Səhiyyədə iynə,dərmandan əlavə, statistikadan da pul çıxarılırmış - İLGİNC FAKTLAR
Son bir neçə ayda səhiyyə işçilərinin rüşvət üstündə tutulması ətrafında yayılan məlumatları geniş ictimaiyyət heç də birmənalı qarşılamayıb. Uzun illərdir səhiyyə sisteminə ayrılan milyonlarla dövlət vəsaitlərinin,aparılan islahatların bu sistemdə dəyişikliklərin baş verməsinə səbəb olmaması artıq ictimaiyyəti də narahat etməyə başlayıb.
Xəstəxanaların Səhiyyə Nazirliyindən alınaraq TƏBİBƏ verilməsindən sonra da çox təəssüflər olsun tibb müəssisələrindəki neqativ halları aradan qaldırmaq mümkün olmayıb. Bu barədə qeyd etdiyimiz kimi sosial şəbəkələrdə yetərincə məlumatlara rast gəlmək mümkündür. Respublikanın bir çox xəstəxanalarında baş verən qanunsuzluqlara qarşı heç bir tədbirin görülməməsi də bu məlumatlara daxildir. Burada həm də rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayətlər var və Baş həkimlərin gün ərzində qazancının heç də az olmaması da məlumatlarda yer alıb.
Səhiyyə Nazirliyinə tabeli qurumlarda da vəziyyət ürəkaçan deyil. Burada söhbət heç də Nazirliyə tabeli elmi tədqiqat institutlarından və digər qurumlarından getmir. Söhbət Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin yol verdiyi qanunsuzluqlardan gedir. Çox güman ki,Səhiyyə nazirinin səlahiyyətləri icra edən Teymur Musayevin bunlardan xəbəri yoxdur. Amma görün Oqtay Şirəliyevin kadrı, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin müdiri Şahin Xasiyev iynə, dərmanlardan deyil, satınalmalar yolu nə kimi pullar qazanıb. Bunu sözügedən idarənin keçirdiyi tender və kotirovka sorğuları açıq aşkar göstərir.
Mətbəə mallarının satın alınması üzrə 28.04.2021-ci il tarixdə 19 500 manat məbləğində satınalma müqaviləsi “NORMET-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NORMET-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.06.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev 23/37, m. 2, qanuni təmsilçisi kimi isə Nazokat Samadova qeyd olunub. Satınalma müqaviləsinin bağlanıldığı günə MMC-nin 660.89 manat vergi borcu var.
Digər malların alınması üzrə 28.04.2021-ci il tarixdə 20 000 manat məbləğində satınalma müqaviləsi “KOMPASS PRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Proqram təminatının satın alınması üzrə 28.04.2021-ci il tarixdə 20 000 manat məbləğində satınalma müqaviləsi “KOMPASS PRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Mətbəə mallarının satın alınması üzrə 20.03.2021-ci il tarixdə 30 000 manat məbləğində satınalma müqaviləsi “KOMPASS PRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Dəftərxana və təsərrufat mallarının satın alınması üzrə 20.03.2021-ci il tarixdə 47 996 manat məbləğində satınalma müqaviləsi “KOMPASS PRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KOMPASS PRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.01.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİRZAĞA ƏLİYEV, ev 8, m. 2, qanuni təmsilçisi kimi isə Byramova Xatirə İsrafil qızı qeyd olunub. Müqavilə bağlanarkən MMC-nin 1724.68 manat vergi borcu olub.
Seminarlarda tələb olunan mal və materialların alınması üzrə 20.03.2021-ci il tarixdə 30 000 manat məbləğində satınalma müqaviləsi “MONOLİT QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MONOLİT QRUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.09.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, QAFQAZ, ev 1A, qanuni təmsilçisi kimi isə Məmmədova Könül Malik qızı qeyd olunub.
Qeyd edək ki, Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsi tender və kotirovka sorğuları prosedurları zamanı qanun pozuntularına 2018-ci ildə də yol vermişdir. Belə ki, digər alışlar və xidmətlər üzrə 49 500, sair xərclər üzrə 129 980 manat məbləğində satınalma müqavilələri “Dalğa-2018” MMC ilə, mətbəə xərcləri üzrə 98 450 manat,istehsalda istifadə olunmayan qeyri-maddi aktivlər üzrə 49480 manat məbləğində satınalma müqavilələri “Dostluq-2017” MMC ilə 15.02.2018-ci il tarixdə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Dalğa-2018” və “Dostluq-2017” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin eyni gündə, yəni 08.12.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalları 5 manat olan MMC-lərin hüquqi ünvanının SAATLI RAYONU, SAATLI ŞƏHƏRİ, CAVANŞİR, ev D-1, EV 11, qanuni təmsilçiləri kimi isə Şahmurov Məhəmməd Şaban oğlu qeyd olunub.
Bundan əlavə Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin 08.02.2019-cu il tarixdə dəftərxana və təsərrüfat malları üzrə 69 703 manat məbləğində müqavilə bağladığı “EKSTRİM-NM” MMC-də yuxarıda adı çəkilən “NORMET-N” MMC nin hüquqi ünvanında, yəni BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev 23/37, m. 2, ünvanda yerləşir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EKSTRİM-NM” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.01.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev 23/37, m. 2, qanuni təmsilçisi kimi isə OLGA GUBSEAC qeyd olunub.
Apardığımız araşdırmalar zamanı aşkar etdiyimiz bu kimi məlumatlar onu göstərir ki, Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsi tərəfindən bağlanılmış müqavilələr inhisarçılıq əməllərinə yol veməkdən başqa bir şey deyildir. Belə ki, tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə doğurur. Eyni ünvanda,başqa adlar altında yaradılmış MMC-lərlə satınalma müqavilələrinin bağlanılması “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən saxtakarlıq hesab edilir və mövcud qanunvericiliklə yolverilməzdir.
Qeyd edək ki, “KOMPASS PRO” ,”EKSTRİM-NM”,”NORMET-N”, “MONOLİT QRUP” və eləcə də “Dalğa-2018” və “Dostluq-2017” kimi MMC-lər barəsində açıq mənbələrdə adından başqa hər hansı bir məlumat yoxdur. Bu MMC-lərin müxtəlif yonlü tender və kotirovka sorğusunun qalibi olması, yalnız Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin sifarişlərinin qalibi olması onu göstərir ki, tender və kotirovka sorğularının keçirilməsi bir nəfər tərəfindən idarə olunur və satınalma müqavilələri yaxın şəxslərlə formal olaraq bağlanılıb.
Göründüyü kimi İnformatika və Statistika İdarəsi bir-iki ayın içində keçirdiyi bu bir neçə satınalmada orta hesabla 117 min manat dövlət vəsaiti “KOMPASS PRO” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə“xərclənib”. Eyni ünvanda yerləşən,eyni şəxslərə məxsus MMC-lər vasitəsi ilə də həmçinin.Bəllidir ki,tenderlərin keçirilməsinə cavabdeh hər bir qurumda yaradılan Tender Kommissiyasıdır. İnformatika və Statistika İdarəsi tərəfindən yol verilmiş bu kimi ciddi qanun pozuntularına müdir Şahin Xasiyev də məsuliyyət daşımamış deyil. Bu MMC-lərin başında kimlərin durduğunu da Şahin Xasiyev başqa kimsə daha yaxşı bilə bilməz.
Aktualinfo.org
Paylaş:
Müəllif : Yazar
Tarix:30-04-2021, 13:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-04-2021, 13:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01