Nyukasl xəstəliyi yayıldı - Azərbaycan QADAĞA qoydu
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Mali Respublikasının Kulikoro (Koulikoro) inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, İsrail Dövlətinin Təl-Əviv (Tel Aviv), İudeya və Samariya (Judea and Samaria), Hayfa (Haifa) və Qüds (Jerusalem) dairələrində Nyukasl xəstəliyi qeydə alınıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən xəbərə görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Mali Respublikasının Kulikoro inzibati ərazi vahidindən, o cümlədən İsrail Dövlətinin Təl-Əviv, İudeya və Samariya, Hayfa və Qüds dairələrindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Mali Respublikasından və İsrail Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2021, 15:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-05-2021, 15:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11