İranla sərhəddə BELİMİZ BAĞLI DEYİL... - Bu, molla rejiminin işinə yarayır...
İyul ayının 5-də Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 5 nəfər naməlum şəxs İrandan Azərbaycana keçməyə cəhd edib. Lakin sərhəd pozucuları sərhəd naryadı tərəfindən aşkar olunub. Müşahidə nəticəsində cinayətkarların silah və gecə görmə cihazları ilə təchiz olunduğu, üzərlərində narkotik vasitə olması müəyyən edilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb və xidməti ərazi qapadılıb. “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq silahlı müqavimət göstərib və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Sərhəd pozucularından biri zərərsizləşdirilib, digərləri isə gecənin qaranlığından istifadə edərək İran tərəfə qaçıblar. Əraziyə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə keçirdikləri çantada çəkisi 6 min 895 qram narkotik vasitəyə bənzər maddələr aşkarlanıb. Bu barədə İran tərəfi dərhal məlumatlandırılıb. Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib. Demək olar ki, ay ərzində bir neçə dəfə bu cür halların şahidi oluruq. Hətta bir çox hallarda ölümlə, yaxud yaralanma ilə nəticələnən insidentlər baş verir. Sərhəd pozanların çoxu silahlı olur və sərhədçilərimizə atəş açırlar. Sanki İran tərəfində sərhəd nəzarətsiz buraxılıb. Ən əsası da odur ki, rəsmi Bakının müraciətlərinə məhəl qoyulmur.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə açıqlamasında bəyan edib ki, Azərbaycan ordusunun Qarabağda əldə etdiyi uğur bölgədə bir çox məsələlərə aydınlıq gətirdi. Partiya təmsilçisinin sözlərinə görə, torpaqlarımızın işğalda qaldığı müddətdə İranla sərhədlərimizdə ciddi boşluq yaranmışdı:
“İşğal altında olan ərazilərimizə nəzarət etmək imkanından məhrum olduğumuz üçün ərazi qaçaqmalçılıq, narkotik dövriyyəsi üçün bir növ tranzit yolu kimi istifadə edilirdi. Hətta faktlar var ki, İran vətəndaşları Zəngilanda, Cəbrayıl və Füzulidə işğalçılardan Azərbaycan torpaqlarını icarəyə götürərək narkotika istehsalı ilə məşğul olurdular. Nəinki işğal dövründə, hətta 44 günlük müharibə şəraitində belə İran tərəfindən sərhədlərimizin pozulması halları davam edirdi. Düşmən tərəfə hərbi və iqtisadi yardımlar dayandırılmırdı. Artıq ərazilərimizi işğaldan azad etmişik və sərhədlərimizə tam nəzarət etmək iqtidarındayıq. Lakin İran tərəfi sərhədlərin qorunmasında bilərəkdən fəallıq etmir. Azərbaycan tərəfə narkotika keçirənlərə, qaçaqmalçılara göz yumur. Bu yanaşma kriminal qrupların xeyrinə işləyir. Belə çıxır ki, İran kriminal qrupların sərhədlərimizi maneəsiz keçməsinə bilərəkdən şərait yaradır. Əgər belə deyilsə, o zaman Azərbaycanla mütəmadi sərhəd pozulmaları faktları Ermənistanla sərhəd bölgələrdə niyə baş vermir?”.
V.Əfəndiyevin qənaətincə, İranın provakasiyaları həm də siyasi xarakter daşıyır: “İran Azərbaycanın çoxvektorlu siyasətindən və xüsusilə Türkiyənin yanımızda dayanmasından çox narahatdır. Ona görə də varlığını sübut etmək və ikili əlaqələrə əngəl ola biləcəyini diqqətə çatdırmaq üçün sərhədlərimizdə gərginliyi saxlamağa çalışır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-07-2021, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-07-2021, 09:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti