Kombayn tapılmır, yetişən arpa məhv olur
Kombaynların iri təsərrüfatlara xidmət göstərdiyi iddia edilir
Kombayn tapılmır, yetişən arpa məhv olur.”Marja” xəbər verir ki, Biləsuvar ilə bərabər İmişli və Bərdədə də kompayn tapılmadığı bildirilir.
Sosial şəbəkədə yazılan iddialara görə, kombaynlar vəzifəli şəxslərin və iri aqroparkların sahələrini biçirlər. Bu səbəbdən kiçik sahələr biçilməmiş qalır.
Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektardan aşağı sahəsi olan fermerlərin taxıl sahələrinin biçiləcəyini, yalnız bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcəyi açıqlamışdı.
Xəbər verdiyimiz kimi, Biləsuvarın İsmətli kəndindəndə 500 hektara yaxın taxıl əkilib. Bu il məhsuldarlıq da yüksək olub. Lakin kombayn çatımazlığı səbəbindən fermerlər biçin apara bilmirlər. Təsərrüfat sahiblərinin sözlərinə görə, məhsul günü-gündən məhv olur.
“Orta hesabla 30 sentener götürülməli idim. Artıq vaxtında biçlmədiyinə görə 7-8 senteneri məhv olub. 2-3 gündən sonra məhsulun 50 faizi məhv olacaq. Bir həftə sonra isə sahəyə kombayn girsə sünbüllər qırılıb töküləcək”, – təsərrüfat sahiblərindən biri deyib.
“3 hektar səhədə arpa əkmişəm. Orta hesabla 10 ton götürməli idim. Əgər 2-3 günə arpa biçilməsə mən 3-4 ton məhsul götürəcəm”,- digər fermer bildirib.
Fermerlərə görə, aidiyyatı qurumlara müraciət edilib, amma heç bir nəticəsi olmayıb:“Hər dəfə deyirlər “gedin sabah gələcək”. Bir həftədir yollardayıq, kombayn göndərilmir. Arpa isə gözləmir, məhsul yetişdikcə yerə tökülür”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-06-2019, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-06-2019, 16:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01