Nəriman Abıyevin “daxili inamı” qanunun qaziyə tətbiqinə yol verməyib - NARAZILIQ!
"25 may 2021-ci ildə Bakı İnzibati Məhkəməsində Qarabağ qazisi Xaliq Abbaszadənin ƏƏSMN-in tabeliyində olan DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 3 il qabaq Suraxanı icra məmuru Vüsal Əliyevin məktubu əsasında (?) “Rəvan” sığorta şirkətinə ödənilməklə yarıqat edilən pensiyasının bərpa edilməsi və dəyən maddi -mənəvi ziyanın ödənilməsi tələbi ilə qaldırdığı iddiasına baxılıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Hakim Nəriman Abıyev məhkəmənin 3-cü şəxs qismində işə cəlb etdiyi Suraxanı icra və probasiya şöbəsinin iştirakını təmin etmədən , hazırlıq iclası keçirmədən, iddia tərəfinin təqdim etdiyi sübutlara və vəsatətlərə münasibət bildirmədən , 5 dəqiqəyə Qarabağ qazisinin iddiasının təmin edilmədiyini bildirib.
Xatırladaq ki, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı , xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin 350 manatlıq cüzi pensiyası 3 il qabaq özündən xəbərsiz yarıqat edilib . Qazinin sosial müdafiəsini və təbii ki, pensiyasını ödəməyə görəvləndirilən ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Qarabağ qazisinin pensiyasının Suraxanı icra məmuru Vüsal Əliyevin məktubu ilə (?) “Rəvan” sığorta şirkətinin hesabına ödəndiyini bildirib. Pensiyasını tələb edəndə imtina edildiyindən Bakı İnzibati Məhkəməsində iddia qaldıran qazi “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsilə pensiyasına 2006-cı ildən əlavə edilməli olan 77 manatlıq, Prezidentin 26.12.2001 tarixli 613 saylı fərmanı ilə müəyyən edilən 26 manatlıq və 29.12.2000 tarixli 597 saylı sərəncamı ilə verilməli olan 12 manatlıq, toplam 115 manatlıq aylıq müavinətin bərpa edilməsini də iddiasına əlavə edib. Bakı İnzibati Məhkəməsi 2 dəfə bir illik süründürməçiliklə iddianı mümkün saymayıb və hər ikisində Bakı Apellyasiya Məhkəməsi bu qərardadları qüvvədə saxlayıb, amma Ali Məhkəmə ləğv edib. 07.04.2021-ci ildə Ali Məhkəmənin İnzibati Kollegiyası işi baxmaq üçün Bakı İnzibati Məhkəməsinə göndərib. İş qərardadı ləğv edilən hakim Nəriman Abıyevə verilib və o da 25.05.2021-ci ildə , özünün iddiaçıya izah etdiyi kimi, “İcra haqqında” qanunun 68.1.2 maddəsinin ( “TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”) Qarabağ qazisinə tətbiq edilməsinə “daxili inamı”nın yol vermədiyi əsası ilə iddianı təmin etməyib. Hakimin Azərbaycan Respublikasının Konstitusiyasını, “Əmək pensiyaları”, “İcra haqqında”, “ Məhkəmələr və hakimlər haqqında” qanunları , İnzibati Prosessual Məcəllə (İPM) və Mülki Prosessual Məcəlləni (MPM) , Prezidentin normativ hüquqi aktlarını “daxili inamı”na (cavabdehin sifarişi ilə ) qurban verməsi , qanunun özü kimi , sübuta ehtiyacı olmayan faktdır. Nədən sözügedən normativ hüquqi aktların tələblərinə görə, məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, digər qanunvericilik aktlarını və beynəlxalq müqavilələri rəhbər tuturlar. Eyni zamanda, İPM-in 19.1.2, MPM-in 19.1.3 , “Məhkəmələr və hakimlər haqqında” qanununun 16-cı maddələrində yazılıb ki, BİRİNCİ İNSTANSİYA , APELLYASİYA VƏ KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İŞƏ BAXILMASINDA İŞTİRAK ETMİŞ HAKİMİN HƏMİN İŞƏ TƏKRAR MƏHKƏMƏ BAXIŞINDA İŞTİRAKI YOLVERİLMƏZDİR . Əslində hakim özü-özünə etiraz etməyə borclu olduğu halda, “daxili inamı” ilə qazini “borclu” çıxarıb! (?)
Onu da vurğulayaq ki, Konstitusiyanın 61 -ci, “Məhkəmələr və hakimlər haqqında” qanunun 10-cu, İPM-in 31-ci maddəsi də Qarabağ əlilinə tətbiq edilməyib və müdafiəçi -vəkil ayrılmayıb. Məhkəmənin heç bir araşdırma aparmadan, hazırlıq iclası belə keçirmədən 5 dəqiqəyə “daxili inamı”nı tətbiq etməsi də qeyri-prosessual sifarişdən qaynaqlanır . İPM-in 14-cü (“ Sübut etmə vəzifəsi”) maddəsinin 2-ci bəndinə görə, İNZİBATİ ORQANIN İNZİBATİ AKTIN QƏBUL EDİLMƏSİ İLƏ ƏLAQƏDAR OLMAYAN VƏ BİLAVASİTƏ ŞƏXSİN HÜQUQ VƏ AZADLIQLARINI POZAN QANUNSUZ MÜDAXİLƏSİNDƏN MÜDAFİƏYƏ DAİR İDDİALAR ÜZRƏ BELƏ MÜDAXİLƏNİ ZƏRURİ EDƏN FAKTİKİ ŞƏRTLƏRİN MÖVCUDLUĞUNU SÜBUT ETMƏK VƏZİFƏSİ MÜVAFİQ İNZİBATİ ORQANIN ÜZƏRİNƏ DÜŞÜR. Bu isə o
deməkdir ki, Qarabağ qazisinin pensiya -sosial təminat hüququnu pozaraq pensiyasını yarıqat edən inzibati orqan - DSMF qazinin pensiyasını yeməsinə əsas olan şərtin mövcudluğunu sübut etməlidir. Belə əsas, yəni icra sənədi isə mövcud deyil. Lap olsa da, “İcra haqqında” qanunun 68.1.2 maddəsi tələbin qazinin Qarabağı müdafiə edərkən aldığı güllə yarasına görə ödənilən pensiya məbləğinə yönəldilməsini yolverilməz edir. Nə yazıq, hakimin “daxili inamı” bu maddənin qaziyə tətbiq edilməsinə yol vermir ! (?)
Apellyasiya instansiyası “daxili inam” qərardadını qüvvəyə mindirsə, Ali Məhkəmə aşağı instansiyaların “ inamını sarsıtmaq “ səlahiyyətindən yararlanmalı olacaq".
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2021, 16:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-05-2021, 16:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti