“Məhdudiyyətlər götürülsə də, ehtiyatlı olmalıyıq” - İnfeksionistdən xəbərdarlıq
Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması ilə bağlı mühüm qərarlar qəbul edib. Ötən gün təşkil olunan brifinqdə pandemiya ilə bağlı bir sıra yumşalmaların olacağı açıqlanıb.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov brifinqdə ilk olaraq ümumi epidemioloji vəziyyət haqqında məlumat verib. O qeyd edib ki, 2020-ci ildə başlamış pandemiya hələ də davam edir: “Dünyada xəstələrin sayı hələ də artır”. Ş.Mövsümov qeyd edib ki, mayın 31-dən “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa olunacaq: "Eyni zamanda iyunun 10-dan məscidlər də açılacaq. Mayın 31-dən isə açıq havada maskanın taxılması tələbi ləğv olunur. Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir. İyunun 10-dan “Mall”arın və iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilir".
Ş.Mövsümov əlavə edib ki, peyvəndin iki dozası vurulanlara vaksin sertifikatı veriləcək: "Azərbaycanda növbəti mərhələdə təxminən 10 faizə yaxın əhali vaksinasiyadan keçib. Ölkədə 18 yaşdan yuxarı hamı vaksin oluna bilər. Bunu nəzərə alaraq yeni bir sənəd tətbiq olunur. Bu sənəd COVİD pasport adlanır. O, iki sertifikatdan ibarətdir. Birinci sertifikat peyvənd olunma sertifikatıdır. Peyvəndin iki dozasını alanlara icaze.e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. Həmin sertifikata hər bir vətəndaşın E-TƏBİB vasitəsilə çıxışı var. Eyni zamanda icaze.e-gov.az portalında onu çap edib kağız formada özündə saxlaya bilər. Hər iki sertifikatın üzərində QR kod var. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq edilmir. Ona görə immunitet serifikatı COVİD-19 pasportu kimi hesab olunur. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur".
Prezidentin köməkçisi toy və s. kütləvi mərasimlərin keçirilməsinə icazə ilə bağlı yaxın zamanlarda əlavə məlumat veriləcəyini əlavə edib. Qeyd edək ki, Prezidentin köməkçisi jurnalistlərə açıqlamasında deyib ki, şənbə-bazar günləri ictimai nəqliyyatla bağlı qadağa qüvvədədir: "Növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər. 31 maydan “Bakı Metropoliteni”nin fəaliyyəti əvvəlki qaydada - səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq. Şənbə-bazar ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir".
TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva da deyib ki, hazırda dünyada koronavirusa yoluxmuş insanların sayı 168 milyonu, ölənlərin sayı 3 milyonu ötüb. Azərbaycanda isə yoluxmanın sayının azalmasına baxmayaraq, ölüm halları hələ də var. TƏBİB rəsmisi qeyd edib ki, aprel ayından yoluxma 10 faizdən aşağı düşüb: “İl ərzində olduğu kimi, qadınlar arasında yoluxma daha çoxdur. Bir il ərzində yaş qrupları arasında ciddi dəyişikliklər olmayıb. 30-69 yaş arası qruplarda yoluxmaya daha çox rast gəlinir. Yoluxmalar daha çox Bakı, Abşeron və Sumqayıtda qeydə alınıb”. Y.Qarayeva onu da əlavə edib ki, Azərbaycanda bu günə kimi 2 milyona yaxın vaksin dozası vurulub. Onlardan 850 mindən çox ikinci dozanı vurduran vətəndaşlar var. TƏBİB rəsmisi qeyd edib ki, ölkədə yetəri qədər vaksin var: “Vaksinasiya ilə bağlı problem yoxdur. ”Biontec" vaksinini gözləyirik və yaxın günlərdə ölkəyə gətirilməsi planlaşdırılır. 1 milyona yaxın vətəndaş vaksinasiya ilə immunitet qazanıb".
Brifinqdə açıqlanan xəbərlər insanların sevincinə səbəb olsa da, yeni qaydalarla bağlı qərarlar bəzi sakinlərin narazılığına səbəb olub. Xüsusilə də idman zallarına və sağlamlıq mərkəzlərinə getmək üçün “COVİD pasportu”nun tələb olunması bəzilərini narazı salıb. Bizimlə söhbətdə paytaxt sakini Sona Məhərrəmova deyib ki, vaksin olunmaqdan imtina etmək istəyir: “Ötən gün iş yoldaşım vaksin olundu, halı çox pisləşdi. Düzünü desəm, ondan sonra vaksin olunmaq istəmirəm. Deyirlər, vaksinasiya könüllüdür, amma elə şərait yaradırlar ki, məcbur oluruq axı. Bu düzgün deyil. Mən vaksin olunmaqdan qorxuram. Onda nə edim, yaşamayım?”
Bu yumşalmalardan sonra yenidən yoluxmaların artacağını deyənlər də az deyil. İnsanları narahat edən bu və digər suallarla bağlı “Yeni Müsavat”a tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə danışıb: “Məhdudiyyətlər götürülsə də, ehtiyatlı olmalıyıq. Üzü yaya gedir, virusun artıb-çoxalmasına şərait yaratmamalıyıq ki, yayda yenidən qapanmalar olmasın. Üç ay yayı rahat istirahət etməliyik, immunitet formalaşdırmalıyıq, yoxsa növbəti sezonda yenidən yoluxmalar arta bilər. Yəni həmişə hansı tədbirlər aparılıbsa, bundan sonra da o tədbirlər davam etdirilməlidir. Sosial məsafə saxlanmalıdır. Maskanın açıq havada istifadə qadağası aradan qaldırılır, öz yerində. Amma qapalı məkanda maska taxılmalıdır. Əllər dezinfeksiya olunmalıdır. İnsanların kütləvi toplaşdığı yerlərə, lap açıq yer olsa belə, nisbətən az gedilməlidir”.
İnfeksionist COVİD pasportu ilə bağlı deyilənlərə də fikir bildirib: "Pasportun əhəmiyyəti böyükdür. Həmin pasportu digər sahələrə də tətbiq etmək lazımdır. COVİD pasportu tələb olunmalıdır ki, insanlarda vaksinasiyaya maraq oyansın. Vaksin olunan insanların sayı çoxalsa, yoluxanların sayında da azalma olar. O ki qaldı vaksindən sonra yan təsirin olmasına, peyvəndləmədən sonra hər hansı fəsad müşahidə edilməyib. Olsa da, psixoloji problemlərlə bağlı yaranan hallardı. Hər hansı fəsad hələ ki müşahidə edilməyib".
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2021, 09:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-05-2021, 09:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11