“Azəriqaz” müştərilərinə kələk gəlir - NARAZILIQ!
Tarif Şurasının təbii qazın qiymətində dəyişiklik etməsi, hələ xeyli əvvəl əhali ilə “Azəriqaz” arasında sayğaclarla bağlı yaranmış problemi yenidən aktuallaşdırıb. Bəzi istehlakçılar iddia edirlər ki, “Azəriqaz” evlərdəki sayğacları mexaniki sayğaclarla əvəz etdikdən sonra sərfiyyat artıq göstərilir, işlətmədikləri qaza görə də onlardan pul tələb olunur. “Azəriqaz” İstehsalat Birliyi deyilənlərin həqiqətə uyğun olmadığını bildirsə də, narazı vətəndaşlardan məhkəmədə iddia qaldıranlar da var.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məsələyə münasibət bildirərkən Reyting.az-a deyib ki, iki il əvvələ qədər ölkəyə gətirilən qaz sayğacları çox keyfiyyətsiz olub. O, bunu ekspertlərin dedikləri əsasında bildirir.
Onun sözlərinə görə, əvvəl “Azəriqaz” Fransadan, amma Fransa istehsalı olmayan “İTRON” tipli sayğaclar alıb, istehlakçılar da bir növ bu sayğaclara öyrəncəli olublar: “Bildiyimiz qədər, bu sayğacların qiyməti 250 manat idi. Sonra başladılar mexaniki sayğaclar quraşdırmağa. Bu sayğacların qiyməti daha aşağı - 60-70 manatdır. Əgər əvvəlki sayğaclar baha idisə niyə almışdılar? Əhali öyrəşdi, məsuliyyəti, istifadəni biləndən sonra mexaniki sayğaclara keçməyə başladılar. Demək olar ki, Bakının 12 rayonunda bu sayğaclar quraşdırıldı, sonra başladılar dəyişməyə və bununla bağlı çoxlu şikayətlər gəldi”.
M. Qəhrəmanlı əlavə edib ki, sayğaclar dəyişdirildikdən sonra birdən-birə sayğaca çoxlu pul yüklənməsi müşahidə olunub. Yəni sərfiyyat çox göstərilib: “Vətəndaşlara əvvəlcədən bildirmədən sayğacları dəyişib mexaniki sayğacla əvəz edirdilər. Mexaniki sayğaclar isə həddindən artıq çox yazır. Sonradan bununla bağlı izahat verdilər. Məncə, problem sayğacın beynində idi”.
Təşkilat sədri diqqətə çatdırıb ki, bu yaxınlarda “Azərsu”yun sayğacları ilə bağlı da problem olub: “Bu sayğaclarda da kart sistemidir. Bununla bağlı da narazılıqlar var”.
M. Qəhrəmanlının fikrincə, qaz sayğacları ilə bağlı araşdırma aparılmalıdır. İctimai Şuralar, laboratoriyalar da bunu araşdıra bilərlər:
“İddia olunur ki, əvvəlki sayğaclarla müqayisədə mexaniki sayğaclar sərfiyyatı 2-3 dəfə çox yazır. Qaz, su, işıq sayğaclarını dəyişdirirlər. Gah da qiymətləri artırırlar. Abonentlər də məsələnin sonuna qədər getmir. Özləri də izah etmirlər ki, sayğacları niyə dəyişirik, səbəb nədir”.
Hüquq müdafiəçisi “Azəriqaz”ın bu sahədə əsaslandırmadan apardığı fəaliyyəti düzgün hesab etmir: “Azəriqaz” bunu özbaşına edə bilməz, çünki SOCAR-ın tərkibindədir, SOCAR-la razılaşmadan belə addım atmaz. “Azəriqaz” SOCAR-ın tərkibindən çıxarılmalı, özəl quruma çevrilməlidir. Amma özəl quruma o qədər qohum-əqrəba yığa bilmirlər, çünki qurum özü qazanmalı, özünü dolandırmalıdır.
Düşünürəm ki, hasil edənlə, satan bir əldə toplana bilməz. Burada elə “hörümçək toru” düzəldiblər ki, aləm qarışıb... Araşdırmalar aparılmalı, izahını verməlidirlər ki, sayğacları niyə dəyişdirdilər? Bu dəyişmə davam edir.
“Azəriqaz” elə qurumdur ki, gəliri, çıxarı, iqtisadi cəhətdən effektivliliyi, bütün addımları, qiymətlərin tənzimlənməsi, sayğacların quraşdırılması idarə və onun tabe olduğu qurumda çalışan insanların - sahə üzrə məsul şəxslərin peşəkarlığından asılıdır.
Amma mən alqı-satqılarda şəffaflıq görmürəm. Əgər əvvəl alınan sayğaclar baha idisə, bu təklifi verən, müqavilə bağlayan cəzalandırılmalı idi. Onlar üçün bahalı gələn sayğac abonent olaraq mənim üçün daha əlverişli idi”.
M. Qəhrəmanlı qeyd edib ki, xaricdə sayğacların satışı bir neçə özəl şirkət vasitəsilə həyata keçirilir və orda da mexaniki sayğaclardan istifadə olunur: “Azərbaycanda isə hər şeydə qeyri-şəffaflıq, korrupsiya əməlləri görürük. Nə qədər ki, ölkədə şəffaflıq yoxdur, əhaliyə düzgün informasiya verilmir, korrupsiya əməlləri var, problemlər həllini tapmayacaq”.
Hüquq müdafiəçisi sonda qeyd edib ki, abonentlə doğru işləmədilər: “Bu halların aradan qaldırılması üçün özəl qurum yaradılmalıdır. Orada işləyən qeyri-peşəkarların iqtisadi əsaslandırma edə bilməməsi nəticəsində çoxlu bahalı sayğaclar alındı və ölkəyə iqtisadi ziyan vurdular. Müstəqil qurum da görmürəm ki, deyəm, bu necə araşdırılmalıdır? Camaata artıq qaz və supulu yazılır, tariflər artırılır, işsizlik artır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2021, 09:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-07-2021, 09:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti