XƏTAİDƏ ÖZBAŞINALIQ: 24 mərtəbəli binanın zirzəmisində “moyka“ açdılar - Sakinlər ayağa qalxdı...
Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156 ünvanında Sahil-D Kompani” MMC tərəfindən inşa edilmiş bina kompleksinin sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ediblər.
Sakinlər binanın tikintisinin yarımçıq dayandırılmasından narazıdırlar. Müraciətdə deyilir:
“Sahil-D Kompani” MMC tərəfindən yuxarıda göstərilən ünvanda inşa edilmiş binanın tikintisi 2016-cı il tarixində onu inşa edənlər tərəfindən yarımçıq dayandırıldı. Biz sakinlər, binanı inşa edən İlham Qasımova tikintinin başa çatdırılması ilə əlaqədar dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq tikinti davam etdirilmədi. Sonradan bizə məlum oldu ki, onu tikən “Sahil-D Kompani” MMC müflis olmuş, vergi orqanlarına 250000 (iki yüz əlli min) manatdan çox vergi borcu yaranmış, icraçı direktor binada qeyri qanuni əməllərinə görə məsuliyyətə cəlb edildiyindən özünü asaraq intihar etmişdir. Özünü binanın sahibi hesab edən İlham Qasımov isə dələduz əməllərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb edilərək 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Belə bir vəziyyətdə, aldığımız mənzillərə köçə bilmədiyimizi görüb binalar üzrə mənzil mülkiyyətçilərinin iclasını çağırdıq və yarımçıq qalmış işləri tamamlamaq məqsədilə hər binadan 4 nəfər sakindən ibarət İşçi qrupu yaratdıq. Bu işçi qrup sakinlərin öz şəxsi vəsaitləri hesabına binanın yarımçıq qalan işlərini, yəni 8 ədəd liftini, qaz xəttini, kanalizasiya xəttlərini, işıq xəttini, yarımçıq qalmış layihə işlərini, su təchizatı üçün su nasoslarının yenilənməsi işlərini, həyətə asfalt örtüyünün vurulmasını, işıqlandırma sistemini, su anbarlarının təmizlənməsi və yararlı vəziyyətə gətirilməsini və digər təxirəsalınmaz işləri həyata keçirərək, dövlət rüsumlarını ödəyərək insanların mənzillərinə köçüb yaşamasını təmin etdi.
19 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Çoxmənzilli binaların sadələşmiş formada istismara təhvil verilməsi haqqında 529 saylı sərəncamının 1.1.-ci maddəsindən irəli gələn bütün sənəd toplularını hazırlayaraq binanın istismara qəbul edilməsi üçün Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdik. 2020-ci il fevral ayının 14-də binalarımız mülkiyyət çıxarışlarının verilməsi üçün Əmlak Komitəsində reyestrə salındı. 1 il 7 ay şərti cəza ilə azadlığa buraxıldıqdan sonra İlham Qasımovun göstərişi ilə “Sahil-D Kompani” MMC-nin direktoru Adilağa Hüseynov beş ay müddətində sakinlərin mülkiyyət çıxarışlarının alınması üçün ümumi siyahının verilməsini ləngitdi, məqsəd bəlli idi, sakinlərdən əlavə pul alıb mənimsəmək. Etdiyimiz müraciətə əsasən Azərbaycan Respublikasının Baş prokuroru hörmətli Kamran müəllimin köməyindən sonra “Sahil-D Kompani” MMC-nin rəhbərliyi bu siyahını vermək məcburiyyətində qaldı, dövlət orqanlarının köməyi nəticəsində bina sakinləri nəhayət arzularına çatdı. Mülkiyyət çıxarışlarını aldılar, ölkə rəhbərinə, bu işdə sakinlərə köməklik edən, dayaq duran bütün dövlət orqanlarına məktubla müraciət edərək öz təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Bir müddət keçdikdən sonra İlham Qasımov öz yaxınlarını və qohum-əqrabasını binalara nəzarətçi təyin edərək, sakinləri təhqir edərək incitməyə başladılar. Bu barədə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, 102 qaynar xəttinə müraciətlər daxil olmuşdur. İlham Qasımov və onun əl altıları heç bir hüquqi əsas olmadan binada idarəçiliyi ələ keçirərək, əmək müqavilələri olmadan, vergi vermədən, DSMF-də uçota düşmədən, bina sakinlərindən təmir üçün 1200 manat alaraq evlərinə buraxır, mənzillərin otaq sayına uyğun hər ay 35, 40, 45 və 50 manat kommunal adıyla pul yığaraq mənimsəyir, bu azmış kimi hər mənzil mülkiyyətçisindən mənzili aldığı tarixdən bu günə kimi hər ay üçün 20-25 manatdan zorla pul alaraq mənimsəyirlər, yığılmış pullardan bir manat da olsa binanın yarımçıq qalmış işlərinə xərcləmirlər.
Bu da azmış kimi, İlham Qasımov Azərbaycan Respublikasının Qanunvericiliyinə zidd olaraq, binanın zirzəmisinin istifadə təyinatından kənara çıxaraq, binaların dayanacaqlarını təhlükəyə ataraq, obyekt adı altında satır, bu obyekt sahibləri isə aldıqları yerlərdə binaların döşəmə örtüklərinin armaturlarını kəsir, pərdə örtüklərini dağıdır, yanğından mühafizəyə fikir vermədən 24 mərtəbəli binanın altında yağ dəyişmə məntəqəsi, çilingər xidməti, maşın yuma məntəqəsi və ərzaq məhsulları anbarı yaradaraq sakinləri narahat edir, normal yaşayışına mane olur.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 119-cu maddəsinə əsasən bina istismara verildikdən sonra, binaları tikən şirkət fəaliyyəti dayanaraq, təhvil-təslim aktı tərtib edərək binanın idarəçiliyini mənzil mülkiyyətçilərinə təhvil verməli, sakinlər isə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaradaraq sənədləri Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. İlham Qasımov və onun bu dələduz briqadası bütün gücləri ilə bu cəmiyyətin yaranmasına maneçilik törədir ki, insanlarda qeyri qanuni yollarla aldıqları pulları mənimsəməkdə davam etsinlər.
Bina sakinləri adından şikayət məktubumuz Xətai Rayon İcra Hakimiyyətinə çatmamış İlham Qasımovun və sənədləri saxtalaşdırmaqda mahir olan “Sahil D Kompani” MMC-nin direktoru A.Hüseynov Nazirlər Kabinetinin çoxmənzilli binaların qapalı zirzəmilərinin mülki müdafiyə xarakterli olması, sakinlər üçün sığınacaq funksiyası daşıması, belə qapalı zirzəmilərdə heç bir maşın yuma və maşın təmiri obyektlərin fəaliyyətinə qadağa qoyduğu halda, onlar bu qapalı zirzəminin 1/3 hissəsini bina sakini olmayan şəxslərə sataraq, geniş dağıdıcı, bina örtüklərinə və pərdələrinə zədə vuran tikinti işlərinə başladılar. Yerli İcra Hakimiyyətinə məlumat verdikdən sonra, təşkil olunmuş komissiya (Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin dediyinə görə onun tərkibində FHN-nin, Arxitektura və Şəhərsalma departamentinin, polis orqanlarının nümayəndəsi olub) binanın zirzəmisinə baxış keçirən zaman bu tikintini dayandırdılar, lakin 2-3 gündən sonra bu tikinti əvvəlkindən daha geniş miqyas alaraq, əlavə olaraq zirzəmidə sanuzel qovşağı tikildi, lift şaxtaları, işıq şitləri üçün nəzərdə tutulmuş yerlər bərbad vəziyyətə gətirildi. Xətai Rayon İcra Hakimiyyəti isə öncəki məktubumuza cavab verərək bildirdi ki, tikinti dayanıb və ona nəzarət edilir.
Hasara alınmış bir həyətdə yerləşən, 4 ədəd hər biri 24 mərtəbə, ümumi 462 mənzildən ibarət yaşayış kompleksinin cəmi bir zirzəmisi var. Əhalinin etirazları və təkidlərinə baxmayaraq zirzəmidə hələ də sənədsiz, icazəsiz maşın yuma (moyka) məntəqələrinin tikintisi uca binaların özülü üçün ciddi təhlükə yaradır. Tikinti layihəsində nəzərdə tutulmayan binaların yerli icra hakimiyyəti orqanlarına təhvilindən sonra özbaşına, rəsmi sənəd olmadan, qazanc naminə obyekt adı ilə kimlərəsə satılması, qeyri qanuni tikinti aparılmasına nə ad vermək olar? Bunun bir adı var: Tikinti terroru. Dəfələrlə yazılı şəkildə müraciətlərimizə baxmayaraq rəsmi dairələrin, icra hakimiyyəti strukturlarının laqeydliyi, susqunluğu təəccüb və təəssüf hissi yaradır.
Qalib, qələbə ruhuna köklənmiş, bu xalqın inamına, sevincinə daş atmaq kimlərə və nələrə xidmət edir. Cənab prezidentin: “Yumruq kimi hakimiyyət və xalq birliyi” ifadəsinə kölgə salmağa yönəldilmiş bu kimi əməllər, əhalidə inamsızlıq yaratmaq cəhdlərindən başqa bir şey deyil və belə hallara yol verənlərə indiki islahatlar dövründə yer olmamalıdır, hakimiyyət və xalqın birliyi sarsılmazdır. //moderator.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:19-05-2021, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-05-2021, 09:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01