Sahil Babayev bürokratiyasının daha bir qurbanı... - GİLEY
Beş ay əvvəl Qubanın Alpan kəndində Əkbərovlar ailəsində üçəmlər doğulub.
regionxeberlericom.az DİA.AZ-a istinadən xəbər verir ki, 8 dekabr 2018-ci ildə doğulan körpələrə ölkə prezidentinin övladlarının şərəfinə Leyla, Arzu və Heydər adları verilib.
Üçəmlərin atası Nizami Əkbərov uşaqlarının xərclərini qarşılaya bilmədiyindən şikayətlənib. Şəraitsiz evdə yaşayan ailə uşaqlar doğulandan işıq-qaz pulu da verə bilmir.
Ailə 4 aydır ki, ünvanlı sosial yardım üçün müraciət edib, lakin onu ala bilməyib. Nizami Əkbərov deyir ki, dövlət aktında hərf səhvləri var və bunun düzəldilməsi üçün rüsumu ödəməyə gücü yoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, vətəndaş ünvanlı sosial yardım üçün müraciət edərkən şəxsi məlumatları düzgün daxil etməlidir, əks halda imtina cavabı veriləcək.
Dövlət aktında hərf səhvlərinin düzəldilməsi üçün lazım olan rüsuma gəldikdə isə, nazirlik bundan narazılığın əsaslı və obyektiv olmadığını deyir.
Atanın əsas istəyi uşaqların qidasının verilməsidir, amma dövlət qurumları qanunvericilikdə belə bir imtiyazın nəzərdə tutulmadığını deyir.
Nazim Əkbərov dövlətdən nə ev istəyir, nə də pul. Onun istəyi 5 nəfərlik ailəni dolandıra biləcək işdir.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-05-2019, 10:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-05-2019, 10:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti