"Zakir Həsənov vəzifəsini layiqincə yerinə yetirə bilmədi..." - İTTİHAM
“Müdafiə naziri, general-polkovnik Zakir Həsənov vəzifəsini layiqincə yerinə yetirə bilmədi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında qazi intiharlarının qarşısını almağın mümkün çıxış yollarına münasibət bildirən Qarabağ qazisi, “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyib.
Rey Kərimoğlu vurğulayıb ki, mövcud vəziyyətdə qazilərə kifayət qədər diqqət ayrılmır və buna görə də qazi intiharlarının sayı artmaqdadır:
“İkinci Qarabağ savaşı bitəndən sonra şəhid ailələri və qazilərlə müəyyən görüşlər keçirilib. Onların bir qisminə psixoloji yardım göstərilib. Eyni zamanda müəyyən qeyri-hökumət təşkilatları və vətənpərvər şəxslər öz təşəbbüsləri ilə şəhid ailələri və qazilərə dəstək olublar. Lakin bu addımlar qazi intiharlarının qarşısını almaq üçün yetərli deyil. Sözdə qaziyə qəhrəman demək olduqca asandır. İntiharın qarşısını almağın yeganə yolu qazilərin bir-biriylə təmasının təşkil olunmasıdır. Müharibədə iştirak edən insanlar orada doğmalaşırlar. Ona görə də dostlarından biri şəhid olanda və ya yaralananda psixoloji travma alırlar. Təəssüf ki, bu gün qazilər taleyin ümidinə buraxılıb. Ölkədə bəzi təşkilatların rəhbərliyi pulla vəsiqə və diplomlar satırlar. Qazilərə saxta, dövlətin olmayan medallar verirlər. Halbuki 1992-ci ildə Qarabağ Əlilləri Cəmiyyəti var idi. Ölkənin hər bölgəsindən qazilər bu cəmiyyətə müraciət edərək problemlərinin həllinə nail olurdu. Bu gün belə bir cəmiyyət yoxdur. Qazilər ortalıqda qalıblar. Qazilərin bir cəmiyyətdə birləşməsi üçün addımların atılması vacibdir”.
Ölkə başçısı tərəfindən qazilərə diqqət göstərilməsi üçün lazımi vəsait ayrıldığını bildirən Rey Kərimoğlu qeyd edib ki, müvafiq qurumlar bu məsələdə laqeyd davranırlar:
“Müvafiq qurumlar, xüsusən də Müdafiə Nazirliyi bu məsələdə real addımlar atmır. Bu nazirliyi tənqid edən kimi də bir qrup trollar üzə çıxır, guya şəhid ailələri və qaziləri dəstəklədiklərini nümayiş etdirirlər. Müdafiə Nazirliyi İkinci Qarabağ savaşında iştirak edən qazilər arasında ayrı-seçkilik salır. Hər hansı rayonun azad edilməsində hansısa hərbi hissədən min nəfər iştirak edibsə və o rayonun azad edilməsi medalı təsis edilirsə, medal min nəfərin hamısına verilməlidir. Bunlar 200 nəfərə verir, 800 nəfər qalır. Bu, düz deyil. Bu medal fərdi qəhrəmanlığa və cəsurluğa görə deyil axı. Konkretdir və konkret iştirak edən min nəfərin hamısına verilməlidir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov vəzifəsini layiqincə yerinə yetirə bilmədi, xüsusən də bu hal özünü 44 günlük Vətən Müharibəsində daha da büruzə verdi. Bu şəxs müharibəyə kənardan baxıb. Döyüşlərə Ali Baş Komandan kimi prezident İlham Əliyevin özü rəhbərlik edib”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-07-2021, 10:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-07-2021, 10:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26