Məhkəmə salonu, laboratoriya, yoxsa, efir? – TELEMƏKANIMIZIN REALLIĞI
Bu günlərdə Milli Televiziya və Radio Şurası ATV telekanalında yayımlanan "Bizimləsən" proqramını birgünlük bağladı və üstəlik, kanala pul cəriməsi kəsdi. Hadisənin məğzi ondan ibarətdir ki, azyaşlı qızına qarşı 10 yaşlı qonşu oğlanın ədəbsiz davranışından hiddətlənən Bərdə sakini olan gənc ana, cəza vermək məqsədilə oğlanın cinsiyyət orqanını kəsib. Və bu azmış kimi qadın “Bizimləsən” proqramının canlı efirində özünə bəraət verərək cəza aktının detallarını bölüşüb.
Bu, milli teleməkanda baş verən ilk belə hadisə deyil. Ümumən Azərbaycan telekanallarının heç bir mənəvi, hüquqi məsuliyyət duymadan efiri çox rahatlıqla məhkəmə salonuna, psixoloji, ailə-məişət və s. münasibətlərini çözən laboratoriyaya çevirməsini nəzərdə tuturam. Bütün bunlar indiyədək total cəzasızlıq və ya sərt cəza olmaması səbəbindən davam edir.
Geriyə dönüş etsək, müasir televiziyanın tarixində, dediyim kontekstdə telejurnalistikanın ən məsuliyyətsiz davranışarından biri Nərmin Quliyevanın itkin düşməsini müzakirəyə çıxaran verilişlər idi. Həmin proqramlarda aparıcılar az qala inkvizisiya məhkəməsi intonasiyasında danışır, hüquqi əsas olmayan ittihamlar irəli sürür, istintaq sirri kimi qalmalı olan ifadələrin açıqlanmasına şərait yaradır, emosiyalar üzərində şou qurur və hətta efirdən “qatili” daş-qalaq etməyə çağırırdılar. Çox təəssüf ki, o vaxt (söhbət 2020-ci ilin əvvəllərindən gedir) MTRŞ məsələyə - insan taleyini, məsuliyyət hissi daşımadan müzakirəyə çıxaran proqramlara reaksiya vermədi.
Yaxud bir il əvvəl ARB kanalında yayımlanan “Elgizlə izlə” proqramının aparıcılarından biri Pərvanə Tahirqızı birbaşa efirdə nasistlərin irqi gigiyena konsepsiyasını təbliğ edirdi. Bu konsepsiyaya görə əqli inkişaf məhdudiyyətli, irqi xəstəlik daşıyıcısı olan şəxslər natamam hesab edilərək, onların məhvi, ya sterilzasiyası məqbul sayılırdı. Aparıcı studiyaya dəvət olunan - tövlədə yaşayan çoxuşaqlı valideynləri əlilliyi olan uşaqlar dünyaya gətirməkdə günahlandırır, əlini başına apararaq (yəni sənin başın xarabdır) ailə başçısına “sizdə də problem var” deyir: ”Cəmiyyətə xəstə uşaqlar lazım deyil, cəmiyyətə sağlam uşaqlar lazımdır”. İnsanı məhz əlillik əlamətinə görə alçaldan, sosial ayrı-seçkilik edən, onların cəmiyyətə lazımsızlığını norma kimi görən aparıcı və veriliş yenə MTRŞ tərəfindən cəzalandırılmadı. Normalda cəmiyyətdə belə bir veriliş qapadılmalı, aparıcının isə efirə buraxılmasına qadağa qoyulmalıydı.
Demək istədiyim odur ki, bizim teleməkanda qeyri-etik davvranışlarına görə cəzasız qalan onlarla belə nümunə tapmaq olar. Və “Bizimləsən” proqramındakı həmin epizod məhz cəzasızlığın nəticəsidir.
MTRŞ-in telekanallara ən çox hansı yanlışlıqlara, pozuntulara görə cəza kəsdiyini öyrənmək məqsədilə qurumun saytına göz gəzdirdim. Saytda telekanalların fəaliyyətində hüquqa zidd məqamlarla bağlı aparılan monitorinqin nəticələri haqda hesabatı oxudum. Hesabatdan aydınlaşır ki, telekanallar ən çox aşağıdakı səbəblərə görə cəzalandırılıb: reklamın və teleticarətin həcminin qanunda nəzərdə tutulduğundan çox olması, reseptsiz buraxılan dərman vasitələrinin reklamı, audiovizual məhsullarda tütün istifadəsinin nümayişi, qeyri-normativ leksikon.
Maraqlıdır ki, verilişlərdə mənəvi dəyərlərin, hüquq normalarının tapdanması, aparıcıların ədəbsizliyi, qeyri-peşəkarlığı, savadsızlığı kimi problemlər niyəsə təqdim olunan hesabatda yer almır. Halbuki, bizim telekanalların ən böyük problemlərindən biri məhz sadaladığım cəhətlərdir.
Düzdür, “Bizimləsən” prqoramının cəzalandırma səbəbi bu mənada istisnadır. ATV kanalı uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların nəzərdə tutulan vaxtda yayımlanmamasına, informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılmasını təmin etmədiyinə, insanların şəxsi və ailə həyatına, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmətlə yanaşmadığına görə cəzalandırılıb.
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun ötən ilin yanvarında qüvvəyə minib. Bizim teleməkanda yenə onlarla nümunə tapmaq olar ki, uşaqlar hələ də ictimai müzakirəyə çıxarılır və sosial, ailə-məişət məzmunlu verilişlərdə onların ən azı psixi sağlamlığına mənfi təsir göstərən vəziyyətlər yer alır. Lakin çox təəssüf ki, həmin epizodlar MTRŞ-in diqqətindən kənarda qalır. Ən gülməlisi odur ki, psixoloqlar da birbaşa efirdə psixi sağlamlığa zərər vermək aktında iştirak edirlər.
Ayrıca, yenə də ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov mətbuata verdiyi açıqlamada bu tip proqramların yığışdırılması məsələsinin vacibliyini vurğulamışdı: “Tezliklə uşaq hüquqlarını pozan, zorakılıqla bağlı olan televerilişlərin, hər hansı informasiya xarakterli məhsullarla bağlı prosesə başlanacaq, səbəbkarların məsuliyyətə cəlb olunması üçün ciddi tədbirlər görəcəyik”. Lakin göründüyü kimi bu, baş tutmadı.
Elə cəzasızlığın nəticəsidir ki, verilişin buraxılışlarından birində Zaur Baxşəliyev rahat qəzəb hissi ilə efirdən bəyan edir: “Mənim kimsənin qabağında deyilməyəcək sözüm yoxdur. Və bunu hər kəs yaxşı bilir. Bunu yumşaq formada dedim. Bir də qəhrəmanlarımızdan elə bir söz eşitsəm, tamam başqa formada təqdim edəcəm. Ağına-bozuna baxmadan”.
Nədən bu cür verilişlər efirdən yığışdırılmır, Z.Baxşəliyev kimi aparıcıların efir ritorikasına uyuşmayan dildə danışılmasının qarşısı alınmır?
Uzun illərdir, teleməkan əsasən iki konsepsiya üzərində möhkəmlənib: sosial mövzuları, ailə dramlarını şoulaşdıraraq tamaşaçının duyğularını manipulyasiya edən proqramlar və tamaşaçı zövqünü maksimum bayağılaşdırmağa hesablanmış çirkli toyxana estetikasında hazırlanan şoular.
Bu gün televiziya siyasətində sözügedən tendensiyaların aradan qaldırılması, necəsə çəki-düzənə salınması istiqamətində müəyyən cəhdlər var. “Xəzər” kanalının rəhbərliyi dəyişəndən sonra Sevil-Sevinc bacıları, Zaur Kamalın, Tolikin verilişləri bağlandı.
Təsis olunduğu gündən ciddi, sanballı konsepsiyaya iddialı olan “Space” ən çox rejissor Vaqif Mustafayevin rəhbərliyi dövründə mədəni mutasiyaya məruz qaldı, keyfiyyətini itirdi və telekanal daha çox hind melodramlarının nümayiş olunduğu məkana çevrildi. Halbuki, normalda V.Mustafayev kimi peşəkar, zövqlü rejissorun idarə etdiyi telekanalın yüksək estetik, maraqlı, yaradıcı konsepsiyası olmalıydı. Amma göründüyü kimi o, “Space” kanalını ən azı peşəkarlıq baxımından yararsız hala saldı. Və vəzifəsindən məhz bu səbəblərdən azad olundu. O, rəhbərlikdən gedəndən sonra efirdə bir qisim şou proqramları yığışdırıldı.
Ümumilikdə isə teleməkanın simasını dəyişmək, yeni ekran mədəniyyəti gətirmək üçün görülən işlər çox azdır. Hiss olunur ki, proses ləng və hətta ağrılı gedir. Başqa bir məsələ də var ki, zövqsüz proqramlar baxılır, reklam gətirir. Çünki uzun illər efirin toyxana statusuna salınması siyasəti, onun televiziya mədəniyyətində dərin kök salması problemlərin qısa müddətdə həllini tapmasına maneçilik törədir.
Üstəlik, “Xəzər”dən çıxarılan Zaur Kamala və digərlərinə başqa kanallar qucaq açır.
Hazırda digər telekanallarla müqayisədə televiziyanın sosial institut funksiyasına qaytarmağa çalışan, müəyyən mənada buna nail olan İctimai TV-dir. Ona görə İTV-nin proqram səbətində maarifləndirici proqramlar, layihələr, ciddi sosial, ictimai-siyasi polemikalar yer alır.
Ümumi mənzərə isə budur ki, televiziyanın köklü dəyişməsi zaman alacaq. Bunun üçün paralel olaraq cəmiyyətdə də çox şey dəyişilməlidir. Sosial, min cürə qayğı ilə yaşayan insanlar efirdə onda azalacaq ki, dövlət qurumları öz vəzifələrini məsuliyyətlə yerinə yetirəcəklər. Çünki televiziyanın mövcud vəziyyəti təkcə onların problemi və qayğısı deyil. Bundan başqa, televiziyada çal-çağır səviyyəsinə endirilən şou anlayışı tamamilə yenidən dizayn edilməlidir, yeni mənalarla yüklənməlidir, problemlər sosial ağlaşma qurmadan yeni formatda təqdim olunmalıdır, peşəkar, savadlı kadrlar cəlb olunmalı, və nəhayət, Zaur Kamal, Zaur Baxşəliyev kimi aparıcıların yerini ciddi, nüfuzlu, intellektual teleşəxsiyyətlər tutmalıdır.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-04-2021, 16:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-04-2021, 16:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01