"Məhkəmə onların xeyrinə qərar verdi" - GİLEY
Azerbaycanrealligi.com-a müraciət edən Həsənova Xatirə Fəzail qızı dələduzluqla qarşılaşıb. Onun Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən olan-qalan 3 otaqlı evi demək olar ki, əlindən çıxmaq üzrədir. Xatirə xanım bildirir ki, 2016-cı ildə onlara pul lazım olduğu üçün banka müraciət ediblər, lakin bu müraciət nəticəsiz qalıb. Bu zaman həyat yoldaşına iş yoldaşı bildirib ki, onlara pul götürməkdə yardımçı ola bilər. Xatirə xanım deyir: "O, həyat yoldaşımı öz dostu Adıgözəlov Emin İmran oğlu ilə tanış edib. Emin isə həyat yoldaşımı əmin edib ki, narahat olmayın, mən sizə bankdan pul götürməyə yardımçı olacağam. Daha sonra Emin bildirdi ki, sizin adınıza pul götürmək mümkün deyil, ev gərək oğlunuzun adına keçirilə. Biz də - bütün ailə üzvlərimiz razlıq verdik, ev oğlumun adına keçdi. Daha sonra Emin etibarımızdan sui-istifadə edərək oğlumu 54 saylı notariusa apararaq evimizi bizə pul verəcək Gözəl adlı şəxsin qohumu olan Novruzov Fərid Siyavuş oğlunun adına alqı-satqı etdirib. Ev həmin şəxsin adına rəsmiləşəndən sonra 30 min manat pula imza atdırıb. Daha sonra o pulun 8700 manatını oğluma verirlər, qalan pulu da Emin özünə götürür. Emin bizə bildirdi ki, pulu 1 ay müddətinə ödəyib, kubçanı yenidən sənin adına keçirəcəyəm. Üstündən 5-6 ay keçdi. Gördük ki, kupçanı qaytarmır. Biz bundan şübhələnib polisə müraciət etdik. 20-ci polis bölməsində araşdırma başlandı. Sonra isə polisdən bizə bildirdilər ki, bu iş mülki işdir, məhkəməyə müraciət edin. Sonra isə bizə zəng gəldi. Suraxanı Rayonu Məhkəməsinə çağırdılar, bildirdilər ki, biz evi boşaldıb sahibinə - Novruzov Fəridə qaytarmalıyıq. Məhkəmə onların xeyrinə qərar verdi. Daha sonra biz Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə həmin qərardan şikayət etsək də, faydası olmadı. İndi iş artıq rayon icra şöbəsindədir. İcra məmurları da bizə 2-3 gün vaxt qoyub ki, evi boşaldaq".
Dələduzların qurbanına çevrilən Xatirə xanım bildirir ki, bu 3 otaqlı evdə 8 nəfər ailə üzvü ilə yaşayır, bu evdən başqa qalmağa yerləri yoxdur. Çarəsiz qalan ailə ilk öncə ölkə başçısı İlham Əliyevdən, birinci vitse-prezident Mehriban xanım Əliyevadan bu işə müdaxilə edərək onlara kömək etmələrini xahiş edir. Daha sonra baş prokuror Zakir Qaralov və Daxili işlər naziri Ramil Usubova səslənən şikayətçi qeyd edir ki, bu dələduzlar haqqında araşdırma aparılması vacibdir. Zərərçəkmiş Xatirə xanım bildirir: "Çox güman ki, onlar mənim və mənim oğlum kimi xeyli insanları aldadıb bu cür qanunsuz yollarla əmlaklarını ələ keçiriblər". Dia.az olaraq dələduzluğun qurbanı olmuş Həsənova Xatirə Fazil qızının daha geniş videomüraciətini oxucularımıza təqdim edirik.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-05-2019, 10:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Azerbaycanrealligi.com-a müraciət edən Həsənova Xatirə Fəzail qızı dələduzluqla qarşılaşıb. Onun Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən olan-qalan 3 otaqlı evi demək olar ki, əlindən çıxmaq üzrədir. Xatirə xanım bildirir ki, 2016-cı ildə onlara pul lazım olduğu üçün banka müraciət ediblər, lakin bu müraciət nəticəsiz qalıb. Bu zaman həyat yoldaşına iş yoldaşı bildirib ki, onlara pul götürməkdə yardımçı ola bilər. Xatirə xanım deyir: "O, həyat yoldaşımı öz dostu Adıgözəlov Emin İmran oğlu ilə tanış edib. Emin isə həyat yoldaşımı əmin edib ki, narahat olmayın, mən sizə bankdan pul götürməyə yardımçı olacağam. Daha sonra Emin bildirdi ki, sizin adınıza pul götürmək mümkün deyil, ev gərək oğlunuzun adına keçirilə. Biz də - bütün ailə üzvlərimiz razlıq verdik, ev oğlumun adına keçdi. Daha sonra Emin etibarımızdan sui-istifadə edərək oğlumu 54 saylı notariusa apararaq evimizi bizə pul verəcək Gözəl adlı şəxsin qohumu olan Novruzov Fərid Siyavuş oğlunun adına alqı-satqı etdirib. Ev həmin şəxsin adına rəsmiləşəndən sonra 30 min manat pula imza atdırıb. Daha sonra o pulun 8700 manatını oğluma verirlər, qalan pulu da Emin özünə götürür. Emin bizə bildirdi ki, pulu 1 ay müddətinə ödəyib, kubçanı yenidən sənin adına keçirəcəyəm. Üstündən 5-6 ay keçdi. Gördük ki, kupçanı qaytarmır. Biz bundan şübhələnib polisə müraciət etdik. 20-ci polis bölməsində araşdırma başlandı. Sonra isə polisdən bizə bildirdilər ki, bu iş mülki işdir, məhkəməyə müraciət edin. Sonra isə bizə zəng gəldi. Suraxanı Rayonu Məhkəməsinə çağırdılar, bildirdilər ki, biz evi boşaldıb sahibinə - Novruzov Fəridə qaytarmalıyıq. Məhkəmə onların xeyrinə qərar verdi. Daha sonra biz Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə həmin qərardan şikayət etsək də, faydası olmadı. İndi iş artıq rayon icra şöbəsindədir. İcra məmurları da bizə 2-3 gün vaxt qoyub ki, evi boşaldaq".
Paylaş:
Müəllif :
Yazar
Tarix:29-05-2019, 10:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti