"Ey elmin tabutu üzərində kef məclisi quran qəlbsizlər!" - İTTİHAM
AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin plagiat faktına münasibət bildirmələrindən sonra institutun son elmi şurasındakı davranışlar bir daha onu deməyə əsas verir ki, institutda plagiatçılığı müdafiə edənlər əməli surətdə sonadək həvəsləndiriləcək və bu əcaib əməli pisləyənlərdən qisas alınacaq.
Üzümü sizə tutub deyirəm: Ey plagio-stimulyatorlar! Əgər bir gün əldən düşüb iş görmək qabiliyyətimi itirsəm, əl açıb xalqdan səxavətlə çörək dilənçiliyi edərəm, amma sizin ikiüzlü əməlinizə heç vaxt qahmar çıxmayacağam. Əminəm ki, Azərbaycan elmində kök atmış zərərli qruplaşmaların baniləri də, üzvləri də cəzalarına çatacaqlar.
Eybi yoxdur, qoy mənim uşaqlarım zəif qidalansınlar, həkim müayinəsindən keçməsinlər, sizinkilər kimi böyük pullar töküb "adlı-sanlı" liseylərdə, ali məktəblərdə oxumasınlar! Ancaq Vətənə zərrə qədər xeyirləri dəyən layiqli vətəndaş olsalar, ruhum əbədi səkanətdə olar!
Plagiatçılara, onların hamilərinə və silahdaşlarına müjdə olsun! Elm aləmindəki hər kəsin ümumi dərdi olan, elmi rəqabət mühitini məhv edən plagiatçılığın ifşası prosesində üzləşdiyim mənəvi-psixoloji təzyiqlərlə yanaşı, Azərbaycan Dillər Universitetindəki 0,5 ştat professor vəzifəsindən (500 AZN maaş) də imtina etməli oldum. Ümumi işin naminə kiçicik töhfə vermək istəyirsənsə, haqqının müvəqqəti tapdanacağına da hazır olmalısan. Axı irtica asanlıqla təslim olmur!
Mənim uşaqlarım harınlayıb-qudurmuşların özlərindən və vicdansız böyüdülmüş övladlarından üstün olsalar da, ata nəvazişinə həsrət, tərki-məhəbbət, yurdundan-yuvasından məhrum, həyata küsdürülmüş şəhid balalarından artıq deyillər. Bəli, mənim uşaqlarım qaçqın, köçkün həyatının ağır məşəqqətlərindən keçmiş, məktəbdən, elmdən, irfandan uzaq salınmış o Vətən balalarından artıq deyillər.
Haşiyə. Xocalıda ayağından ufacıq yaralanmış üç yaşlı məsum uşaq can verməkdə olan anadan imdad diləyir. Onun üçün "ölüb yox olmaq" anlayışı yoxdur və anasının bu dünya ilə vidalaşmasını ağlına belə, gətirmir, ondan yalnız kömək və nəvaziş umur. O, cansız vücudu soyumaqda olan ananın qollarına sarılıb: "Ana, anacan, ayağım...!" - deyir. Mənzərə nə qədər dramatik və ürəkdağlayandırsa, bu gün Vətənə, dövlətə, xalqa qarşı alim xəyanəti, alim vicdansızlığı bir o qədər faciəvidir, dəhşətlidir!
Ey elmin tabutu üzərində kef məclisi quran qəlbsizlər! Elə bilməyin ki, elmi rəqabət mühitini axıradək ikiüzlülük, eyş-işrət və aşirətbazlıqla əvəz etməyə nail olacaq, dövlətin büdcəsi hesabına onun elm potensialını sonadək məhv etməyi bacaracaqsınız!
Və ey xalq! Sən möhkəm dayanıb ölkədə başlanan islahatlara dəstək versən, bil ki, xoşbəxt həyatına qovuşacaqsan. İstənilən qarışıqlıq ölkənin inkişafını ən azı 50 il geri sala bilər. Görmürsənmi, islahatlardan narahat olub onu ən müxtəlif yollarla boykot etməyə çalışan sənin yüksək titullu alimlərinin təfəkkür tərzi nə yerdədir?! Bu gün sabitlik şəraitindən sui-istifadə edən belələri ilə ölkə üçün xeyirli bir iş görmək olmursa, sabah qarışıqlıq şəraitində nələr baş verəcəyini təsəvvür edə bilərsinizmi?! Sənin alimin ölkənin ən həssas məqamında fədakarlıq göstərmək əvəzinə, sırf opportunist mövqedən çıxış edir. O bədbəxt guya özünün, övladlarının xeyri üçün çalışır, bu məqsədlə dövləti, xalqı aldatmağa səy edir, bununla da düşmən dəyirmanına su tökür. Amma bir həqiqəti anlamır ki, güclü və xoşbəxt vətəndaş yalnız güclü dövlətin mövcudluğu şəraitində olur. Deməli, əslində o, nəinki Dövlətini və Vətənini, heç özünü və övladlarını da düşünə bilmir.
İdris Abbasov
Hurriyyet.org
Paylaş:
Müəllif : Yazar
Tarix:4-06-2019, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-06-2019, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26