana əsas verir ki, “sülhməramlı” adı daşıyan Rusiya hərbi kontingentinin 5 illik müddətin tamamında yox, yaxın 1 il, ilyarım ərzində öz torpaqlarından çıxmasını tələb etsin...
-ATƏT-in Minsk Qrupu həmsədri olan ölkələrin, yəni Rusiya, ABŞ və Fransanın səfirləri xarici diplomatların Şuşa şəhərinə səfərinə qatılmamaqla konkret olaraq nə demək istədilər, sizcə?
-Aydındır ki, həmsədrlər yenə də Ermənistanın mövqeyindən çıxış etməyə çalışırlar. Yadımdadır ki, 2008-ci il martın 15-də BMT Baş Assambleyasında Azərbaycanın işğal edilmiş əraziləriylə bağlı qətnamə qəbul olundu. Həmin qətnamə o vaxt üçün qəbul olunmuş inqilabi bir qətnamə idi. İlk dəfə idi ki. Azərbaycanın Dağlıq Qarabağ ərazisinin Ermənistanın işğalı altında olduğu öz əksini tapırdı. Həmin sənədin əleyhinə 7 ölkə səs verdi. Onlardan 3-ü məhz həmsədr ölkələr idi. O vaxt biz QAT olaraq həmin ölkələrin səfirləriylə görüşüb buna görə cavab istədik. Onlar bu hərəkətlərinə ciddi, əsaslı bir izahat verə bilmədilər. Amma ABŞ, Rusiya və Fransa Xarici İşlər nazirlərinin mediaya verdiyi açıqlamalardan bəlli oldu ki, guya onlar vəziyyəti gərginləşdirməmək, öz “bitərəf” mövqelərini saxlamaq üçün bu məsələdə tərəf tutmadan davranıblar. Təxminən indi də ona oxşar mövqe sərgiləyirlər. Ancaq Azərbaycan həmin ölkələrin xarici işlər nazirliklərindən, yaxud buradakı səfirliklərindən konkret açıqlamalar gözləyir. Və belə görünür ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Şuşanı Azərbaycan ərazisi hesab etmirlər. Belə etməklə yenə də 10-15 il bundan əvvəl olduğu kimi, erməniləri incitməmək mövqeyi tuturlar. Amma Azərbaycan dövlət başçısı artıq münaqişənin həll olunduğunu və heç bir mübahisəli ərazinin olmadığını deyir. Rusiya prezidenti Putin də dəfələrlə Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib. Bütün bunlara rəğmən həmsədlər belə haqsız davranırlarsa, deməli, yenə də hansısa yol və vasitələrlə ermənilərə kömək etməyə çalışırlar. Və bir məsələni də xatırladım ki, bir müddət öncə xarici diplomatların işğaldan azad edilmiş digər ərazilərimizə - Ağdama, Füzuliyə, Zəngilana da səfərləri təşkil edilmişdi. Diqqətəlayiqdir ki, həmin səfərlərə Rusiya, ABŞ və Fransa səfirləri də qatılmışdı. Deməli, Şuşadan fərqli olaraq digər əraziləri onlar mübahisəli ərazi hesab etmirlər. Bu da təbii ki, Ermənistanın mövqeyinə uyğundur. Beləliklə, bu deyilənlər də bizə bir daha əsas verir ki, Minsk Qrupu həmsədrlərinin dırnaqarası “xidmət”indən birdəfəlik imtina edək...
-Akif bəy, 2020-ci ilin eyni təqvim günlərində başlanmış Tovuz döyüşlərinin ildönümüdür. Allah həmin döyüşdə şəhid olan hərbçilərimizə rəhmət eləsin! Azərbaycanın 44 günlük savaşdakı qələbəsindən sonra da Ermənistan tərəfindən atəşkəsin daha çox pozulduğu istiqamət məhz Tovuz rayonu ərazisidir. Burada nəsə bir bağlılıq varmı?
- Elə bir il öncə də belə suallar meydana çıxırdı ki, Ermənistan hücum cəhdinə niyə məhz Tovuzdan başladı. O zaman müxtəlif versiyalar söylənildi. Bir çoxları bunu həmin ərazinin geo-siyasi əhəmiyyəti ilə, karbohidrogen borularının oradan keçməsi və s. ilə əlaqələndirdilər. Belə fikirlər də səsləndi ki, guya Ermənistan o dərəcədə güclənib ki, hətta sözügedən əraziyə də birbaşa nəzarət etməyə çalışır. Ermənilər əməliyyatların ilk vaxtlarında Tovuz istiqamətində Qaraqaya yüksəkliyini ələ keçirmişdi. Və bundan sonra Tovuz şəhərinin özündə belə, artıq soydaşlarımızın yaşamasının mənası qalmırdı. Çünki şəhər birbaşa atəş altına düşürdü... Amma bütün daxili təxribatlara baxmayaraq Azərbaycan ordusu əks-hücuma keçərək strateji yüksəklikləri nəzarətə götürdü...
Hazırda isə bilirik ki, atəşkəs yalnız Tovuz istiqamətində deyil, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, hətta bayaq dediyimiz kimi, Qarabağ - Ağdam istiqamətində pozulur. Və hesab edirəm ki, bununla ermənilər müharibənin bitmədiyini deməyə çalışırlar. Halbuki Azərbaycan rəhbərliyi artıq genişmiyaslı döyüş əməliyyatlarının bitdiyini bildirir və bundan sonrakı işlər barədə düşünməyə çağırır. Eyni zamanda Ermənistan mediasından da bəlli olur ki, ermənilər Tovuz döyüşlərindən düzgün nəticə çıxarmadıqlarını etiraf edirlər. Hakimiyyətin opponentləri deyir ki, düzgün nəticə çıxarılsaydı, 44 günlük müharibə olmazdı... Doğrudan da hadisələr göstərdi ki, Ermənistanın II Qarabağ müharibəsindəki məğlubiyyətlərinin əsası məhz Tovuz döyüşlərində qoyuldu...
Paylaş:
Müəllif : Yazar
Tarix:14-07-2021, 09:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-07-2021, 09:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01