Düşmən yenə “Dəmir yumruq”la əzilmək istəyir - GƏLİŞMƏ
Xəbər verdiyimiz kimi, bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib. İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub. Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.
Düşmən ötən ay da belə çirkin əməl törətməyə cəhd göstərmişdi. Belə ki, bu ilin mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd edib.
İlkin məlumata əsasən, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qruplardan biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb. Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.
Bunlar bir daha onu göstərir ki, müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri hələ də terrorçu əməllərindən əl çəkmirlər.
Mövzu barədə Azvision.az -a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan Azərbaycana qarşı kəşfiyyat-diversiya qruplarının fəaliyyətinə fasilə vermək niyyətində deyil.
"Görünür, Ermənistan növbəti dəfə Azərbaycan tərəfindən "Dəmir yumruq" zərbəsi almaq üçün əlindən gələn fəaliyyətləri əsirgəmir. Ordusunun darmadağın olan vəziyyətində Ermənistana heç bir halda Azərbaycanın səbr kasasını daşırmağa cəhd etməsini məsləhət bilməzdim. Əks halda düşmən ordusunun bu dəfə alacağı zərbə daha ağrı-acılı və sarsıdıcı olacaq", - deyən hərbi ekspert bundan sonra da Ermənistan tərəfindən təşkil olunan istənilən təxribatın, diversiya cəhdinin qarşısının alınacağını vurğulayıb.
Azərbaycanın "Dəmir yumruğunun" yerində olduğunu söyləyən Ə.Verdiyev Ermənistanı terrorçu fəaliyyətdən çəkinməyə çağırıb. Bildirib ki, əks halda bu ölkə üçün nəticələr ağır olacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2021, 16:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2021, 16:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01