“Başqa ərazilərimizə də “İsgəndər M” atılıb” - Sensasion iddia
Dünən Prezident İlham Əliyev Hacıqabula səfəri zamanı Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı açıqlamasında mühüm məqamlara toxunub. Prezident qeyd edib ki, “İskəndər M” raketlərini bizə atan Rusiya və Ermənistandan rəsmi cavab verilməlidir:
“Bu sözləri deyəndən sonra ertəsi gün Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir”.
Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, ekspert - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur”.
Ölkə başçısının açıqlamasını “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli vurğulayıb ki, “İskəndər M”lə bağlı yekun qərarın verilməsi həm ermənilər, həm də ruslarlabağlıdır:
“Azərbaycan tərəfi konret olaraq qeyd edir ki, Ermənistanın bu məsələdə məsuliyyəti var. Çünki ölkəmiz Ermənistanın törətdiyi cinayətlərin üstünü açıb. O cümlədən “İskəndər M” raketinin atılması da müharibə cinayətlərindən biridir. Azərbaycan tərəfi çalışır ki, məsələ beynəlxalq məhkəməyə getsin. Bundan sonra Ermənistan dövlətinin cəzalandırılmasına nail olmaq və gələcəkdəki iddialarının qarşısını almaq mümkündür. Şübhəsiz ki, Qarabağda yaşanan olaylar da Azərbaycanın əlindəki “İskəndər M”lə bağlı arqumentləri gücləndirir”.
Ə.Əlibəyli qeyd edib ki, cənab Prezident açıqlamasında hələ Rusiya üçün “qapını” tam bağlamadı:
“Ölkə başçısı Rusiyaya müəyyən dərəcədə imkan yaratdı ki, Azərbaycanı qane etməyən açıqlamalarını yenidən korretkə etsin. Çünki “İskəndər-M” raketlərinin atış məsafəsi 280 kilometdir, amma “İskəndər M” atıblar və bu, raketin məsafəsi 500 kilometrdir. Ölkə başçısı 500 kilometr atılma məsələsini ona görə qeyd etdi ki, söhbət yalnız Şuşadan getmir. Görünür, Azərbaycanın başqa ərazilərinə də belə bir zərbə olub. Prezidentimiz Rusiyadan rəsmi cavab istəyir: Bu raketlər nə üçün verilib və haradan atılıb?
“İskəndər M” raketinin atılması məhz müharibə dönəminə təsadüf etdiyindən hərbi cinayət işlənib. Şübhəsiz ki, burada əsas səbəb son günlər Rusiya sülhməramlılarının bizi Qarabağda narahat edən fəaliyyətlərinə yönəlikdir. Hələ ki, bu arqumentlər Azərbaycanın əlində çox güclü bir silahdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-04-2021, 15:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-04-2021, 15:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |