Sarayda 18 yaşlı İsmayıl 49 yaşlı Tofiqi niyə və necə öldürdü... - “ATASI DURUB DEYİR Kİ, BAĞIŞLAYIN, AXI NECƏ BAĞIŞLAYIM?”
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu boğub öldürməkdə ittiham olunan Bakı şəhər sakini, 18 yaşlı İsmayıl Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Qətl hadisəsi bu il yanvarın 22-də Abşeron rayonu, Saray qəsəbəsində baş verib. Qəsəbə sakini 49 yaşlı Tofiq Bədirovun meyiti yaşadığı evdə aşkarlanıb. Araşdırmalar zamanı hadisənin qonşuluqda yaşayan İsmayıl Əliyev tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İ.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəklb edilib.
Təqsirləndirilən İsmayıl Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində hadisə baş verən gün günorta saatlarında mərhum T.Bədirovun oğlu Tamerlanın ona mesaj yazdığını, atasına baş çəkməyi xahiş etdiyini deyib: “Tofiq həmişə deyirdi ki, özümü öldürəcəyəm, intihar edəcəyəm. Həmin gün Tamerlan mənə yazdı ki, atamın yanına gedə bilərsənmi, bax, gör necədi. Tofiqin görüşdüyü qadın da vardı.Hərdən onun yanına gəlib-gedirdi”.
İsmayılın ifadəsinə inansaq, Tamerlan sözüylə qonşuluqda yaşayan Tofiqə baş çəkməyə gəlib. Birlikdə oturub araq içiblər. Sonra Tofiq İsmayıla pul verib mağazaya “Coca Cola” dalınca göndərib: “Dükandan qayıdanda gördüm zalda oturub. Sonra yataq otağına keçdi, şkafın cırıltısı gəldi. Geri qayıdıb mənə dedi ki, 27 manat pulum vardı, sən götürmüsən, 15 dəqiqə vaxt verirəm, tez ol, pulumu geri qaytar. Dedim, mən pul götürməmişəm, inanmadı. Bizə gedəcəyini dedi. Atam TIR sürücüsü işləyir, uzaq yerlərə gedib-gəlir. Mən istəmirdim ki, Tofiq bizim evə getsin”.
İsmayıl pul oğurlamadığını and-aman etsə də, qonşusunu inandıra bilməyib. Tofiqin ona şər atdığını iddia edən gənc bu barədə tanışı, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə iki dəfə məhkum olunan, hazırda eyni əməllərə görə yenidən həbsə düşən Natiq Hüsüyevlə əlaqə saxlayıb, Tofiqin onu şərlədiyini deyib. Natiq də öz növbəsində Tofiqə zəng vurub ona hədə-qorxu gəlib, söyüş söyüb: “Yenidən qayıtdım Tofiqin evinə. Tofiq məni söydü, mən də bıçağı götürüb dedim ki, səni dilim-dilim eləyərəm. Çənəsindən vurdum, əlini boğazıma atanda onu qabaqladım. İstədim elə eləyim ki, özündən getsin, mən də çıxım evə gedim. Baxdım, qolu sallanıb, xırıldayır, ağzından qan gəlir”.
Çox şeyi xatırlamadığını söyləyən İsmayıl qətli törətdikdən sonra nədənsə yenə Natiq Hüsüyevə zəng vurub, onunla əlaqə saxlayıb. Natiq ondan harada olduğunu soruşanda İsmayıl “deyəsən bunu öldürmüşəm” cavabı verib. Natiq onu “işə” saldığına görə İsmayılın üstünə acıqlanıb, polisə təslim olmağı məsləhət görüb. Abşeron rayon Polis İdarəsinə gedən İ.Əliyev törətdiyi cinayəti etiraf edib.
Tofiqin meyidini evdən çıxarırlar...
Zərərçəkmiş Nurlan Bədirov təqsirləndirilən şəxsin yalan danışdığını məhkəmənin diqqətinə çatdırıb: “Biz Tofiqi müalicə edirdik. Çox vaxt evdə tək olurdu, hərdən gedib baxırdı. İçkili olublar, mübahisə ediblər”.
N.Bədirov İsmayılı Natiq Hüsüyevin öyrətdiyini bildirib: “Elə İsmayılı Natiq qızışdırıb. Özü iki dəfə türmədə yatıb, narkomandır. İndi üçüncü dəfə də həbs olunub”.
“Atası durub deyir ki, bağışlayın. Ayağımı tapdalamamısınız ki, sizi bağışlayım. Bu, avtoqəza deyil, axı necə bağışlayım? Bu hadisə qəsdən törədilib. İsmayıl özü də bilirdi ki, mən Tofiqin üstündə necə əsirdim”- deyə zərərçəkmiş əlavə edib.
Məhkəmədə şahidlər dindirilib. Şahid qismində mərhumun həyat yoldaşı Nailə Bədirova ifadə verib. O, ifadəsində hadisəni görmədiyini, həmin ərəfədə rayonda olduğunu deyib: “Həyat yoldaşım yaxşı adam idi. Heç kimlə işi olmazdı. İsmayıl niyə belə bir cinayət törədib, onu niyə öldürüb, axı?”
Daha sonra anasının iştirakı ilə Tamerlan Bədirov dindirilib. Uşaq ifadəsində hər dəfə İsmayıl onlara gəlib-gedən zaman evdən nəsə itdiyini bildirib. Tamerlanın ifadəsinə görə, İsmayıl dəfələrlə darvazanı döyüb, ondan siqaret istəyib, verməyəcəyi təqdirdə atasını öldürücəyi ilə hədələyib. Bəzi hallarda isə darvazanın üstündən hoppanıb, həyətə gizlincə düşüb.
Məhkəmə prosesi mayın 31-də davam edəcək.
Virtualaz.org
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2021, 16:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-05-2021, 16:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11