Hacı Fətəliyev 1 il öncə dollar verib manat almaq istəyib, başına oyun gəlib... - GİLEY
Məşhur saatsaz Hacı Fətəliyev dələduzluqla üz-üzə qalıb. Deyir ki, uzaq qohumu ondan 10 min dollar pulu manata çevirmək adı ilə alıb və “atıb”.
Məşhur saatsızın sözlərinə görə, pulu ondan alan Elxan Məmmədovdur: “Elxan uzaq qohumumdur, illərdir ki, Sumqayıtda dollar alveri ilə məşğuldur. Mən də lazım olanda pulu ona xırdalatdırır, ondan dollar alırdım. 2018-ci il aprelin 17-də ona 10 min dollar pul verdim. Mehman adlı tanışım da yanımızda idi. Sumqayıt şəhərində ev almışam. Orada ustalar işləyirdi. 10 min dollar pulu aparıb Elxan Məmmədova verdim ki, manata çevirsin, ustaların pulunu verə bilim. Bu adam qanuni dollar dəyişən deyil. Onu 15 ildir tanıyıram, inamım vardı. Vaxt olub ki, maşınımı 16 min manata satmışam, aparıb pulu Elxana verrmişəm, dollara çevirib. 10 min dolları da Elxana verəndə heç bilməzdim ki, başıma belə oyun açar”.
Tanınmış saatsaz deyir ki, Elxan Məmmədov 10 min dolları ondan alanda deyib ki, manat yoxdur, pul qalsın, 3 gün sonra gəlib pulunu apara bilər: “Pulu alanda dedi ki, əlin yüngüldür, sən pul verəndə çörək qazanırıq. Başımın altına yastıq qoydu. Hər dəfə pulu istəyəndə dedi ki, manat yoxdur, 2-3 günə verəcəyəm. Beləcə, 1 ay keçdi, Elxan dedi ki, yanımda Anar adlı şərikim var, o, pulu götürüb qaçıb. Elxana dedim ki, mən pulu Anara yox, sənə vermişəm. Pulu ona dəmir yol vağzalında vermişəm. Ona dedim ki, bu nə oyundur mənim başıma açırsan. Cavab verdi ki, Anar qaçıb Gürcüstana, 1-2 həftəyə qayıdıb gələr. 2 həftədən çox keçmişdi, xəbər aldım ki, Anar qayıdıb, pul atdığı adamlarla görüşür. Mənə də dedilər ki, gəl. Getdim ki, Anar adamlarla danışır, növbə mənə çatanda Anara dedim ki, mənim pulum necə olacaq. Dedi ki, sən pulu Elxana vermisən, mənə verməmisən, 1 ay gözlə, pulunu Elxan verəcək. 1 ay da keçdi, pulu vermədilər”.
Saatsaz Hacı Fətəliyev deyir ki, məsələdən oğlunun dostu Fuad xəbər tutandan sonra ona deyib ki, polisə şikayət etmək lazımdır. Saatsazın sözlərinə görə, Sumqayıtda 3-cü polis bölməsində Fuadın Fərid adlı tanışı onunla görüşüb, ərizə yazıb: “4 ay sonra Fərid dedi ki, mülki iş olduğu üçün məsələ məhkəmə müstəvisində həll edilməlidir”.
Saatsaz Hacı deyir ki, daha sonra 1-ci polis bölməsinə müracət edib: “Orada rəisə əlimdə olan sübutları təqdim etdim. Mən Anar Gürcüstandan qayıdıb gələndən sonra onunla görüşəndə səsini gizli yazmışdım, videosunu çəkmişdim. Həmin videoda Anar deyir ki, sən mənə pul verməmisən, pulu Elxana vermisən. Mənə 1 gün sonra zəng edib dedilər ki, ərizə yaz, sənə qarşı dələduzluq edilib, məni də, şahidi də dindirdilər. Amma 2 gün sonra zəng edib dedilər ki, bu iş mülki məsələdir, biz baxa bilmərik”.
Saatsaz Hacı növbəti dəfə Sumqayıt prokuroru ilə görüşüb: “Məni hörmətlə qəbul etdi, Sərdar İmanov məni dinlədi, dedi ki, gərək indiyə kimi mənim yanıma gələydin. Məndən ərizə alıb sənədləşdirdilər. 1 ay 15 gün heç bir cavab gəlmədi. 1 həftə əvvəl Sumqayıt prokurorluğuna gedib prokurorun köməkçisi Pərviz müəllimlə görüşdüm. Müstəntiqlə danışdı, dedi ki, işə Elxanla bağlı hissədə xitam verilib. Anar da mənim üzümə dayanır ki, guya pulu məndən faizlə alıb. Ayda mənə guya 500 manat faiz verib, mənə şər atdı. İşi Elxansız göndəriblər məhkəməyə. Mənim şikayətimi əsassız olaraq Anarın üstünə yönləndirirlər. Anar məndən başqa 5-6 nəfərə pul ”atıb". Ona görə də işi onun üstünə yönləndirirlər. Anar üçün onsuz də fərq eləmir, 5 nəfərə qarşı dələduzluğa görə həbsə alınır, ya 6 nəfərə görə. Anar işi üzərinə çəkməklə Elxanı məsuliyyətdən kənar saxlamaq istəyir. Ona görə də hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edirəm, xahiş edirəm bu işi obyektiv araşdırsınlar. Mənə qarşı dələduzluq edənlər məsuliyyətə cəlb olunsun, pullarımı geri qaytarsınlar".
P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:28-05-2019, 12:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-05-2019, 12:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11