Neftçalanın 1 nömrəli PROBLEMİ... - Gərək 5 dövlətlə danışasan...
Kür çayında sululuğun azalması ətraf ərazilərdə böyük problemlərə səbəb olur. Xüsusən də Neftçala və Sabirabad kimi ərazilərdə sakinlər suyun üzünə həsrət qalıblar. Torpaq da lazımi səviyyədə suvarılmır. Kürdə suyun azalmasının həm daxili, həm də xarici amilləri var.
Qlobal iqlim şəraitinin dəyişməsi və Kür-Araz hövzəsinə daxil olan ölkələrin su istehlakının artmasına dair araşdırma aparan Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov bu barədə Sputnik Azərbaycan-a danışıb. O bildirib ki, ötən ildən başlayaraq Kür çayında suyun səviyyəsinin kəskin şəkildə azaldığı müşahidə olunur: "Kürdə suyun azalmasının yaratdığı fəsadları biz Neftçaladan Sabirabadadək istənilən ərazidə açıq-aşkar görə bilərik. Əslində isə yaz ayları Kür çayında suyun səviyyəsinin ən çox olduğu dövr hesab edilir".
Mütəxəssis deyir ki, dağlarda əriməkdə olan qar suları Kür çayına gətirilsə idi, çaylarda bolsulu dövr müşahidə edə bilərdik. M.İsmayılov qeyd edir ki, yaxın 2-3 il ərzində suya həddindən artıq qənaət etməli, Kürün qorunması üçün ən vacib tədbirləri həyata keçirməliyik: "Bütün dünyada deyilir ki, iqlim dəyişmələrinin fonunda quraqlıqlar artır. Yəni, bu o deməkdir ki, havanın temperaturu yüksəldikcə buxarlanma çoxalır, yağıntının miqdarı azalır. Lakin Kürün qurumasının tək səbəbi bu deyil. İkinci mühüm səbəb isə antropogen amillərə bağlıdır".
"Öncəki illərlə müqayisədə qar, yağıntı da azalıb. Bakı şəhəri yağıntının ən az düşdüyü bir yerdir. Bu baxımdan Bakıda yağış sularını yığmaq çətindir. Amma Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala kimi yerlərdə yağış sularını yığıb təmizlədikdən sonra müxtəlif məqsədlər üçün istifadə etmək olar. Qeyd edim ki, atmosfer xeyli çirkləndiyi üçün yağış suyunun birbaşa istifadəsi də düzgün deyil", - deyə əlavə edir.
O bildirir ki, son 10-15 ildə aparılan müşahidələr Kür hövzəsinə tökülən çaylar üzərində olan su anbarlarının kifayət qədər su yığa bilmədiyini sübut edib: "Antropogen amillər arasında digər faktorlar da var. Ermənilər işğaldan azad olunmuş ərazilərdə Kür hövzəsinə aid çayların üzərində iri su anbarları tikmişdilər. Hansı ki, bura yığılan su Kür, Araz çaylarına suyun gəlməsinə imkan vermirdi".
Azərbaycanın işğal altındakı bölgələrinə qarşı Ermənistan tərəfindən ekoloji terrorun uzun illər davam etdiyini deyən Mirnuh İsmayılovun sözlərinə görə, bəzi çayların üzərində qeyri-qanuni yollarla suvarma və digər məqsədlə su anbarları inşa olunub ki, bu da Kürdə suyun azalmasına səbəb olur: “Aidiyyəti dövlət qurumları Kürdə suya nəzarət etməlidir, amma təəssüf ki, bu nəzarət mexanizmi yoxdur, hər kəs istəyinə görə Kürdən su götürür. Kimisi özü üçün anbar tikib suyu yığır, kimisi özbaşına olaraq balıqyetişdirmə nohurları saxlayır, qeyri-qanuni şəkildə Kürboyu ərazilərdə balıq vətəgələri qoyulur. Əslində isə belə olmamalıdır, yəni kim necə istədi, suyu götürüb istifadə etməməlidir".
Mütəxəssis deyir ki, Kürün yuxarı hissələrindən həddindən artıq su götürüldükdə aşağı hissələrdəki ərazilər susuz qalır ki, bu zaman da ən çox əziyyət çəkən Neftçala və Salyan rayonları, həmin ərazilərin sakinləri olur: "Çünki bu rayonların taleyi bilavasitə Kürdən asılıdır. Biz Neftçala və Salyanda təsərrüfatın yerləşmə strukturuna fikir versək, görərik ki, hər şey Kür çayına görə hesablanıb".
O bildirir ki, Kürdə suyun azalmasında daxili amillərlə yanaşı, xarici amillərin də rolu var: “Məlumdur ki, Kürə gələn suyun əsas hissəsi xarici ölkələrdən formalaşır. Zamanla həmin ölkələrin də suya tələbatı artır. Dövlətin siyasi qurumları bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır. Türkiyə, İran, Rusiya, Gürcüstan, hətta Ermənistanla qurulan siyasi münasibətlər çərçivəsində danışıqlar intensivləşdirilməlidir ki, xaricdən gələn sular ekoloji səviyyədə bərpa olunsun. Bundan başqa, yeraltı suların istismarı genişləndirilməlidir. Kifayət qədər yeraltı su ehtiyatları var ki, onlardan yetərincə istifadə edə bilmirik. Çayların suyuna bu qədər yüklənməkdənsə, yeraltı sulardan istifadəyə meyillənməliyik. Məsələn, şirin yeraltı su ehtiyyatlarımız olan Qusar maili düzənliyi, Şollar düzü, Qanıx-Əyriçayda xeyli su ehiyatı var. Həmçinin, Qarabağ, Gəncə-Qazax düzündə də xeyli su ehiyatı var. Bu suların israf olunmamasına çalışılmalıdır".
M.İsmayılov suvarma sistemlərində olan problemlərin də Kürə mənfi təsirindən danışıb: "Suvarma sistemlərimiz çox köhnədir, təxminən suvarma sisteminin 30 faizini yararlı hesab etmək olar. Bəzi kanallara beton örtüyü çəkilib, amma apardığımız müşahidələrə görə, hətta bu beton örtüklərdən də sızmalar olub. Hansı ki, bu sızmalar ətraf landşaftlarda müəyyən şoranlıq, bataqlıqların əmələ gəlməsinə səbəb olur. Suya qənaət üçün suvarma sistemləri yenidən qurulmalıdır. Vəhşi sulama, yəni selləmə adlanan bu üsuldan qəti şəkildə imtina etməliyik. Müasir suvarma sistemlərini tətbiq etmək lazımdır. Sənaye müəssisələrinədək hamısı qənaət sisteminə keçməlidir. Sənaye müəssisələrində dövriyyəli su sistemleri qurulmalıdır. Suya tələbkar olan ağacların əkilməsi məhdudlaşdırılmalıdır. Suya az tələbkar olan bitki, ağac və kolların əkilməsi çox vacibdir. Müvəqqəti olaraq kənd təsərrüfatında suya tələbkar olan sahələrin artırılmasının qarşısı alınmalıdır. Məsələn, 100 min hektar pambıq əkilməlidir. Bu rəqəmi 200 min hektara qaldırmaq artıq ciddi problemlər yaradar”.
O bildirir ki, yeni suvarılan sahələrin istifadəyə verilməsi müvəqqəti saxlanılmalıdır: "Ötən il mövcud suvarılan sahələri su ilə təmin edə bilmirdik. Qənaət budur. Əhali arasında təbliğat işləri genişləndirilməli, fermerlər arasında təbliğat işləri aparılmalıdır. Bundan başqa, həvəsləndirmək üçün suya qənaət edən fermerlərə müəyyən güzəştlər də olmalıdır. Həmçinin az faizli kreditlər ayrılmalıdır ki, müasir suvarma sistemləri alınsın".
"Suya qənaət etməsək, o bizim üçün çox problemlər yaradacaq. Suya qənaət üçün məişətdə isitfadə olunacaq xüsusi qurğular var. Bu məhsulları təbliğ etmək lazımdır", - deyə M.İsmayılov vurğulayıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-04-2021, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-04-2021, 09:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |