Şuşaya atılan “İskəndər”dən Ermənistanda yoxdur: Bəs kim edib? - İLGİNC
Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın 44 günlük Vətən müharibəsində Azərbaycana “İskəndər” raketinin atılmasıyla bağlı etirafı ciddi rezonans yaratmışdı. Belə ki, Paşinyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “İskəndər” raketindən 44 günlük döyüşlərin 3-4-cü günündə istifadə edilmədiyinə təəccüblənməsinə cavab olaraq bu faktı etiraf etmişdi. Hətta məsələni daha da qabardaraq reaketlərin niyə partlamadığını sabiq prezidentdən soruşmuşdu.
Bundan əlavə, separatçıların “baş qərargahının keçmiş rəisi” Movses Akopyan noyabrın ortalarında istefa verəndən sonra mətbuat konfransında Qarabağda “İskəndər”dən istifadə edildiyini, ancaq onun hara atıldığını deyə bilməyəcəyini bəyan etmişdi.
Paşinyanın etirafından 1 gün sonra cari ilin fevralın 25-də Rusiyanın Müdafiə Nazirliyi məsələyə dərhal reaksiya verdi. Açıqlamada qeyd edilirdi ki, Dağlıq Qarabağdakı münaqişə zamanı “İskəndər” raket sistemlərindən heç biri istifadə edilməyib.
Məlumatda o da bildirilirdi ki, raketlərin bütün sursat ehtiyatları Ermənistan Silahlı Qüvvələrinin anbarlarındadır.
Məsələyə Ermənistan Müdafiə Nazirliyindən reaksiya verilməsə də, Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini general-leytenant Tiran Xaçatryan Paşinyanın açıqlamasını ələ salaraq gülmüşdü və Baş Nazirin mövqeyini qeyri-ciddi adlandırmışdı.
Bundan sonra Paşinyanın tələbi əsasında Ermənistan prezidenti Armen Sarkisyan T. Xaçatryanı istefaya göndərmişdi.
Paşinyan isə Rusiya tərəfinin məsələyə reaksiyasından sonra ona səhv məlumat verildiyini, müharibə zamanı raketlərdən istifadə edilmədiyini mətbuat katibi Mane Gevorqyan vasitəsilə xalqa bəyan etmişdi. Rusiya Prezidenti Vladimir Putinlə Paşinyanın telefon danışığından sonra mövcud faktlar və məlumatların müqayisəsi nəticəsində Ermənistan Baş naziri bu qənaətə gəlib ki, “İskəndər” cari duruma dair ona yanlış məlumat verilib.
Ancaq vurğulamalıyıq ki, müharibə dövründə Azərbaycan ictimaiyyətində və etibarlı məlumatları olan bəzi hərbi ekspertlər tərəfindən belə bir fikir hakim idi ki, bir neçə dəfə Azərbaycan ərazisinə “İskəndər” raketi atılıb.
Bu məqamda ötən gün ANAMA əməkdaşı mətbuata çox ciddi reaksiya doğuran açıqlamayla çıxış edərək zamanla səsləndirilən bu fikirlərin doğru olduğunu təsdiqləyib.
Agentliyin nümayəndəsinin sözlərinə görə, 15 mart 2021-ci il tarixdə qurumun əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raket qəlpələri aşkarlanıb. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların “İskəndər” raket sisteminə aid olduğu müəyyən edilib. Açıq internet mənbələrində axtarış apararkən belə 9M723 eyniləşdirmə nömrəsinin “İskəndər” raketinə aid olduğunu müəyyən etmək olar.
Bütün bunlar Vətən müharibəsi dövründə, xüsusən Şuşa şəhərini dağıtmaq üçün Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edildiyini təsdiqləyir.
Bildirək ki, Rusiya tərəfi vaxtilə açıqlamalarında Ermənistana “İskəndər E” raketini satdığını bildirmişdi. Şuşa ərazisində tapılan raketin qalıqlarında isə raketin “M” versiyasının olduğu açıq-aydın göstərilir.
Bu məqamda sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu da məsələyə reaksiya verib. O qeyd edib ki, ANAMA nümayəndəsinin açıqlaması Azərbaycan ərazisinə "İskander" raketləri atılıbmı sualına aydınlıq gətirməklə yanaşı, həm də xeyli yeni suallar doğurur: “Belə ki, həmin identifikasiya kodu Şuşaya atılmış "İskəndər E” deyil, “M” tipli raketə aid olmasını göstərir. Belə raket isə Ermənistanda yoxdur və olmayıb.
Rusiya istehsalı olan "İskəndər"in Ermənistana satılmış versiyası E olub, M tipli "İskəndər"lər isə yalnız Rusiyanın arsenalındadır. Belə olduğu halda Şuşaya raketi kimin atması sualının cavabı da öz-özünə tapılmış olur. Amma bunun ardınca Bakı üzərində vurulmuş "İskəndər”in haradan atılması sualı da üzə çıxır.
Bunun da cavabı prinsipcə bəllidir, çünki "İskəndər E" raketinin maksimum uçuş məsafəsinin 250-280 km arası olması onun hətta Qarabağdan atılmasını istisna edir. Unutmayaq ki, noyabrın 10-da Azərbaycan Ordusu artıq Qarabağın xeyli hissəsinə nəzarət edirdi ki, bu da Bakıdan ən azı 300-330 km-lik məsafə demək idi.
Məlumatlı mənbələr İkinci Qarabağ Savaşı dövründə Azərbaycan ərazisinə bir neçə "İskəndər" atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirsələr də, hələlik bu haqda rəsmi məlumat yoxdur.
Amma baxır nəyi rəsmi məlumat saymaq olar. Məsələn, Paşinyanın bu raketlərlə bağlı ilk bəyanatı həmin məlumatla təxminən üst-üstə düşür. Demək, düşmən ölkənin Baş naziri bir o qədər də yalan danışmamışdı. Onun bəyanatına Rusiyanın isterik reaksiyası da Paşinyanın haqlı olmasına işarə kimi qəbul edilə bilər.
Qalır məsələni dərindən araşdırmaq və bunun üçün də ANAMA-nın ortaya qoyduğu və müvafiq foto ilə təsdiqlənən fakta Moskvanın reaksiyası son dərəcə önəmlidir. Moskva isə hələlik susur”.
Qeyd edək ki, Şuşa ərazisində tapılan “İskəndər M” raketinin qalıqları ilə bağlı məsələyə Azərbaycan tərəfindən də rəsmi reaksiya verilməyib. Həmçinin rəsmi Kreml də ekspertin vurğuladığı kimi bu fakta hələ ki, münasibət bildirməyib. //qafqazinfo.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:1-04-2021, 13:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-04-2021, 13:35
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01