Məzahir Pənahovu kim əvəz edəcək?.. - İDDİA
Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının indiki tərkibinin səlahiyyət müddəti başa çatıb. Qanunauyğun olaraq, komissiyaya sədr və üzvlər ilk iclasda seçilməlidir. Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin parlamentin yaz sessiyasında formalaşdırılacağı proqnoz edilsə də, bu, hələ gerçəkləşməyib.
Amma Seçki Məcəlləsinə görə, MSK-nın tərkibi yeni seçilmiş Milli Məclisin tərkibinə uyğun olaraq formalaşdırılmalıdır. MSK-nın üzvləri Milli Məclis tərəfindən seçilir.
Komissiyanın üzvlərinin səlahiyyət müddəti 5 ildir:
Seçki komissiyalarının tərkibi, yəni Mərkəzi Seçki Komissiyasının üzvləri parlament təmsilçiliyi əsasında formalaşır. Mövcud qanuna görə, Mərkəzi Seçki Komissiyasında 18 üzv var. Bunlardan 6-sı hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülür, 6-sı parlamentdə olan müstəqil deputatları təmsil edir, digər 6 nəfərin isə namizədliyi parlamentdə azlıqda olan partiyalar tərəfindən təklif edilir. Yəni onlar namizədliyini parlamentə təqdim edirlər, parlament təsdiq edir, ondan sonra komissiya üzvləri artıq fəaliyyətə başlayırlar. Nəhayət, komissiya üzvləri öz arasında sədr seçir və sədr Yeni Azərbaycan Partiyasından olmalıdır. Davamında sədrin müavini seçilir. Bir nəfər azlıqda olan partiyaların nümayəndələrindən, bir nəfər isə müstəqillərdən olmaqla iki MSK katibi seçilir.
Qeyd edək ki, bir neçə gün əvvəl 70 yaşının tamam olması münasibətilə ölkə Prezidenti tərəfindən “Şərəf” ordeni verilən MSK sədri Məzahir Pənahovun vəzifəsindən gedəcəyi müzakirə olunur. İddialara görə, yeni MSK-ya onun namizədliyi verilməyəcək.
Bundan başqa, ötən ildən başlayaraq parlamentdə təmsil olan REAL Partiyası da MSK tərkibinin formalaşması ilə bağlı təkliflərini irəli sürüb.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan REAL Partiyasının icra katibi Natiq Cəfərli bildirdi ki, artıq parlament bu məsələnin müzakirəsinə başlamalıdır: “Ölkə qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının səlahiyyət müddəti artıq bitib. İndi növbəti parlament dinləmələrində bu məsələ gündəliyə salınmalı və MSK-nın formalaşdırılması ilə bağlı qərar verilməlidir. REAL Partiyası olaraq qanunvericiliyin bizə verdiyi üstünlüklərdən istifadə edərək, bəzi təkliflər və tələblərlə çıxış etmişik. Qanunvericiliyi ciddi təhlil etdikdən sonra biz ən azı 37 dairə seçki komissiyasında üzv vermək səlahiyyətimizin olduğunu təsbit etdik. Qanunlara uyğun olaraq bu müraciəti MSK-ya ünvanladıq. Onlardan da pozitiv cavab aldıq ki, bəli, qanuni hüququnuz var. Lakin hələ ki Mərkəzi Seçki Komissiyası formalaşmadığı üçün dairə seçki komissiyasının formalaşması baş vermir. Birinci MSK formalaşmalıdır. Biz həm parlament təmsilçimiz vasitəsilə, həm də partiya sədrimiz vasitəsilə birbaşa parlament rəhbərliyinə partiya rəhbərliyi səviyyəsində müraciət ünvanladıq. Mərkəzi Seçki Komissiyasında təmsilçilik hüququmuzun da olduğunu qeyd etdik. Çünki parlamentdə təmsil olunan partiyaların 6 üzv vermək hüququ var. YAP səs çoxluğuna malik olduğu üçün 6 üzvü onlar, 6 üzvü isə müstəqil deputatlar verirlər. Qanunvericiliyə görə, 6 yerə parlament partiyaları iddialı ola bilər, həm də formal olaraq müstəqillərin verməli olduğu 6 namizədin müəyyənləşməsində də parlament partiyaları iştirak etməlidirlər. Bu qanunun verdiyi tələbdir. İlk dəfədir qanunun bu tələbləri bu qədər incəliyi ilə nəzərə alınaraq təkliflər hazırlanır. Bu günə qədər dairə seçki komissiyaları bağlı qapılar arxasında gedən danışıqlarla formalaşırdı. İlk dəfədir biz bunu ictimai-siyasi müzakirəyə çıxartdıq. MSK da təsdiqlədi ki, qanunvericiliklə sizin namizəd vermək hüququnuz var. Bu hüquqdan istifadə edib namizədinizi təklif edə bilərsiniz və parlamentdə azlıqda qalan partiyalar bunu müzakirə edib səsverməyə çıxaracaqlar”.
MSK-nın yeni sədrinin kim olacağına gəlincə, REAL təmsilçisi bunun siyasi qərar olacağını vurğuladı: “MSK-nın tərkibi və rəhbərliyi ilə bağlı məsələ parlamentin verəcəyi qərardan asılıdır. Ancaq hamımız bilirik ki, bu, siyasi bir qərar olacaq. Siyasi iradə ortaya qoyularaq hansısa şəxsin namizədliyi təklif olunacaqsa, buna parlament yox deməyəcək. Gedişat da onu göstərir ki, Məzahir Pənahovun yenidən MSK sədri olması ehtimalı çox azdır. Həm yaşı ilə əlaqəli, həm uzun illərdir eyni vəzifəni tutması ilə əlaqəli, həm də müsbət olmayan imici ilə əlaqəli bu məsələdə dəyişikliyin olması ehtimalı var. Çox güman ki, yeni sədr MSK-nın bu günə qədər fəaliyyət göstərən üzvlərindən, katiblərdən biri ola bilər. Kənardan hansısa şəxsin təyin olunması ehtimalı çox azdır”.
Qarşıda yeni seçkilərin gözlənilmədiyini, yalnız parlamentdə 5 mandatın boş olduğunu nəzərə alsaq, MSK-nın yeni tərkibinin formalaşması məsələsi gecikə bilərmi? Bu sualı cavablandıran N.Cəfərli vurğuladı ki, qanunvericilikdə qeyri-müəyyənlik var: “MSK-nın səlahiyyət müddətinin bitməsi ilə bağlı son tarix 15 aprel konkret olaraq müəyyənləşib. Ancaq yenidən formalaşması üçün konkret vaxt nəzərdə tutulmayıb. Qanun deyir ki, MSK-nın səlahiyyət müddəti bitdikdən sonra parlament tərəfindən yeni tərkib formalaşdırılmalıdır. Ancaq konkret müddət yoxdur. Ağlabatan bir müddət olmalıdır, bunun çox uzadılması mümkün deyil. Maksimum 1-2 ay gecikə bilər. Qanunun fəlsəfəsi də belədir ki, konkret müddət göstərilməyəndə ağlabatan müddət anlayışı avtomatik olaraq işə düşməlidir”.
MSK-nın yenidən formalaşması ilə bağlı məsələnin parlamentə daxil olub-olmamasına gəlincə, deputatlar hələ ki bu barədə məlumatsız olduqlarını bildirdilər. Deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu istiqamətdə bir hərəkətlilik yoxdur: “MSK-nın yeni tərkibinin formalaşması ilə bağlı müzakirələr başlamalıdır. Bu müzakirələrin nə zaman formalaşacağı ilə bağlı məndə məlumat yoxdur. Bir məsələni də nəzərə almaq lazımdır ki, yaxın müddətdə hər hansı seçki prosesi olmadığına görə MSK-nın yenidən formalaşması istiqamətində zaman məsələsinə diqqətsizlik edilir. Ancaq düşünürəm ki, məsələ həllini tapmalıdır”.
Parlamentdə boş qalan 5 mandat üçün seçkilərin keçirilməsinə gəlincə, A.Mollazadə bunun Prezidentin səlahiyyətində olan bir məsələ olduğunu vurğuladı.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-04-2021, 09:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-04-2021, 09:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti