Qaxın bu kəndindən başçı da xəbərsizdir... - GİLEY
Qax rayon Qaratala kəndinin “Dəmiryol” adlanan ərazisində yaşayan sakinlər illərdir su və işıq üzünə həsrət qalıb. İçməli suyu uzaqdan daşımaqdan, qışı-yayı bilmədən tez-tez kəsilən, bəzənsə sutkalarla verilməyən işıq problemindən təngə gələn sakinlər, son çarəni KİV vasitəsilə ictimaiyyətə və ölkə rəhbərliyinə bəyan etməkdə görüblər. Kənd sakinləri dərdlərini danışmaq üçün Sputnik Azərbaycan-ı seçiblər.
Kənd sakini Ceyran Məmmədovanın əməkdaşımıza dediyinə görə, bu problemlərlə bağlı dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, lakin kimsə onların dərdinə çarə tapmayıb, yaxud da tapmaq istəməyib.
"Bizim həm su, həm də işıq problemimiz var. İşıqla bağlı "Azərişıq"-a müraciət etmişik. Bizə oradan deyiblər ki, sizin zonaya Kamil adlı şəxs baxır, ona müraciət edin. Biz də Kamil adlı şəxslə əlaqə yaratdıq. Həmin şəxs dedi ki, “hansısa xətt qırılıb, tapa bilmirik”. Mən də ona dedim ki, “məgər elektrik xətti iynədir, onu tapa bilmirsiz?!" Prezident ölkənin işıq sisteminin yenidən qurulmasına və xətlərin təmirinə milyonlarla pul ayırıb. Bəs o pullar hara xərclənir? Biz niyə enerji ölkəsində işığa həsrət qalmalıyıq? Başqa ölkələrə enerji satırıq, amma özümüz işığa həsrətik. Aləmi bəzəyib, özümüz lüt gəzirik”, – deyən Məmmədova qeyd edib ki, Şəki ilə Qax stansiyasının yerləşdiyi ərazi arasında məsafə azdır. Bu kiçik məsafədə qırılan naqilləri tapmaq yəni bir o qədər çətindir?!
"Prezidentimizdən, “Azərişıq”ın, Dövlət Dəmir Yollarının, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyindən xahiş edirik ki, bizim kəndin işıq və su probleminə bir əncam çəksinlər. Qax həm də turizm bölgəsidir. Qax-1 Dəmiryol Stansiyası bizim kəndimizdə yerləşir. Biz də daxil olmaqla onlarla dəmiryolçu ailəsi, müəllim ailəsi, zəhmətkeş kəndli ailəsi Stansiyanın yaxınlığında yaşayır. Bəzən qatardan düşən sərnişinlər içməyə su axtarırlar. Düşünürlər ki, turizm bölgəsinə gəliblər, yəqin bulaq suyu içə biləcəklər. Lakin biz onlara 1 stəkan bulaq suyu tapıb verə bilmirik. Bəzən qatardan düşən turistlər də bizim kimi mənşəyi məlum olmayan suyu içmək məcburiyyətində qalırlar. Biz də Azərbaycan vətəndaşıyıq, vətənimizin yeraltı və yerüstü sərvətlərindən faydalanmağa haqqımız var", - deyə C.Məmmədova əlavə edib.
Cənnət arayarkən, cəhənnəmə düşən turistlər
Kənd sakini Həvva Qurbanova isə bildirib ki, elektrik təchizatında yaranan problemlərə görə, dəfələrlə məişətdə işlətdikləri elektrik avadanlıqları sıradan çıxıb: "Dəfələrlə soyuducunu, televizoru, paltaryuyan maşını dəyişmişik. Səmada bir balaca bulud görünən kimi, azca külək əsən kimi işıq kəsilir. Sonra sutkalarla işığın gəlməyini gözləyirik. Soyuducuda ərzaqlarımız xarab olur. Qaxın "cənnət-məkan" olduğunu eşidib digər rayonlardan bura istirahət etməyə gəlirlər. Gəlib burada deyilənlərin əksini görür, əsl cəhənnəmə düşürlər. Su yox, elektrik yox, adamları təzə südə, qatığa, kərə yağına və digər kənd məhsullarına qonaq edə bilmirik. Çünki soyuducu işləmədiyindən süd məhsullarımız xarab olur. Bir qonaq gələndə min dəfə xəcalət çəkirik. Bu problemlər ucbatından kənarda yaşayan qohum-əqrəbanı, dost-tanışı ürəklə qonaq çağıra bilmirik”.
Svetlana Məhsimova da illərdir bu kənddə hökm sürən problemlərdən danışıb. Bildirib ki, bir neçə il öncə yaşadıqları ərazidən 1 km aralıqda artezian quyusu qazılıb. Lakin mütəxəssislər artezian quyusunun yerini düzgün müəyyən edə bilmədiklərindən, su problemi yenidən yaşanıb: "Uzun tələblərdən sonra nəhayət, rayon İcra Hakimiyyəti kənddə artezian qazdırdı, bizə su çəkildi. Amma biz o arteziandan cəmi 2 ay istifadə edə bildik. Kranların suyu qurudu”.
Məhsimova su ilə yanaşı işıq probleminin də dözülməz olduğunu deyib. “Səlahiyyətli şəxslərə bununla bağlı dəfələrlə müraciət etmişik. Hər dəfə bizə vədlər verirlər, ya da əsassız bəhanələr gətirərək problemin həllindən yayınırlar. 21-ci əsrdə enerji və təbii su mənbələri ilə zəngin olan bir ölkənin vətəndaşları niyə sanki 19-cu əsrdə yaşayırmış kimi işığa və suya möhtac qalmalıdır? Kəndimizdə 150 ailə, 500-dən çox adam yaşayır. Bunun xəstəsi var, yaşlısı var, körpəsi var. Yayda uşaqlarımızın günü uzaqdakı bulaqlardan su daşımaqla keçir. İşıq olmadığından da sərin suya, təzə ərzağa möhtac qalırıq. Həyətimizdən bir heyvan kəsib ətini yeyə bilmirik. Çünki işıq olmadığından soyuducu işləmir, ət iylənir. Qışda uşaqlarımız dərslərini lampa işığında oxumağa məcbur olur", – deyə kənd sakini əlavə edib.
Svetlana Məhsimova yaşadıqları kənddəki telefon və internet problemini də diqqətə çatdırıb: "Hər aylıq abunəhaqqı ödəyirik, lakin işıq olmadığına görə nə ev telefonundan, nə də internetdən istifadə edə bilirik. Abunəhaqqını bircə gün gecikdirsək, dərhal telefon və interneti kəsirlər. Halbuki işıq olmadığından biz bu xidmətlərdən düz-əməlli yararlana bilmirik, havayı pul ödəyirik. İnternet olanda da sürəti çox zəif olur. Azca külək əssə, internet kəsilir və sonra da sutkalarla onun gəlməsini gözləyirik. Oğlum xaricdə təhsil alır, onunla ancaq internet vasitəsilə əlaqə saxlamaq imkanımız olur. Guya ən güclü provayderə abunəyik, di gəl ki, adı var, özü yox. İnternet olmayanda provayderə zəng edib şikayətlənəndə də minnət qoyur, bizi borclu çıxarırlar".
Qaxı cənnət sayıb burada ev tikənlər, indi çox peşman olublar
Məhsimova onu da deyib ki, Qaxı cənnət hesab edib, gəlib buradan torpaq alıb, ev tikənlər, çox peşman olublar. “Nə normal su var, nə işıq var, nə də ki internet. Sonra da turizm sektorunun inkişafından danışırlar. Bu zamanda işıqsız, susuz, internetsiz yerə turist gələr?" – deyə kənd sakini əlavə edib.
Qaratala kəndinin digər sakini Səfurə Hacıyeva isə bildirib ki, onlar üçün nəzərdə tutulan artezian quyusu dayaz qazıldığından, həmin suyun içilməsi insan orqanizminə zərərlidir, çünki qrunt suyudur: "25 ildir susuzuq. Həyətdə qazdırdığımız quyu suyundan istifadə edirik. Hansı ki, həmin suyu içmək olmaz. İşığımız yanmayanda, o suya da həsrət qalırıq, çünki onu nasosla çəkirik. Oğlum bizim üçün qazılan artezian quyusundan nümunə götürüb Bakıda analiz etdirib. Məlum olub ki, o su içmək üçün yararlı deyil, çünki artesian dayaz qazılıb və su yerin üst qatlarından gəlir, orqanizm üçün zərərli maddələrlə zəngindir. Özlərini mütəxəssis adlandıran şəxslər artezian quyusunun yerini düzgün müəyyən etsəydilər, quyu dərin qazılsaydı, bu gün su problemimiz də həll olunmuş olardı. Görünür, sadəcə, ad ediblər ki, artezian qazmışıq. İndi içməli su uçün çox uzaq məsafə qət edirik. Havalar istiləşdikcə, bu problem daha çox özünü büruzə verir. Böyük qablarda su gətiririk, o da qalıb iylənir, içmək üçün yararsız olur. Tələbimiz odur ki, bizə normal artezian qazılsın!"
Kənd sakini elektrik problemindən də danışıb. Dediyinə görə, elektrik xəttləri köhnə olduğundan, işıq problemi illərdir onların yaralı yeridir: "Elektrik xətlərimiz 1985-ci ildə çəkilib. 30 ildən artıqdır ki, heç dəyişilməyib. Ona görə də xəfif bir külək əsən kimi elektrik naqillərində qısaqapanma baş verir. Bəzən də, havanın sakit olmasına baxmayaraq, durduğu yerdə işıqlar sönür. Sonra qəflətən işıq güclü verilir deyə, elektrik avadanlıqlarımız sıradan çıxır. Min bir zəhmətlə qazandığımız pul da ancaq onların təmirinə gedir. Səlahiyyətli şəxslərə müraciət edəndə də min cür bəhanə gətirirlər, yalan vədlər verirlər".
Onlayn bilet alan sərnişinin olmaması üçün dua edən kassir
İşıq problemi rayonun Kötüklü stansiyasından da yan keçmir. Bakı-Balakən-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarının Qax rayonu ərazisindəki Kötüklü (Qax-1) stansiyasında kassir kimi çalışan Rauf Bağırov da şikayətçilər sırasındadır: "Elektrikin mütəmadi kəsilməsi işimizə çox mane olur. Sərnişin gəlib bilet istəyir, elektrik olmadığından bilet yaza bilmirəm. Məcburam qələmlə yazım. Qatar rəisi də bunu qəbul etmir. Onda da problemlər ortaya çıxır. Hər dəfə şimşək çaxan kimi işıqlar sönür. Sutkalarla işıqsız qalır, nəticədə sərnişinlərimizi itiririk. Yenə öz millətimizin nümayəndələri bu hallara adət edib, amma bura xaricilər də gəlir və gördükləri mənzərədən təəccüblənirlər".
Bağırovun sözlərinə görə, adi bir külək əsən kimi elektrikdən əvvəl interneti kəsirlər. “Sərnişin onlayn bilet alır, gəlir kassaya yaxınlaşır, işıq və internet olmadığından, biz onun biletini çap edib verə bilmirik. Hər dəfə hava dəyişəndə məni həyəcan bürüyür. Dua edirəm ki, onlayn bilet alan sərnişin olmasın. Sərnişindaşıma departamenti ilə Qax ATS-i arasında müqavilə bağlanıb. Hər il bizim departament ora pul keçirir. Müqavilədə də hər iki tərəfin öhdəlikləri var. Sifarişçi, yəni sərnişin departamenti pulu ödəyir, amma Qax ATS-i bizi normal internetlə təmin etmir. 2011-ci ildən komputer sisteminə keçmişik. Bura internet çəkiblər. İnternet calaq kabellə çəkilib. Ona görə də bir damcı su düşən kimi, internet kəsilir", - deyə kassir əlavə edib.
İcra hakimiyyətinin “görünən dağa bələdçilik etməsi”
Su problemi ilə bağlı sözügedən rayonun İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Lakin icra nümayəndələri sakinlərin dediklərini təkzib etdilər. İcra hakimiyyətindən bildirdilər ki, sözügedən əraziyə artezian quyusu çəkilib, su problemləri də yoxdur...
Amma necə deyərlər, görünən dağa nə bələdçi?! Qurumuş, üzərini hörümçək toru basmış kranlar, arteziandan gələn az miqdarda su, kimin haqlı, kimin haqsız olduğunun əyani sübutudur.
Kəndin illərdir bitməyən elektrik problemi ilə bağlı isə Dəmiryol stansiyasının sahə rəisi, Kamil müəllimlə (o, cidd-cəhdlə soyadını bizdən gizlətdi-m.) əlaqə saxladıq. Rəis də elektrikin verilməsindəki problemi inkar etdi. Həm də israrla bildirdi ki, bu problemin 95%-i həllini tapıb: "Bu problemlər ona görə yaranıb ki, elektrik dirəkləri və naqillər köhnədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsinə qəti icazə vermədiyindən, xətlərdə problemlər yaranırdı. Lakin artıq nazirlikdən icazə sənədi alınıb. Naqillərə mane olan ağaclar budanıb. Ümid edirik ki, yaxın günlərə problem öz həllini tapacaq".
Baxmayaraq ki, 2017-ci ildə Qax rayonunda ölkə başçısının iştirakı ilə 110/35/10 kV-luq yeni elektrik yarımstansiyası istifadəyə verilib, lakin kəndlərdə işıq problemi hətta sovet dövründəkindən də dəfələrlə pis olaraq qalır.
Onu da xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 17-də elektrik stansiyalarının təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalamışdı. Həmin sərəncama əsasən “Azərenerji” ASC-yə 30 milyon manat ayrılıb. Bundan əvvəl də ayrı-ayrı vaxtlarda dövlət büdcəsindən ölkənin elektrik enerjisinə olan tələbatını ödəmək məqsədilə külli miqdarda vəsaitlər ayrılıb. Amma təəssüf ki, həmin vəsaitlər Qax kəndinin sakinlərinin işıq problemini həll etməyib. İndi Qaratala sakinləri son çarəni problemi ictimailəşdirməkdə görürlər. Çünki əlaqədar qurumların, yerli məmurların yarıtmaz fəaliyyəti, problemi həll etmək əvəzinə ört-basdır etməyə üstünlük verməsi, insanların səbrini daşırıb. İndi onlar yeganə nicatı ölkə başçısı İlham Əliyevdən və birinci vitse-prezident Mehriban Əliyevadan gözləyirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-06-2019, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-06-2019, 09:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11