Ermənilər Tovuzda daha bir generalı öldürmək istəyirdilər - İLGİNC İDDİA
Tovuz döyüşlərinin ildönümü yaxınlaşır, bu zamana qədər yazmadığım və hamı ilə bölüşmədiyim, ayrı-ayrılıqda kiçik detal kimi görünən, lakin böyük təhlükə yaratmağa hesablanan şəbəkə işi barədə gəldiyim qənaətləri bölüşəcəyəm.
Yazacaqlarım hamısı baş verənlərdir, mən ayrı-ayrı detalları birləşdirib onların hamısının eyni zəncirin həlqələri olduğunu çatdırmağa çalışacağam.
İyulun 14-də səhər tezdən çətinliklə Ağdam kəndinə giririk, şiddətli artilleriya atəşləri başlayır, polis digər jurnalistləri ərazidən çıxarsa da, biz üç nəfər orada qalırıq, necə deyərlər “həyasızlıq” edərək ərazidən uzaqlaşmayacağımızı qəti şəkildə bildiririk.
Günorta saatlarında Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin keçirəcəyi məlum brifinqdə iştirakımızın vacib olduğu tapşırığını alırıq, gedirik.
Kərim Vəliyev kövrəlsə də, general qüruruna sığışdırıb özünü ağlamaqdan güclə saxlayır, dimdik duraraq, qəhər onu boğa-boğa Polad Həşimov və polkovnik İlqar Mirzəyevdə daxil olmaqla yeddi şəhid olduğunu deyir. Daha sonra digər şəhid olan hərbçilərin də siyahısı bizə təqdim edilir.
Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarətindədir, bunu öz gözümüzlə də görürük, bununla belə Ermənistan artilleriya qurğularından atəşlərini davam etdirir.
Hərbçilərdən biri ilə söhbətləşirəm, çətinliklə də olsa, bəzi məlumatları alıram. Mənbəm deyir ki, hazırki məqamda çətin olan Ermənistan silahlı bölmələrinin Azərbaycanın mövqelərini atəşə tutan artilleriya silahlarının yerini müəyyənləşdirməkdir. Bununla belə həmin silahların əsas toplandığı məntəqəsinin tapılıb məhv ediləcəyini də əminliklə qeyd edir.
Hərbi mənbəmlə söhbətdən təxminən üç saat keçdikdən sonra artilleriya atəşləri kəsilir. Sən demə Ermənistanın atəş açdığı əsas məntəqə müəyyənləşdirilərək məhv olunub.
Müdafiə Nazirliyi məlumat yayır ki, Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Hərbi mənbəmin əminliklə dediyi öz təsdiqini tapdı, içimizdə sevinc var, amma təhlükə də qalmaqdadır.
İndi isə informasiya cəbhəsinin yarılmasında biz jurnalistlərin ağır artilleriya rolunu oynadığını başa düşüb, Qaraqaya yüksəkliyinin Azərbaycanda olması faktını çatdırmaq, üçün üzərimizə düşən yükün ağırlığını qaldırmağa çalışırıq.
Bu vaxt xəbər gəlir ki, Dondar Quşçu kəndinə mərmi atılıb, ev tamamilə yararsız hala düşüb.
Mənlə fotoqrafımız Ramil Zeynalov gedirik, mərmi düşən evləri və ya həyətləri bir-bir gəzirik, amma bu mərmilər Dondar Quşçu sakinlərinin ümidlərini və vətənpərvərlik hisslərini dağıda bilməyib.
Dondar Quşçudan Tovuz rayonunun mərkəzinə qayıdırıq, hiss edirik ki, havadan barıt qoxusu çəkilməyib, çünki Ermənistan silahlı bölmələri yenidən artilleriya atışlarına başlayır.
İnformasiya təxribatlarının əyani şahidiyik
Tovuz rayonunun mərkəzinə gəlib, buradan yenidən Ağdama yol almaq istəyirik, bu sırada Tovuzda guya briqadanın və xəstəxanın vurulması barədə məlumatlar rayon ərazisində sürətlə yayılır, bu xəbəri “VAZ2106” markalı avtomobildən düşən gənclərdən biri həyəcanla deyir: “Briqadanı vurdular, mərmi düz yanımıza düşdü, maşının üstünə düşdü” kimi həyəcanlandırıcı sözlər deyir, səsinin tonuna güc verir. Hədəf kimi jurnalistləri göstərir, deyir ki, çəkib göstərməsəydilər vurmayacaqdılar, media əhlinin ünvanına olmazın söyüşlər söyür. Daha sonra avtomobilə oturub sürətlə həmin ərazidən uzaqlaşır.
Mən və Ramil Zeynalov həmin əraziyə getməyə cəhd edirik, amma polislər yolu bağlayıb, nə qədər çalışırıqsa, bizi əraziyə buraxmırlar. Ara-sıra mərmi səsləri də eşidilir, bu isə polisləri daha sayıq olmağa vadar edir. Yayılan məlumatların isə dəqiqləşdirilməsinə ehtiyac var.
Həmin vaxtda isə kimsə guya Tovuza 200 erməninin daxil olması kimi saxta xəbərləri dövriyyəyə buraxılır.
Qulaqlarımız polisin əlindəki rabitə cihazındakı yüksək səslə verilən əmri eşidir, əmr gəlir ki, təcili həmin məlumatı yayan şəxs tapılsın.
Bir az keçdikdən sonra isə “WhatsApp”da səs yazısı yayılır – yəqin ki, siz də həmin səsi eşitmişdiniz - və təəccüblənirəm. Hissiyatım və ağlım mənə deyir ki, bu səs “Jiquli”dən düşüb qışqırıqla həmin yalan xəbəri çatdıran şəxsin səsidir.
Saxta məlumatların Ermənistanla nə qədər əlaqəsi var, həmin zaman analiz etmək çətindir, bunu xüsusi texnologiyalar vasitəsilə müəyyən etmək mümkündür, amma məntiq və analizlərimiz belə deyir ki, bu informasiyalar Ermənistanın maraqlarına uyğundur.
İndi gəlin, hadisəni çözməyə çalışaq: Birincisi, həqiqətən də, Tovuz rayonuna yaxın əraziyə mərmi atılmışdı, çünki ermənilər bilirdilər ki, Kərim Vəliyev Tovuzdadır, hədəf briqadanı vurmaq idi.
Ermənilər düşünürdü ki, mərmi hədəfə dəysə, bundan sonra ikinci generalın şəhid olmasını Azərbaycan cəmiyyəti həzm edə bilməz, yəni bu, ciddi etirazlar başlatmağa hesablanmışdı.
Həmin anda o, “Jiquli”dən düşən oğlan isə Azərbaycana qarşı qurulan kəşfiyyat oyununda rol almışdı, yalandan deyirdi ki, mərmi düz yanlarına düşdü, əsgərlər, şəhid oldu.
Paralel olaraq, 200 erməninin guya Tovuza daxil olması xəbərləri…
Bu məlumatların yayılmasında hədəflər:
1. Azərbaycanda ictimai rəyi azdırmaq, Tovuz əhalisində panika yaratmaq və əhalinin rayondan çıxarılmasına nail olmaq – amma bu plan da uğursuzluğa düçar olur.
2. İnformasiya müharibəsində yerli mediaya qarşı nifrəti körükləmək.
Çünki yerli media məhz Ermənistanın Qaraqaya ilə bağlı yalanlarını ifşa etmişdi, Qaraqayanın Azərbaycanda olmasını sübut edən video və fotolar paylaşılmışdı, məntiq və faktlarla zəngin yazılar dərc olunmuşdu.
Lakin şəbəkə istəyinə qismən nail oldu, yerli camaatın həmin zaman media nümayəndələrini görməyə gözü yox idi.
Bunu edənlərin birbaşa Ermənistan olduğunu düşünmək olmaz, bu, Azərbaycana qarşı qurulan böyük şəbəkənin işi idi. Bu şəbəkədə Ermənistan kimlə hərəkət etmişdi? Bəllidir ki, birbaşa olaraq Rusiyanın Azərbaycandakı agentura şəbəkəsi bu işə misilsiz xidmətlərini sərf etmişdilər, amma bütün məqsədləri fiaskoya uğradı…
P.S Məni həmin zaman Polad Həşimovun şəhid olmasından sonra ən çox kövrəldən bilirsiniz nə idi? Tovuzda, öz qızım yaşda bir qız darvazadan başını çıxararaq ağlayırdı: “Qorxoramm, ermənilər aterrlarr” deyirdi. Öz qızım göz önünə gəldi, başını sığalladım, dedim qorxma, hər şey yaxşıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-06-2021, 12:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-06-2021, 12:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11