Ağsuda ZƏLZƏLƏ KORRUPSİYASI... - GİLEY
Əsli- Azərbaycan RespublikasınınAli Baş Komandanı və Prezidenti cənab İlham Əliyevə,
Surətləri- Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti xanım M.Əliyevaya,
Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova,
AR-nın Prezidentinin hüquq işləri üzrə köməkçisi cənab F.Ələsgərova,
Azərbaycan Respublikasının Baş Prokuroru cənab K.Əliyevə,
Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab V.Eyvazova,
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri K.Heydərova,
Azərbaycan Respublikasının Maliyyə Naziri cənab S.Şərifova,
Azərbaycan Respublikasının Hesablama Palatasının sədrinə,
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab N.Rəcəbova,
Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab Əli Nağıyevə,
Ombudsman Aparatının rəhbərinə, Mətbuat orqanı rəhbərlərinə,
Ağsu rayon İcra hakimiyyətinin başçısı cənab R.Bağırova,
Ağsu Rayon Prokurorluğuna
Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan 1-ci Qarabağ müharibəsi veteranı, 18 il DİO-da çalışmış Hacıyev Alov Ağasan oğlu tərəfindən
“Ağsu rayon İH-nin korrupsiyalaşmış yerli məmurlarınən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsuliyyətsiz məmurlarının son 10 ildə törətdikləri iqtisadi təxribat fəaliyyətləri barəsində aidiyyatı orqanlara dərhal tədbir görülməsi, və bizim yaşaması mümkün olmayan evlərimizə FHN-nin komissiyasının savadlı və vicdanı olan mütəxəssisləri tərəfindən baxış keçirib təmir olunması” barədə
Ş İ K A Y Ə T
Bir daha xatırladım ki, Alov Hacıyev Ağsu rayonun Kalva kənd sakini olaraq bu kənddə yaşamış və Vətənin müdafiəsi üçün qardaşlarımla birlikdə Ağsu rayonun Hərbi Komissarlığından könüllü olaraq döyüşlərdə iştirak etmişk. 2019-ci ilin fvralın 5-də baş vermiş məlum zəlzələ zamanı kəndimizdə əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub daxilə tökülmüş, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Məsələn, mənim atamın hazırki analığımız Hacıyeva Gülsənəminindi yaşadığı evi 1946-cı ildə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsüilə tikilmişdir .Ona görə evimizin dörd tərəfindən çatlar əmələ gəlmiş və yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Eləcə də qardaşım Hacıyev Asəfin evinin zirzəmisində kürsü daşları uçaraq daxilə tökülmüşdür, sanki ev havada qalmışdır. Divarda çoxsaylı çatlar əmələ gəlmişdir. Digər qonşularım Şükürov Ağasəlimin, Əsədov Yalçının, Salamov Yasirin, Mustafayev Rəşid Ərzuman oğlunun yaşadıqları evlər də yararsız hala düşmüşlər. Evləri qəzalı vəziyyətdə olan sakinlər indi də arvad uşaqlarla birlikdə qorxa qorxa yaşayırlar. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün xahişlər edilsə də 2 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdur.( qulaq ardına vurulrlar- səbəbi də budur ki, kim 500 versə onun işi qabağa salınır. əgər belə olmasaydı...biz kasıb şikayətçiləri də yerli və rayon rəhbərliyi nəzərə alardı. Cənab prezidentin zəlzələdən zərər görçüş biz sakinlərinə də ayrılmış 7 milyon manat puldan bir az vəsait ayrılardı ki, bizim də evlərimizi heç olmasa kosmetik təmir etsinlər. Amma yox.
Budur, çox şikayətlərdən sonra yerli icra nümayəndəsi Cavid Qədirov cavab verir ki, siyahıda adınız 38-ci dir. Təmir olunacaq. Amma 2 ildir ki, heçnə etmədilər. Sonradan məlum oldu ki, C.Qədirov mənim adımı siyahıdan da çıxartdırıb. Amma eyni zamanda görürük ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, Ağsu rayon İcra Hakimiyyəti Aparatının hüquqşünası olmuş Tofiq Kərimovla məsləhətləşmələrilə cənab Prezidentin 1-ci dəfə ayırdığı 2 milyon manat vəsaitdən əvvəlcə özlərinə məxsus topdağıtmaz kiçik villalarını təmir etdirdilər. İcra nümayəndəsi C. Qədirov ilk növbədə özünə məxsus evi tam və əsaslı təmir etdirməklə yanaşı, yaxın qohumlarının – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb əsaslı təmir etdirdi. Hətta iş o yerə çatdı ki, Cavidin yaxın dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində yeni bir irihəcmli yeni “besedka”talvar da tikdirib təhvil verməyi unutmadı. Bizi kimi kasıblar da qaldıq bir tərəfdə. 1 il 6 ay əvvəl biz sakinlərin verdikləri şikayətlərə cavab olaraq FHN-nin Daxili Təhlükəsizlik Baş İdarəsi rəisi Nazim Rüstəmovun 16 yanvar 2020-ci il tarixli cavab məktubunda qeyd edilir: “FHN-nin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti tərəfindən təqdim edilmiş siyahıya əsasən Ağsu rayonu ərazisində baş vermiş zəlzələdən ziyan dəymiş evlərin texniki vəziyyəti araşdırılmış və aktlar tərtib edilmişdir.” Yəni, FHN-nin səlahiyyətlisi bildirir ki, yerli icra orqanları bizə nə təqdim edirsə onların evəri tikilir və bərpa olunur.”
Ağsu rayon İH-nin ictimai-siyasi məslələr şöbəsinin müdiri xanım Sevil Mirzəyeva isə kasıb şikayətçilərə cavabında bildirir: “Zəlzələ nəticəsində evinizə dəymiş ziyanla bağlı rayon İH-nə müraciət etməmisiniz. Bu səbəbdən FHN-nin komissiyası tərəfindən evlərinizə baxış keçirilməmişdir.Rayon İcra hakimiyyətinin Kalva kənd ərazi dairəsi üzrə nümayəndəsi Cavid Qədirovun isə belə bir səlahiyyəti yoxdur.” Onda belə bir sual yaranır ki, niyə Ağsu rayon İcra Hakimiyyətinin başçısı bizim kəndə gəlib evlərə baxış keçirmədi, O zaman C.Qədirov niyə özünün, dədəsinin , əmisinin, xalasının, qudalarınını, dostunun evlərinin siyahısını aparıb zəruriyyət olmadığı halda FHN-nin komissiyasına təqdim etmiş və savadsız mütəxəssislər də “haqlarını” aldıqdan sonra verdikləri saxta rəylər əsasında dərhal da tikdirmişdir? Biz sadə vətəndaşların bəlkə pulu imkanı yoxdur Ağsu şəhərinə gedib bürokratların, süründürməçilərin qapısında günlərlə gözləməyə, bəs, dairə ərazi icra nümayəndəsi niyə əvvəl bizi aldadır ki, sizin adıınız 37-38-ci dir. İndi də İcra hakimiyyəti səlahiyyətlisi S.Mirzəyeva bu işi malalamağa çalışır ki, Cavidin səlahiyyəti yox imiş.və s. boş boş rəsmi çərənləmələr. Niyə o zaman bu barədə yazılan şikayətləri ört basdır etmək üçün İH-nin hüquq şöbəsindən Tofiq Kərimovu dərhal kəndimizə göndərirsiniz ki, C.Qədirovu xilas etmək üçün şikayətçiləri istintaq etsin, onlara diqtə edib izahat yazdırsın ki, qanmayıb yazıblarmış, səhv ediblər və kasıbları boş boş ev təmiri və tikilməsi vədləri verməklə özünə lazım olan sənədləri imzalatdırıb yuxarı orqanlara yalan raport versinlər.? Bu oyunbazlığı qurtarmaq lazımdır. Bəs Ağsu İcra Hakimiyyəti cənab Cavid Qədirovdan soruşubmu ki, zələzlədən sonra necə oldu ki, dərahal özünə 16000 manata “TUKSON” markalı avtomobil, Bakının Biləcəri qəsəbəsində 58000 manat təmirli ev ala bilirsən, 27 sentyabrda Vətən Müharibəsi başlayanda isə öz oğlunu guya böyrək xəstəsidir adı altında pampers verib yataq xəstəsi edirsən, kasıbların övladlarına təzyiq etməklə müharibəyə göndərirsən. Camaat soruşanda ki, bəs Cavidin oğlu niyə Vətəni azad etməyə getmir? Qeyd edirsiniz ki, guya 24 yaşlı oğlu xəstə imiş. O zaman belə bir xəstə oğlunuzu niyə DTX-nın Ağsu Şöbəsinə işə düzəltdirmək-soxuşdurmaq üçün dərdən –qabıqdan çıxırsınız?Pul toplayırsınız ki, işə düzəldəsiniz. Vətənə yarsız xəstə birisinin DTX sıralarında işə qəbulu nə dərəcədə düzgündür? Camaatımıza o da məlumdur ki, Cavid Qədirovun törətdiyi korrupsiya hərəkətləri barədə yuxarı orqanlara gedən şikayətləri ört-basdır etmək və vəzifəsində qalması üçün Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini cənab Füzulinin köməkliyindən ( nəyinsə müqabilində) necə istifadə etmiş və etməkdədir. Şikayətlərə görə düşdüyü külli-miqdarda ziyanın əvəzi olaraq guya mənə yaxın adamların yazdıqları şikayətləri mən təşkil etdiyimə görə mənim adımı da siyahıdakı 38-ci sıradan digər yaxınlarım kimi tamamilə çıxarıb silib. Əvəzində isə Xatman kəndində yaşayan iki bacının Dürdanə və Dürrə adlı xanımların evlərini pul qarşılığında tikib təhvil verib. Eləcə də hazırda uzun müddət Bakıda yaşayan kənddə evi olmuş pullu şəxslərind ə evlərinin hamısını zərurət olmadığı halda əsaslı təmir etdirib. Məslən, Maliyeva Yenizənin, Mirzəyeva Shranın, Nağıyev Durmuşun evi təzədən tikilib təhvil verilib. Halbuki bunların evlərii heç qəzalı vəziyyətdə olmayıb. Mənim və qonşularımın 6 ailənin avləri isə tam qəzalı vəziyyətdə ollmasına baxmayaraq heç adi təmir üçün də siyahıya daxil etməyiblər.
Bəs bizim son dəfə 12 yanvar, fevral, mart aylarında bu barədə yuxarı orqanlara etdiyimiz çoxsaylı şikayətlərdən sonra nəticə necə oldu?:
Müraciətlərimiz əsasında Ombudsman Aparatının 04 may 2021-ci il tarixli, 2/10280-21 saylı cavab məktubunda bildirilir: “ FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən verilən cavabda bildirilir ki, baş vermiş zəlzələ ilə bağlı FHN-nin komissiyası tərəfindən yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim edilmiş siyahəlar əsasında Ağsu rayon vətəndaşlarının evlərinə bxış keçirlmiş və aktlar tərtib olunmuşdur. Sonradan çoxsaylı şikayətləriniz nəzərə alınaraq agentlik mütəxəssisləri yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə Sizə məxsus yaşayış evinə baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Baxış zamanı evin divarlarında bir sıra qüsurların yarandığı müəyyən edilmişdir. Mütəxəssislərin rəyi əsasında fərdi yaşayış evinin yaranmış qüsurların təbii fəakətlə əlaqəsi yoxdur.
Qeyd olunanları nəzərə alaraq evinizin təmirilə bağlı köməklik göstərilməsi FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səllahiyyətləri xaricindədir.
AR –nın mülki Məcəlləsinin 28.1-ci maddəsinə uyğun olaraq təbii fəlakət və mülkiyyətçidən asılı olmayan səbəblərdən qəza vəziyyətinə düşmüş mənzillərin təmiri və bərpası mülkiyyətçi tərəfindən həyata keçməlidir.”
Bəli. Cabadan da aydın olur ki, istər yerli, istərsə də FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məsuliyyəti öz üzərlərindən atırlar. Və FHN-nin mütəxəssisləri – Mühəndis və Elşən adlı bizimlə birlikdə Kalva kəndinə gəlib evimə baxış keçirirlər. Yanımızda təsdiq edirlər ki, bu evə əsaslı təmirə edilməlidir. Sonradan yerli İcra nümayəndəsi C.Qədirovla yeyib içdikdən sonra öz “mütəxəssis” rəylərini sifariş əsasında dəyişib rəsmən qeyd edirlər ki, bəs Alov hacıyevin 1946-cı ildə torpaq və taxtadan tikilmiş və istismar müddəti keçmiş evində əmələ gələn çatlar, qüsurlar zələzlə zamanı baş verməyibmiş. Bəs onda icra nümayəndəsinin, atası Əlistanın, əmisinin , qayınları, bacanağı, xalasının NORM- 400marka sementilə bir neçə il əvvəl tikilmiş möhtəşəm villaları necə zəlzələdən ciddi zərər gördü?Və dövlətin büdcəsinin yarısı bunlara ayrıldı.?
Əslində isə Ağsu rayon İcra Hakimiyyətinin yerli icra nümayəndəliyi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin korrupsiyalaşmış mütəşəkkil dəstəsi arasında baş tutmuş gizli sövdələşmənin nəticəsində bizim kəskin qəzalı evlərimizə qəsdən baxış keçirilməmiş, və ya kekirilsə də vicdansızcasına rəy verilmişdir ki, guya zəlzlə bizim köhnə tikiliyə təsir etməyibmiş, yəni istəməyiblər ki, yenidən kiminsə evi təmir olunarsa, mənim kimi digər çoxsaylı kasıb sakinlərin də evlərini təmir etməyə məcbur qalacaqlar. Prezident tərəfindən ayrılan ilkin olaraq 7 milyon, sonradan ayrılan 2 milyon manatlar isə vəsaitlər isə faktiki olaraq çox hissəsi bu dövlət qurumları arasında mənimsənilmişdir. Əgər belə olmasaydı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə 15 ildir ki, sədrlik edən Cəbrayıl Xanarov və Londonda 20 yaşından necə böyük biznes imperiyası yaratmış olardı? Niyə mən, Qarabağ Müharibəsi veteranı, 18 il polis sistemində gecə-gündüz işləmiş bir adam adi bir avtomobil sahibi ola bilmirəm amma Cəbrayıl Xanlarov bu günkü məlumatlara görə malik olduğu milyardlıq varidatına görə hətta nazir Kəmaləddin Heydərovu xeyli qabaqlamışdır? Heç bir xüsusi istedada, qabiliyyətə, biliyə malik olmayan bu adamların mütəxəssiləri də özləri kimi savadsızlardan ibarətdir. Və əksəriyyəti də eyni regionu təmsil edirlər.
Əslində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin
Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi.” Mənim timsalımda ölkə üzrə minlərlə sadə və iş adamlarının başlarına gətirdikləri bürokratiyanın sayəsində milyonlara sahib olublar. Hətta iş o yerə çatıb ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəisinə məxsus olan bilcəhdəki 574 kv.m sahəsi olan, dəyəri 15 milyon manatlıq malikanəsinin sökülməsinə Prezidentin şəxsən tapşırıq verməsinə baxmayaraq Cəbrayıl buna imkan verməmişdir. Əksinə Qəbələnin Bum qəsəbəsində oğlu Nizaminin adına yeni möhtəşəm villa tikdirib hədiyyə etmişdir. İndi də bu Cəbrayılı və “mütəxəssi” dəstəsinin məqsədi budur ki, bizim kimi sadə insanarı bezdirməklə dövlətə qarşı nifrət yaratmaq istəyirlər. Və təəssüflər olsun ki, belə məkrli adamların planları “Ləng partlayan minalar” kimi artıq işə düşmüdür. Öz bürokrat əməllərilə dövlətimizin içində xaos yaratmaq istəyən milyarder C.Xanlarovlardan soruşmaq lazımdır ki, niyə oturduğunuz budağı kəsirsiniz?
Bəli, cənab Prezident ilkin olraq təkcə Ağsu rayonu üzrə 2 milyon, sonra yenə işlərin davam etdirilməsi üçün əlavə 2 milyon və 3 milyon manat ayırmış və işlərin tamamlanması üçün də bir o qədər vəsait ayrırmışdır. Amma çox təəssüflər olsun ki, C.Qədirov kimi yerli məmurlar və FHN-nin dəstəsi cənab prezidentin ayırdığı pullar hesabına yalnız özlərinə gün ağlamışlar.
Rəsmi məlumatdan da göründüyü kimi zonada zəlzələ zamanı baş vermiş dğıntılarla bağlı FHN naziri cənab Kəmaləddin Heydərov edilən 7264 müraciətin hamısına 16 komissiya tərəfindən baxıldığını prezidentə bildirmişdir. Deməli, yerli və FHN-nin məmurları prezidentin tapşırığını deyil, yalnız özlərinin və yaxınlarının xeyrinə qanunsuz işlərlə məşğul olmuşlar.
Mən, Qarabağ Müharibsi veteran, hazırda 18 il xidmət etdiyim DİO orqanlarından xəstəliymə görə 2020-ci ildən təqaüdə çıxmışam və ata evinə gəlmək istəyirəm. Amma evimiz köhnə və qəzalı vəziyyətdə olduğuna görə risk edib ailəmlə birlikdə yaşamaq istəsəm də uşaqlar razı olmurlar. Ona görəmi mən müharibədə 5 il can qoyub, sağlamlığımı itirib bu günə düşməliyəm ki, dövlət başçısının qəzalı vəziyyətə düşmüş evlərimizin təmiri üçün ayırdığı 7 milyon manat vəsaitləri haramzadalar mənimsəsin?
Hesab edirk ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi cinayət və əxlaqsızlıqdır. Qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli-miqdarda vəsait kənd icra nümayəndəsi Cavid və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin arasında pay-mal edilib talan edilmişdir. Nəticədə yerli məmurların özbaşnalığı biz sadə insanları dövlətdən məqsədli şəkildə narazı salırlar. Odur ki, cənab Prezident Sizdən çox xahiş edirk ki, korrupsiyalaşmış yerli məmurların və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsuliyyətsiz məmurları barəsində son 10 illik fəaliyyətləri barəsində aidiyyatı orqanlara dərhal tədbir görülməsi, və bizim yaşaması mümkün olmayan evlərimizə FHN-nin komissiyasının savadlı və vicdanı olan mütəxəssisləri tərəfindən baxış keçirib təmir olunması üçün göstəriş verəsiniz.Sağ olun
Paylaş:
Müəllif : Yazar
Tarix:18-05-2021, 10:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-05-2021, 10:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti