Bakının barışıq əlini İrəvan geri çevirir - Ermənistan dirçəliş şansını qaçırır
Azərbaycan Prezidenti İlham Əliyev iki gün öncə bir daha Ermənistana münasibətdə xoş məram sərgilədi. İndiyədək iki ölkə arasında yaşananların səhifəsini qapadıb əlaqələrin bərpasını təklif elədi, barışıq əli uzatdı. Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu, lakin İrəvandan buna hələ də adekvat mesajların gəlmədiyini söylədi. Əksinə, sülh arzulayan azsaylı ermənilərin “türk” adı ilə dərhal satqınlıqda ittiham edilərək təqib olunduğunu söylədi. Onu da bildirdi ki, “Biz tariximizi unutmayacağıq, amma Ermənistan da daxil olmaqla, heç bir ölkəyə ərazi iddiamız yoxdur”.
Başqa necə deyilməlidir, görəsən? Qalib tərəf biziksə, bizim də səmimi təklifimiz ortada və ən əsası, bütünlüklə beynəlxalq hüquqa söykənən təkliflər. Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması üçün heç bir hüquqi əngəl yoxdur. Ən azından, biz tərəfdən. Elə isə nədən rəsmi İrəvan eyni jestləri eləmir? Bakının uzatdığı əli sıxmır? Baş nazir Nikol Paşinyan “Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırıq” və ya “Azərbaycan və Türkiyəyə ərazi iddialarımız yoxdur”, - bəyan eləmir? Yoxsa “Bəlkə də qaytardılar” ümidi ilə, revanş arzusu ilə yaşayır?
Sözsüz ki. Paşinyan aprelin 14-də - Əliyevin İrəvana növbəti barışıq mesajı göndərdiyi gündə (!) ölkə parlamentində etdiyi çıxışı zamanı görün nə deyir: “Qarabağ münaqişəsinin nizamlanması yaxın gələcək üçün ən vacib vəzifədir. Biz gələcək haqda danışmalıyıq, ən vacibi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin işğaldan azad edilməsi məsələsini (?! - red.) qaldırmalıyıq. Bunu hərbi məsələ kimi deyil, siyasi danışıqlar məsələsi kimi formalaşdırmalıyıq”.
Azərbaycan Dağlıq Qarabağı, öz qanuni ərazisini işğal edibmiş! Yəni yenə ən yüksək səviyyədə beynəlxalq hüquqa tüpürmək cəhdi!..
*****
Azərbaycan və Ermənistan arasında daimi sülhün əldə olunmasına ciddi əngəllərdən biri və bəlkə də birincisi isə xaricdəki, özəlliklə ABŞ-dakı erməni lobbisi və onun Ermənistandakı terrorçu Daşnaksütyun timsalında, “Qarabağ klanı” timsalında faşist təmayüllü ideya ortaqlarıdır, ara qızışdıranlardır. Bu da isti fakt.
“Biz mübarizəyə davam etməli və qalib gəlməli, Şuşini (Şuşanı - red.), Hadrutu və bütün ”artsaxı" (dırnaqlar bizimdir - red.) azad etməliyik".
“Yeni Müasavat”ın erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu sayıqlamanı dünən “Daşnaktsutyun” partiyasının “Könüllülər hərəkatı” İctimai Birliyinin sədri Qrant Markaryan söyləyib. Çıxışına davam edən daşnak deyib: “Hakimiyyət Qarabağ məsələsinin həllinə dair danışıqlar prosesini iflasa uğratdı, ordunu dağıtdı, ölkəni və xalqı parçaladı, düşmənə əlverişli şərait yaratmaq üçün bizim ”qələbə"mizi və qəhrəmanlarımızı aşağıladı. Hər şey onu göstərir ki, hakimiyyət bu müharibədə məğlub olmağa hazırlaşırmış".
Bu hədsiz riyakarlıq və sinizmə ad tapmaq çətindir. Ən azı ona görə ki, Xankəndində “Qarabağ Ermənistandır və nöqtə” sərsəm bəyanatı verən, Cıdır düzündə yallı gedən Paşinyan əsla məğlubiyyət üçün savaşa hazırlaşmırdı, əksinə, yeni ərazi işğalını xəyal edirdi. Onun müdafiə naziri David Tonayan bunu gizlətmirdi də - müvafiq bəyanat internet resurslarında qalır. Sadəcə, işğalçı ölkədə Azərbaycanın hərbi gücünü, siyasi-iqtisadi və diplomatik potensialını hesablaya bilmədilər. İndi də düzgün hesablaya bilmirlər və yenə həmin o yanlış yoldadırlar.
“Əgər biz ”azad artsax", suveren bir Ermənistanı, layiqli bir həyat istəyiriksə, onda bu hakimiyyəti məhv etməliyik, başqa çıxış yolu yoxdur. Biz nəticəni təmin etməli, Şuşi (Şua- red.), Hadrutu və bütün “artsaxı” azad etməliyik. Biz mübarizə aparıb qələbə çalmağa borcluyuq. Sözdən işə keçməliyik. Bu məğlubiyyətlə barışmaq haqqımız yoxdur. Mübarizə davam edir, o bitməyib".
Bunu da “Dəmir yumruğ”un zərbəsindən başını itirib havalansa da, hələ də “qan-qan” deyən daşnak söyləyib.
Lakin belə axmaq revanşist düşüncədə olan təkcə daşnaklar deyil. Yada salaq, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı rəsmən ərazi iddiası əksini tapıb. Erməni media isə kapitulyasiyadan sonra da gənc erməniləri Türkə qarşı aqressiv ruhda tərbiyə eləməyə, onların beyinlərini “Böyük Ermənistan” xülyası ilə zəhərləməyə davam edir. “Buludlarda süzən” media hələ də nəinki keçmiş DQMV ərazisini, onun ətrafındakı azad edilmiş rayonları da misilsiz həyasızlıqla və eybəcər erməni adları ilə “erməni torpaqları” kimi təqdim edir, azad etdiyimiz torpaqları “işğal edilmiş ərazilər” adlandırır. Ən yaxşı halda “azad edilən ərazilər” ifadəsi işlədilir. Yəni dırnaqda göstərir.
O halda bu başdan xarab, ruhən xəstə toplumla anlaşmaq mümkün olacaqmı? Bunun iqtidarı, baş naziri, XİN-i elə, müxalifəti, cəmiyyəti və mediası - belə! Demək, tək çarə qalır bu anormal toplumun başı üstündə “Dəmir yumruğumuzu” daima “Domokl qılıncı” kimi saxlamağımıza...
*****
“Ermənistanın parlamentdə təmsil olunan və olunmayan əsas partiyalarının nizamnamələrində qeyd olunur ki, onların əsas məqsədi ölkənin ərazilərini genişləndirmək və ya ”Böyük Ermənistan" yaratmaqdır. Hətta bu yolda Azərbaycan və Türkiyəyə qarşı terror aktları törətməyin mümkünlüyü qeyd olunur. Belə siyasi qüvvələrlə biz necə əlaqə qura bilərik?"
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Qərbi Kaspi Universitetinin professoru, sabiq diplomat və politoloq Fikrət Sadıqov Teleqraf.com-a deyib.
“Biz başqa bir dövlətin torpaqlarına göz dikməmişik, öz ərazilərimizi azad etmişik. Eyni zamanda Azərbaycan müxtəlif sülhməramlı təkliflər irəli sürür. Ermənilərin yaddaşlarında isə bizə qarşı nifrət həkk olunub. Bu yoxa çıxanadək nəyinsə dəyişəcəyini düşünmürəm. Çünki onlar öz prioritetlərinə mütləq düzəlişlər etməlidir. Əks halda, bundan sonra da uzun illər təcrid vəziyyətində yaşayacaqlar.”, - deyə politoloq vurğulayıb.
*****
Ayrı sözlə, Ermənistan, daha dəqiqi, erməni xalqı bizim uzatdığımız barışıq əlini havada saxlamaqla ən böyük pisliyi özünə edir. Az sonra bunu bütün ciddiliyi ilə anlayacaqlar. Onda da gec olacaq. Bu xüsusda Belarus prezidenti Aleksandr Lukaşenko srağagün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı ilk dəfə açıqladığı bir epizod diqqət çəkir və ermənilər üçün ibrətamiz sayıla bilər.
Sitat: “Mən, əlbəttə, İlham Heydər oğlunun erməni xalqına və Ermənistan rəhbərliyinə bu münaqişəni nizamlamaq üçün nə təklif etdiyi haqda prezident olmadığım vaxtlarda bir çox yaxşı şeylər danışacağam. Onun mənə dediyi təkliflərdən biri belə idi: ”Qulaq as, sən ermənilərə çatdır, sənin onlarla münasibətlərin yaxşıdır, mən nəinki Qarabağın bərpasına, Ermənistanı da dirçəltməyə hazıram. Mən hətta bax, indi ödəməyə hazır olduğum məbləği demirəm. Onlara çatdır ki, bu məsələni dinc yolla nizamlamaq lazımdır". Ancaq erməni rəhbərliyi bundan imtina etdi. Paşinyana qədər olanlar. Bax belə təkliflər də olmuşdu".
Yada salaq ki, ötən il Ermənistanda Lukaşenko ilə keçmiş prezident Serj Sərkisyan arasında 2016-cı ilin oktyabrında KTMT sammiti zamanı baş tutmuş söhbətin səs yazısı yayılmışdı. Həmin söhbətdə Lukaşenko bildirdi ki, Əliyev ətraf rayonların azad edilməsinə görə Ermənistana 5 milyard dollar investisiya təklif edir.
Yəqin ki, ermənilər, xüsusən də onun N.Paşinyana qədər olan və vaxtilə ədaları yerə-göyə sığmamış rəhbərləri indi başlarına döyürlər - bunu dilə gətirməsələr də. Paşinyan da bir azdan başına döyəcək. Çünki “qum saatı” 6 aydır işə düşüb və Bakı əməkdaşlıq əlini sonsuzadək havada saxlamayacaq...
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:16-04-2021, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-04-2021, 09:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Dünən, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
28-11-2024, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
28-11-2024, 10:11