Dövlət Statistika Komitəsi sədrinin 1-ci müavini necə MÜFLİSLƏŞDİRİLİB? - İLGİNC FAKTLAR
«Təzadlar»a müraciət edən bir qrup sahibkarın problemi yenə də etibardan sui-istifadə ilə külli miqdarda ziyana düşmələri, müflis vəziyyətə salınmaları barədədir. Maraqlıdır ki, bu dəfə də onları işə salan tanınmış «Taimex» biskivit şirkətinin təsisçisi və rəhbəri Tahir Yusifov olmuşdur.
Zərər çəkmiş sahibkarlardan redaksiyaya daxil olmuş şikayəti araşdırarkən isə maraqlı faktlar üzə çıxdı. Sən demə iki ay əvvəl koronavirusdan dünyasını dəyişən Tahir Yusifov reanimasiyada olarkən və canı ilə əlləşərkən onun adına olan bütün mülkiyyət hüquqları kimlərinsə təsir və təzyiqi ilə Zarema adlı bir qadının Tamerlan adlı oğlunun adına rəsmiləşdirilib. Hətta bunun üçün xəstəxanaya notarius da dəvət edilibmiş və s.
Bəs Tahir Yusifov öz ətrafını-səhmdar sahibkarları necə tora salıb?
Onu da qeyd edək ki, "Tatan" ləqəbli iş adamı Tahir Yusifov 23 yanvar 2021-ci ildə müalicə aldığı Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib. O, "Taimex” şirkətinin və Ağsudakı «Qradus-40» araq zavodunun sahibi, Tovuzun «Turan» futbol komandasının rəhbəri olmuşdur.
***
Beləliklə, zərərçəkənlərdən biri Hüseyn Səfərovla əlaqə saxladıq… O, bizimlə söhbətində bildirdi ki, bir müddətdir Tahir Yusifovla tanış olub: «…Tahir mənə təklif etdi ki, Ağsuda araq zavodu açıb, sənədləri ilə məni tanış etdi, sonra zavodun fəaliyyəti ilə tanış oldum. Bildirdi ki, zavodun genişləndirilməsi və modernləşdirilməsi üçün ayrı-ayrı sahibkarlar pul yatırır, mənfəətdən dividentlər alacaqlar. Mən də bir neçə dostlarımın maddi vəsaitlərini götürüb yatırım etdim… Az keçmiş məlum oldu ki, Tahir Yusifov bizi aldadıb…».
Həmsöhbətimiz məsələnin artıq hüquq mühafizə orqanları səviyyəsində çözüləcəyini bildirdi: «Biz məcbur olub aidiyyəti dövlət qurumlarına şikayət verdik. Çünki yatırım etdiyimiz zavod böyük istehsalat sahəsidir və ən azı, ya əmlakı satılıb bizlərin pulları qaytarılmalıdır, ya da zavodu idarəçiliyə götürən şəxs bu problemi yoluna qoymalıdır».
Apardığımız araşdırmalarla müəyyən edildi ki, Tovuzun «Turan» Komandasının rəhbəri olmuş tanınmış iş adamı Tahir Yusifov iş adamları Yaşar Sultanova 150 min manat, Əhməd Məstanova 25 min manat, hazırda Dövlət Statistika Komitəsinin birinci müavini olan (Tovuzun sabiq İcra başçısı) Həmid Bağırova 600 min dollar, Nüsrət adlı şəxsə 50 min dollar, Hüseyn Səfərova 95 min manat, Elvin adlı iş adamına 450 min dollar, İlham Namazova 20 min manat və s. pul atıb. Borc sahiblərinin sayı təxminən 50 nəfərdir.
***
Digər iş adamları ilə söhbətimizdən isə məlum oldu ki, ötən ilin dekabrın 10-da koronadan xəstələnən Tahir Yusifov əvvəlcə yaxşılaşıb, lakin naməlum səbəbdən halı qəflətən pisləşib. Ən diqqəti çəkən isə budur ki, o, ağır vəziyyətdə olarkən bütün əmlakları ailə üzvlərinin deyil (3 qızı olduğunu bildirdilər), Zarema adlı xanımın Tamerlan adlı oğlunun adına keçirib. Əslən Zarema xanım əvvəllər turizm sahəsində çalışıb. Oğlu Tamierlan isə Çexiyada (Praqada) təhsil alıb. Onların Çexiyada turizm şirkəti olub. «Məndə olan məlumata görə, onlar həmin şirkəti keçmiş maliyyə naziri Fikrət Yusifovdan alıblar… Və onu da öyrənmişəm ki, Tahir Yusifov Zarena xanımın iştirakçılığı ilə Çexiyada özünə bir neçə iri ticarət obyekti və turizm şirkəti, mənzillər və s. alıb. Və bizi narahat edən budur ki, həmin Zarema adlı xanım indi bizim pullarımızı verməmək üçün müxtəlif yollara əl atır. Gah deyir ki, guya yüksək rütbəli məmurlara yaxın qohumdur, kimsə ona bata bilməz… Gah da…».
***
Redaksiya araşdırmalarla onu da təxmin etdi ki, Zarema adlı xanım özünü Prezidentin İşlər İdarəsinin sabiq müdiri Oqtay Şahbazovun (2016-ci ildən 2021-ci ilin yanvarın 26-dək Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb) yaxın qohumu kimi təqdim edərək bildiyini edir, borcun qaytarılmasını yayındırır. Məsələn, o, Bayılda mənzil tikintisi ilə məşğul olan və Volodya kimi çağrılan şəxslə əlaqəyə girərək pulun Paşabanka köçürüldüyünü deyir. Hətta Volodya bəzi borcluların adına həmin tikilməkdə olan binadan mənzil də sənədləşdirib. Və həm də uydurulub ki, guya Volodya Rusiyanın nüfuzlu banklarından birindən təminat («qarantiya») məktubu alaraq Kapitalbank-a külli miqdarda pul köçürtdürür, borclar tezliklə qaytarılacaq və s. Amma bəllidir ki, həmin Volodya özünə məxsus "BAFİDA" MMC vasitəsilə Azərbaycanda qara pulların yuyulmasını həyata keçirirlər (Bu barədə daha ətraflı yazı çapa hazırlanır).
Şikayətçilər isə birmənalı olaraq deyirlər ki, bu məsələdə onu himayə edənlər bilməlidir ki, məsələ bu yolla deyil, qanuni formada həll edilməlidir, əks halda biz müvafiq tədbirlərin görülməsi üçün dövlət orqanlarına fərqli formada müraciət edəcəyik.
Məsələ ilə bağlı «Taimex» Şirkəti ilə əlaqə saxlayıb Zarema xanımla danışıb bəzi suallara cavab tapmağa çalışdıq. Lakin hələki bu cəhdimiz baş tutmur…
Mövzuya qayıdılacaq.
-Bəs "BAFİDA" MMC-nin qanunsuz əməllərini himayə edən yüksək vəzifəli şəxs kimdir???
«Təzadlar»ın Araşdırma Qrupu
Paylaş:
Müəllif : Yazar
Tarix:10-04-2021, 13:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-04-2021, 13:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11