Azərbaycanda bu peyvəndə kütləvi axın: - Qeydiyyat mümkün deyil
Hazırda Azərbaycanda koronavirus infeksiyasına qarşı 4 peyvənd (“CoronaVac”, “Vaxzevria”, “Sputnik V”, “Pfizer”) növündən istifadə olunur. Vətəndaşlar peyvənd olunmaq üçün isə ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək, növbə götürməlidirlər.
Bir neçə gündür ki, “Pfizer” peyvəndinə qeydiyyat mümkün deyil və iyun ayı üçün artıq bütün yerlər olub.
Yayılan məlumatlara görə isə “Pfizer” peyvəndi artıq ölkədə tətbiq edilməyəcək. İyul ayında isə sözügedən peyvəndin ancaq ikinci dozasından istifadə mümkün olacaq.
Səhiyyə Nazirliyindən mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, "Pfizer" peyvəndi üçün yalnız iyun ayında olan bütün yerlər dolub:
"Sözügedən peyvənd növündən bazada kifayət qədər var. Ona görə də bununla bağlı heç bir narahatlığa əsas yoxdur. Yayılan məlumatlar isə əsasdır”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla saytımıza açıqlamasında bildirib ki, bu gün dünyada xeyli sayda peyvənd növləri var:
“Avropa Dərman Agentliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırda 4 vaksin (“BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson”) qeydiyyata alınıb. Digər növlərlə bağlı araşdırmalar isə davam edir.
Dünya əhalisinin sayı 7 milyarddan çox olduğu üçün peyvənd istehsalı üçün 4-5 il vaxt lazımdır. Buna görə də sınaqdan uğurla keçmiş peyvənd növlərindən mümkün qədər sürətli istifadə edilməlidir”.
A.Qeybulla “Pfizer” peyvəndinin ən yaxşılardan biri olduğunu deyib:
“Çünki sözügedən peyvənd molekulyar biologiyanın ən müasir üsulları ilə hazırlanıb. Həmçinin mutasiya olunmuş koronavirusun S zülalının birləşdirilməsi ilə əmələ gəlib.
Bütün bunlara baxmayaraq isə hamının “Pfizer” peyvəndindən istifadə üçün can atmasına lüzum yoxdur. Peyvənd növü – 70 dərəcədə saxlanılmalıdır və bunun saxlanması üçün ciddi şərait lazımdır. Onun xəstəxanalara bazadan verilməsi prosesi də bununla bağlı olaraq çətinlik yarada bilər. Ona görə də sözügedən məqamlar insanlar tərəfindən nəzərə alınmalıdır”.
Professor Avropa ölkələrinə gediş üçün “Pfizer” peyvəndinin istənilməsi barədə sualımızı da cavablayıb:
“İstənilən peyvənd növünü vurduran şəxs Avropa ölkələrinə gedə biləcək. Onlar sadəcə COVID-19 testi verməklə də səyahət edə bilərlər. Burada başqa bir söhbət ola bilməz”.
Xatırladaq ki, hazırda "Pfizer” peyvəndinin istifadəsi Bakı Sağlamlıq Mərkəzində, Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasında, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-06-2021, 18:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-06-2021, 18:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti