AZAL-ın bahalı hava limanı “sevgisi” - "Çox təəssüf ki, Azərbaycanda belə pis bir praktika var"
"Azərbaycan Hava Yolları" (AZAL) QSC 2022-2023-cü illərdə Şəkidə yeni hava limanı inşa etməyi planlaşdırır.
Məlumata görə, hazırda Şəki hava limanı yalnız bütün növ helikopterləri qəbul edə və göndərə bilir. Bununla yanaşı, hava limanının fəaliyyətinin tam həcmdə bərpası (təyyarələrin qəbulu üçün) mümkünlüyü nəzərdən keçirilir. "Azərbaycan Hava Yolları" QSC-nin 2018-2025-ci illəri əhatə edən Strateji İnkişaf Planına əsasən, 2022-2023-cü illərdə Şəkidə yeni hava limanının inşası planlaşdırılır.
Bu layihənin həyata keçirilməsi dövlət büdcəsindən maliyyələşmə hesabına mümkün olacaq. Məlumatda o da vurğulanır ki, əvvəlcə ən yaxın Qəbələ və Zaqatala beynəlxalq hava limanları vasitəsilə Şəki şəhərindən və ona bitişik yaşayış məntəqələrindən sərnişin daşımaları, regiona turist axını göstəriciləri öyrənilməlidir. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanın müxtəlif bölgələrində 6 beynəlxalq və regional hava limanı fəaliyyət göstərir. Regionlar üzrə beş hava limanı fəaliyyət göstərsə də, rentabelli hesab olunmur. Naxçıvan aeroportundan Bakıya təyyarə reysləri rentabelli olmasa da, blokada şəraitində olan Muxtar Respublika ilə paytaxt Bakı arasında yalnız hava nəqliyyatı ilə əlaqə mümkün olduğundan, bu reysləri təxirə salmaq mümkün deyil.
Bəzi ekspertlər bölgələrdəki yeni hava limanlarını gələcəyə hesablanmış investisiya hesab edir. Büdcə vəsaitləri hesabına tikilən və ya yenidən qurulan hava limanlarının rentabelli olması daha çox menecerlik işinin qurulmasından asılıdır. Amma bu sahəyə cavabdeh olanlar işlərini müəyyən müddətdən sonra bitmiş hesab edirlər.
Məsələn, Gəncə aeroportunun müasir standartlar əsasında yenidən qurulmasına 39.5 milyon manat ayrılıb. Lənkəran hava limanının tikintisinə 51.5 milyon manat, Zaqatala aeroportunun yenidən qurulmasına isə 27.1 milyon manat xərclənib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, regionlardakı mövcud hava limanlarının fəaliyyəti rayonlarda infrastrukturun genişlənməsinə ehtiyac olmadığını göstərir: “Qəbələ hava limanı ilə Şəki arasında cəmi 40 kilometr məsafə var. Normalda Qəbələ hava limanı Şəkinin və bütün bölgənin ehtiyaclarını ödəməli idi. Amma demək olar ki, bu hava limanı işləmir. Əvvəllər həftədə bir neçə dəfə təyin olunan reyslərin sonradan fəaliyyət göstərib-göstərmədiyi məlum deyil. Çünki Azərbaycan tərəfinin təklifləri beynəlxalq hava daşımaçı şirkətlərini qane etmirdi. Zaqatala Hava Limanı da Şəkidən yarım saatlıq məsafədə yerləşir. Belə hava limanlarının bölgədə olması onu göstərir ki, orada infrastrukturun genişlənməsinə ehtiyac yoxdur. Əksinə, artıq fəaliyyətdə olan infrastrukturun normal, effektiv işlədilməsinə ehtiyac var. Əldə olan infrastrukturun işlədilməsi effektiv olarsa, həmin bölgənin hava daşımaçılıq ehtiyaclarını tamamilə ödəyə bilər”.
Ekspert təəssüflə qeyd edib ki, Azərbaycanda bəzi məmurlar hər hansı bir layihəni həyata keçirkən pul qazanmağı düşünürlər: “Yəni, layihənin işləmə müddətində yox, onun tikintisi, yaxud təmir işləri zamanı avadanlıqların alınmasından pul qazanmağa üstünlük verirlər. Çox təəssüf ki, Azərbaycanda belə pis bir praktika var. Ona görə də məmurlar böyük layihələrin həyata keçirilməsinə maraq göstərir. Əslində isə, buna qətiyyən ehtiyac yoxdur. Ümumiyyətlə, Azərbaycan kimi kiçik ölkədə hər 40-50 kilometrdən bir hava limanının olması absurddur. Əgər Qəbələdə, eləcə də Zaqataladakı hava limanlarının fəaliyyəti normal təşkil olunsa, Şəkidəki inşa olunması nəzərdə tutulan hava limanına nəinki ehtiyac qalmaz, ümumiyyətlə, bu barədə söhbətin açılması yersiz görünər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-03-2019, 09:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-03-2019, 09:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01