İnam Kərimovun YARMARKA ŞOUSU... - Kimi aldadırlar?..
Kənd Təsərrüfatı Nazirliyi şənbə-bazar günləri "Kənddən şəhərə" həftəsonu yarmarkaları keçirəcək. Bu barədə nazirlik məlumat yayıb. Məlumata görə, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş tutacaq yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Budəfəki yarmarkalarda ümumilikdə 40-a yaxın regiondan 100-ə kimi fermer 50-yə qədər çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.
Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilər. Yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutacaq. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq.
"Kənddən şəhərə" yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metrostansiyasının çıxışı);
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı);
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.
Kənd Təsərrüfatı Nazirliyi nə qədər çalışsa da, yarmarkaların təşkilində qarşıya qoyduğu məqsədə nail olmuş görünmür. Bu səbəbdən ki, yarmarkalardakı qiymətlər digər satış nöqtələrindəkindən əsaslı şəkildə fərqlənmir. Əhali qiymətlərdəki cüzi fərqə - ekonom edəcəyi qəpik-quruşa görə, xüsusən də ictimai nəqliyyatın işləmədiyi şənbə-bazar günlərində özünə əziyyət verib uzaq məsafədən pomidor-xiyar daşımağı mənasız sayır. Bu yarmarkalara yalnız həmin əraziyə yaxın və ətraf məhəllələrdə yaşayanlar gedər, uzaqbaşı. Ya da şəxsi avtomobili olanlar. Sözün qısası, yarmarkalar əhalinin böyük hissəsini çətin ki, əhatə etsin. Belə çıxır ki, yenə görüntü, gözbağlıca oyunu?! “Quş qoymaq” üçün keçirilən yarmarkalar.
İqtisadçı-ekspert Rəşad Həsənov da “Şərq”ə açıqlamasında yarmarkaların təşkili qaydasından narazı olduğunu bildirib:
- Yarmarkaların təşkili forması, əlbəttə ki, məni qane etmir. Təşkilati işlərdə problemlər var və problemlərin həll edildiyini də görmürük. Yarmarkalarda məhsulları satan yenə ticarətçilərdir və qiymətlər də əsas Bakı bazarlarındakı qiymətlərlə eynidir. Problem bundadır ki, ticarətçilər yarmarkalarda yerləri davamlı şəkildə zəbt edir, piştaxtaları əvvəlcədən tuturlar. Məhsul becərən kəndli, fermer yarmarkanın qapısı arxasında qalır. Belə vəziyyətdə qiymət ucuzluğundan söhbət gedə bilməz. Yarmarkalarla qarşıya qoyulan məqsədə nail olmaq üçün nazirlik fermer və ailə təsərrüfatları ilə əvvəlcədən razılıq əldə edərək onların öz məhsullarını yarmarkaya gətirib satışını həyata keçirmələrini təşkil etməlidir. Yarmarkada istehsalçılar iştirak etməlidir, fermerin məhsulunu alıb-satanlar yox. Özünün istehsal etdiyi məhsulu olmayan şəxs yarmarkaya buraxılmamalıdır. Belə olduğu təqdirdə fermer təsərrüfatları yarmarkalarda iştirak edib istehsal etdiyi, əkib-becərdiyi məhsulu satışa çıxaracaq, əhali də alıcı qismində çıxış edəcək. Fermer – istehsalçı gəlir əldə edəcək, əhali də keyfiyyətli məhsulu büdcəsinə uyğun qiymətə ala biləcək. Amma hazırda nə baş verir? İstehsalçı məhsulunu toplayıb gəlir yarmarkaya, görür ki, yerlər tutulub. Ticarətçilər tərəfindən əvvəlcədən piştaxtalar ələ keçirilib. Fermer də məcbur olur, ucuz qiymətə məhsulu satır, çünki özüylə geriyə aparası deyil artıq, ticarətçi də (alverçilər –red.) ucuz qiymətə aldığı məhsulun üzərinə ödədiyi yer haqqını da əlavə edib satışa çıxarır. Ona görə də qiymət yüksək olur. Məhsulu alan istehsalçını düşünmür - nə qədər əziyyət çəkib bu məhsulu becərənədək, necə daşıyıb gətirib paytaxta... Onu düşündürən öz gəliridir. Nə qədər lazımdır o qədər məhsul alır və satır. Problemi həll etmək və həqiqətən də istehsalçının və əhalinin maraqlarını qorumaq istəyirlərsə, istehsalçı olmayanların yarmarkalara girişi qadağan edilməli, yerlərin eyni şəxslər tərəfindən davamlı şəkildə zəbt edilməsinə son qoyulmalıdır. Bu halda daxili rəqabət yaranacaq, fermer çalışacaq ki, daha keyfiyyətli məhsul becərsin, bazara vaxtında çatdırsın, beləcə qiymətlər də əlçatan olacaq.
R.Həsənov qeyd edib ki, yarmarkalarda satış həyata keçirənlərin ticarətçi, yaxud istehsalçı olduqlarını ayırd etmək asan məsələdir:
- Yarmarkalardakı satıcıların çoxu həyətlərdə, binaların qarşısında meyvə-tərəvəz satanlardır. Siz 1-2 dəfə yarmarkaya getsəniz, onları tanıyacaqsınız, eyni adamların davamlı şəkildə piştaxta arxasında dayandığını görəcəksiniz. Təşkilatçılar da bunu bilir, onları tanıyır. Aralarında qeyri-rəsmi sövdələşmə də aparırlar. KTN-in əsas vəzifəsi istehsalçının və əhalinin hüquqlarını təmin etməkdir, ticarətçilərin deyil.
İqtisadçı bildirib ki, fermerlərin məhsulun daşınması və saxlanması problemi var:
- Bu problemi həll etmək üçün bir neçə ailə təsərrüfatının birləşərək məhsulu bazara gətirməsi daha münasibdir. Söhbət kiçik təsərrüfatlardan gedir. Böyük təsərrüfatlar onsuz da daşınma, saxlanma məsələlərini həll edə bilir. Şəhərə məhsul gətirən fermerin burda gecələməsi üçün də şərait yaradılmalıdır. Əksər fermerlər gecələmək problemi ilə üzləşməmək üçün məhsulunu ticarətçiyə dəyər-dəyməzə satıb çıxıb gedir. Amma fermerin gecələmək problemi həllini tapsa, 2-3 gün də artıq qalar və öz məhsulunu özü satar. Çəkdiyi əməyin bəhrəsini görər. Bu problem həll edilsə, yarmarkaların sayı da artacaq. Paytaxtda yarmarka təşkili üçün yerdən çox yer var. 3 yerdə yox, 5 yerdə, 7 yerdə - əhalinin kompakt yaşadığı ərazilərdə təşkil olunar, insanlar da yay mövsümündə münasib qiymətlərə keyfiyyətli məhsul əldə edərlər. Əsas şərt istehsalçı olmayanların yarmarkada satış həyata keçirməsinin qarşısını almaqdır. Bunu müəyyən etmək də asandır. Fermerlərin böyük əksəriyyəti qeydiyyatdan keçmiş təsərrüfat sahibləridir.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-07-2021, 09:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-07-2021, 09:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01