Rəfael Cəbrayılovla bağlı MÜƏMMA - Borclular niyə zərərçəkən kimi tanınmırlar?
Keçmiş deputat Rafael Cəbrayılovun həbsindən iki həftədən artıq vaxt ötsə də, “qurbanları” hələ zərərçəkən kimi istintaqa cəlb olunmayıb.
Bu barədə HİT.Az-a Rafael Cəbrayılovun borclu olduğu şəxslər bildirib.
Keçmiş deputat aprelin əvvəlində həbs edilib. Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib ki, Rafael Cəbrayılovun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.
Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Rafael Cəbrayılovun törətmiş olduğu cinayət əməllərinin tam dairəsinin, o cümlədən vətəndaşlara vurduğu ziyanın məbləğinin müəyyənləşdirilməklə zərərin ödətdirilməsi istiqamətində intensiv istintaq aparılır.
Rafael Cəbrayılovun 8 nəfərə toplam olaraq 1 milyon 550 min dollar borcu var. Onun borclu olduğu şəxslər aşağıdakılardır:
Təranə Fətəliyeva – 300 000 dollar
Məlahət Qurbanova – 580 000 dollar
Xatirə Nəcəfova – 200 000 dollar
Yusif Orucov – 200 000 dollar
Aynur Kazımova – 100 000 dollar
Şəfa Məmmədova – 80 000 dollar,
Bəşir Məmmədov – 60 000 dollar
Allahverdi Səfərəliyev – 30 000 dollar.
Bu şəxslər dəfələrlə Rafael Cəbrayılovdan pullarını geri istəsələr də, keçmiş deputat müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınıb. Onlardan Təranə Fətəliyeva məhkəməyə müraciət edib. Məhkəmənin bütün instansiyaları onun xeyrinə qərar çıxarıb. Lakin Rafael Cəbrayılov məhkəmə qərarını icra etməyib. Nəhayət, keçmiş deputatın “qurbanları” Baş prokuror Kamran Əliyevə müraciət ediblər. Bundan sonra baş verənlərin araşdırılmasına başlanılıb.
İndi Rafael Cəbrayılovun borclu olduğu şəxslər zərərçəkən kimi istintaqa cəlb olunacaqlarını gözləyirlər. Hətta bununla bağlı yenidən Baş prokurora müraciət etmək barədə də düşünürlər. “Rafael Cəbrayılovun həbsindən artıq 20 günə yaxın vaxt ötüb. Amma hələ də bizi istintaqa çağırmayıblar. Narahatıq ki, yenə də iş uzanar. Ona görə də düşünürük ki, Baş prokuror Kamran Əliyevə yenidən müraciət edək”, – deyə Rafael Cəbrayılovun borclu olduğu şəxslər bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-04-2021, 15:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-04-2021, 15:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti