Saxta əlilliklə mübarizədə “Qordi düyünü”: - Qarabağ uğrunda döyüşənlərə necə yanaşmalı?
Azərbaycanda son illərdə saxta əlillik təyinatlarının qarşısının alınması istiqamətində bir sıra mühüm addımlar atılıb. 2019-2020-ci illərdə həyata keçirilmiş tədbirlər nəticəsində minlərlə saxta əlillik və ona uyğun pensiya təyinatı ləğv olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdül-Qədirovun bu günlərdə verdiyi məlumatdan aydın olur ki, 2018-ci ildən indiyə qədər 7000-dən artıq saxta əlillik ləğv olunub. 266 müraciətin ləğvi ilə bağlı artıq Baş Prokurorluğa müraciət olunub. Nəticədə illik 30 milyon, aktuar hesablamalara əsasən uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb.
Agentlik sədri bildirib ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Bu zaman həqiqi əlilliyi olan şəxslərlə yanaşı, artıq sağalmış və ya reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş minlərlə şəxsin də əlillik müddəti uzadılıb. Hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır və bu sahədə ən vacib prinsip əlillik dərəcələrinin həqiqətən əlilliyi olanlara təyin olunması, saxta əlilliyin isə aşkar edilərək ləğv edilməsidir.
Vurğulanıb ki, əlillik geridönməz hallarda (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s.) müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Ona görə də belə şəxslərin əlilliklərinin təkrar müayinəsinə ehtiyac qalmır.
Agentlik sədri bildirib ki, əlilliyi ləğv olunan 7000-dən artıq şəxsdən sadəcə 300-dən artığı məhkəməyə müraciət edib. Bu isə qərarların çox mühüm hissəsinin düzgün verildiyini göstərir.
Qeyd edək ki, Azərbaycanda əlillərin sayının sürətli artımı hökumət orqanları ilə yanaşı, müstəqil ekspertlərin də diqqətini cəlb edib.
İqtisadçı-ekspert Rövşən Ağayevin rəsmi statistik göstəricilər əsasında apardığı hesablamalar çox maraqlı nəticələr üzə çıxarıb: “2011-2020-ci illərdə əlilliyə görə pensiya alanların sayı ölkə üzrə 18 faiz artıb. Bu statistikada demək olar bütün bölgələr üzrə artım var. Ən çox artım Ağsu (66 faiz), Saatlı və Abşeron (44 faiz), Zərdab (43 faiz), Şirvan (38 faiz), Göygöl (34 faiz), Yardımlı (31 faiz), Ağcabədi və Beyləqan (26 faiz) kimi bölgələrdə olub. Ən az artım isə Salyan (1,8 faiz), Naxçıvan MR (2.2 faiz), Quba və Neftçala (4 faiz), Göyçay, Ucar və Balakən (5 faiz), Lerik, Lənkəran və Bərdə (6-7 faiz) İsmayıllı və Qobustan (9 faiz) və s. ərazilərdə olub”.
Ekspert bildirir ki, Azərbaycanda elə bölgələr var ki, yaşa görə pensiya alanların sayı ilə əlilliyə görə pensiya alanlarına sayı az qala eynidir: “Məsələn, Yardımlıda bütün pensiyaçıların 46 faizi yaşa, 45 faizi əlilliyə görə pensya alır. Bu nisbət Ağcabədidə 48:42, Cəlilabadda 46:40, Lerikdə 46:37, Masallıda 50:38, Biləsuvarda 48:39, İmişlidə 50:40 təşkil edir. Səbəbindən asılı olmayaraq çox narahatlıq doğuran statistikadır”.
Bu rəqəmlər hökumətin saxta əlilliklərin qarşısını almaq istiqamətindəki fəaliyyətləri üçün çox ciddi əsaslar yaradır. Lakin son aylarda əlillik təyin olunmuş şəxslərin yenidən müayinəsi prosesindən narazılıqlar artmaqdadır. Bu, daha çox Qarabağ müharibəsi əlili statusu olan şəxslərlə bağlıdır. Belə ki, ƏƏSMN hərbi xarakterli səbəblərdən əlillik almış şəxslərin təkrar müayinəsini aparır və nəticədə bir çox şəxslərin əlill statusu ləğv olunur. Müayinə üçün yaradılmış Komissiya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarətdir. Əyani müayinələrin hər birinin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı təmin edilir. Müayinələrin bir qismi ictimai iştirarkçılıq təmin edilməklə aparılsa da, bu olmadan aparılan müayinələrin nəticələrindən narazı qalan Qarabağ qaziləri çoxdur.
Qarabağ Qaziləri Birliyi bir neçə gün əvvəl ölkə Prezidentinə müraciət edərək Qarabağ müharibəsinin ağırlıqlarını yaşamış insanlarla bağlı qərarların qəbulunda ədalətin tam qorunmasını xahiş edib. Birliyin funksionalı, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Yeni Müsavat”a dediyinə görə, son illərdə Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının səhlənkarlığı nəticəsində birinci Qarabağ savaşında iştirak etməyən 7-8 min nəfərə yaxın insan döyüşlərdən kənar şəraitdə aldıqları xəsarətləri “müharibə xəsarəti” kimi sənədləşdiriblər: “Biz daim belə saxta ”döyüşçülər"in aşkarlanaraq, Qarabağ əlili statuslarının ləğv olunmasını tələb etmişik. Lakin son vaxtlar belələri qalıb kənarda, həqiqətən döyüşən, yaralanan şəxslərin əlillikləri ləğv olunur. Eyni zamanda Müdafiə Nazirliyi Vətən Müharibəsində yaralanan şəxslərin xəsarətlərini qeydə almır. Buna görə də biz cənab Prezidentə müraciət etdik ki, müharibədə iştirak edərkən yaralanan şəxslərə xüsusi yanaşma olsun. Axı adi avtomobil qəzası nəticəsində xəsarət alanla döyüşdə, odun-alovun içində yaralanan şəxsə eyni yanaşma ola bilməz. Müharibənin psixoloji sarsıntıları mütləq nəzərə alınmalıdır. Siz görürsünüz, hətta yaralanmayan döyüşçülər belə psixoloji sarsıntıdan çətinliklə çıxa bilirlər, bəzənsə çıxa bilməyib intihara əl atırlar. Görün, yaralananlar hansı vəziyyətdədir. İndi əlilliyi yalnız əzalarını, yaxud hansısa daxili orqanını itirənlərə verirlər. Belə olmamalıdır, bu torpaq uğrunda həm mənəvi, həm fiziki zədə alan gəncləri dövlət qayğısından məhrum etmək olmaz".
ƏƏSMN Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru C.Əbdül-Qədirov bildirir ki, indiyədək 4000-ə yaxın Vətən müharibəsi qazisi ilə görüş keçirilib. O deyib ki, onlardan 600-ə yaxını ağır yaralıdır, 400-dən artıq qaziyə əlillik təyinatı aparılıb: “Qazilərə əlillik təyin olunması üçün ilk növbədə onlar Müdafiə Nazirliyinin Tibb idarəsi tərəfindən şəhadətləndirilməlidir. Şəhadətnamədə travmanın, yaralanmanın müharibə ilə səbəb əlaqəsi müəyyənləşdirilir və bu sənədə əsasən də yekun mərhələ olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi aparılır”.
R.Kərimoğlu bildirir ki, hazırda Vətən Müharibəsində xəsarət alanların əsas problemi məhz Müdafiə Nazirliyinin Tibb idarəsi ilə bağlıdır: “İnsanları çox rahatlıqla kənara atırlar, zədəsini təsdiqləmirlər. Azərbaycan oğulları bu Vətən uğrunda canından, sağlamlığından ”uf" demədən keçirsə, dövlət də onların fədakarlığını qiymətləndirməlidir. Dövlət vəsaitinə qənaət etmək istəyirlərsə, bunu müharibə iştirakçılarına haqsızlığa yol verməklə etməsinlər. Biz təklif etmişik ki, müharibə iştirakçılarının zədəsinin dərəcəsi təyin olunarkən psixoloji sarsıntılar da nəzərə alınsın. Bu sarsıntılar insanlarda ömürlük iz qoyur".
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bu günlərdə əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş müddətli əlilliklərinin uzadılması üçün əyani müayinə əsasında qiymətləndirilməsində iştirak edib: “Əyani müayinə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarət komissiya tərəfindən keçirilir. Bu zaman müayinəyə cəlb edilmiş şəxslərin əlillik sənədləri, mövcud sağlamlıq vəziyyətlərinin də əlillik təyinatına uyğun olub-olmadığı araşdırılır. Aparılan araşdırmalar göstərir ki, bir sıra hallarda xəstəlik diaqnozları və sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir. ƏƏSMN bu halların araşdırılması, qanun pozuntularının qarşısının alınması, şəffaflıq və obyektivlik təmin edilməsi üçün əlaqədar dövlət orqanları, vətəndaş cəmiyyətini də cəlb etməklə zəruri tədbirlər həyata keçirir. Fikrimcə, səmərəli ictimai nəzarət və hesabatlılıq təmin edilməklə bu işlərin həyata keçirilməsi zərurətdən yaranıb. Çalışmalıyıq ki, prosesə obyektiv, rasional yanaşaq, ƏƏSMN ciddi araşdırma aparıb, bu istiqamət üzrə ciddi qanun pozuntuları və sui-istifadə halları olması faktlar, rəqəmlərlə qeyd olunur. Hesab edirəm ki, bu fakt və rəqəmlərə ciddi yanaşmalıyıq. Nazirlik ictimai nəzarətin təmin edilməsi, ictimiyyətin iştirakçılığı üçün şərait yaradır”.
Fond rəhbərinin fikrincə, bununla belə şikayətlər də, əks mövqelər də mütləq diqqətə alınmalıdır: “Bir şəxsin belə haqqı çatan sosial müdafiə tədbirindən kənarda qalmasına göz yuma bilmərik. Bu proses səbir, təmkinlə aparılmalıdır, obyektiv, şəffaf olmalıdır. Burada söhbət həm fərdlərin, həm də dövlətin maraqlarından gedir. Düşünürəm ki, optimal yol kimi hərbi səbəblərlə ağır fəsadlar almış, lakin əlillyə səbəb olmayan hallarda veteran və qazilərimizə verilən müavinətin miqdarı artırıla bilər. Vətənimizin bütövlüyü uğrunda döyüşmüş, sağlamlığını itirmiş, əlilliyə səbəb olmasa da, fəsadlar almış veteran və qazilərimiz bu baxımdan fərqləndirilməlidir. Onlar kifayət qədər sosial qayğı ilə əhatə olunmalıdır. Müşahidələrimə görə, ƏƏSMN bütün maraqlı tərəflərin iştirak etdiyi, korrupsiya hallarını, subyektiv təsirləri neytrallaşdırmağa imkan verən mexanizm tətbiq edir. İctimaiyyət nümayəndələri olaraq bu prosesə həssas və obyektiv yanaşmalıyıq, ədalətin pozulduğu hallarda susmamalıyıq, ən vacib şərt isə özümüz ciddi araşdırmalı və ədalətli olmalıyıq”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:8-05-2021, 09:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-05-2021, 09:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01