Ermənistana "İsgəndər" raketi verilməyib? - İDDİA
ANAMA müəyyən edib ki, Vətən müharibəsinin sonunda Ermənistan "İsgəndər" raketlərindən istifadə edib. Qeyd olunub ki, onlar Şuşanı yerlə-yeksan etmək üçün "İsgəndər" raket kompleksini işə salıblar.
Raketlərdən birinin Şuşada tapılan identifikasiya nömrəsi "9M723- 0201008" bunu tam sübut edir. Lakin xoşbəxtlikdən raket tam gücü ilə partlamayıb.
Bundan əlavə bildirilib ki, Şuşa şəhərinə 2 ədəd "İsgəndər" atılıb. Onların Şuşada hansı ərazilərə düşdüyü, hətta kordinatları belə ictimaiyyətə açıqlanıb.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ savaşında "İsgəndər" raketlərindən istifadə olunduğunu, lakin onun sadəcə 10 faizinin partlaya bildiyini qeyd etmişdi.
Sözügedən açıqlama həmin vaxt ciddi rezonansa səbəb olmuş, hətta Ermənistanın yüksək çinli məmurları, generalları da Rusiyanın zəhmindən qorxuya düşərək bu açıqlamanı təkzib etməyə çalışırdılar.
Paşinyanın məlum açıqlamasından sonra Rusiya MN sözcüsü "Ermənistan Qarabağ münaqişəsi zamanı öz "İsgəndər"lərindən istifadə etməyib. Raketlərin bütün döyüş başlıqlarının hamısı Ermənistanın silahlı qüvvələrinin anbarlarındadır"- deyə bildirib.
Rusiya, həmçinin, Paşinyanın etirafına da münasibət bildirmişdi:
"Ola bilsin, Ermənistanın Baş naziri Nikol Paşinyana yanlış məlumat veriblər və o, dəqiq olmayan informasiya səsləndirib".
Əlbəttə, Rusiyanın bu "canfəşanlığı"nın arxasında nəyin dayandığını hər kəs bilir.
Həmin vaxt onlar "İsgəndər" məsələsini öz açıqlamaları ilə dondura bilmişdilər. Lakin ANAMA-nın araşdırmalarından və dəqiq informasiyasından sonra Rusiyanın səhv, Paşinyanın etirafının isə doğru olduğu məlum oldu.
Məsələ haqqında "Şərq"ə münasibət bildirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın hələ də Ermənistana "İsgəndər" raketlərini vermədiyinin, həmin raket sistemlərinin Ermənistanda olmadığının qənaətindədir:
"Bu, bir az şübhəlidir. Çünki raketlərin düşdüyü nöqtələrdə həmin vaxtlar erməni qoşunları yerləşirdi. Ümumiyyətlə, "İsgəndər" raketləri ilə bağlı naməlum hadisələr baş verir.
İlk növbədə mən o fikirdə qalıram ki, həmin raket sistemi heç ermənilərə verilməyib. Raketlərin verilməsi xəbərinin yayılması sadəcə bizdə qorxu yaratmaq məqsədi güdürdü. Guya ki, Ermənistanda belə bir silah var.
Digər məsələ isə ondan ibarətdir ki, Rusiya kimi yüksək texnologiyaya malik olan ölkələr mənzili 300 km-dən çox olan raketləri digər ölkələrə ixrac edə bilməz.
Dediyim kimi, bununla bağlı naməlum hadisələr davam etdi. Az qala Ermənistanda böhran yaranırdı.
"İsgəndər"in əsas istifadə olunan başlığı nüvədir. Digər növləri çox da istifadə olunmur. Onlar Gəncəyə qarşı "SCAD" raket sistemlərindən istifadə ediblər. Onun başlığında 800 kiloqrama yaxın partlayıcı maddə var. Yəni o daha güclü silahdır. "İsgəndər" raketində isə ən çox partlayıcı maddənin çəkisi təxminən 450 kiloqramdır".
T.Zülfüqarov ziddiyyətli məlumatların yaranmış siyasi böhranın üstünü örtmək üçün ortaya atıldığını qeyd etdi:
"Ermənistan belə raketləri təkbaşına istifadə edə bilməz. Çünki bu raket 2 cür- ballistik və qanadlı raket trayektoriyası ilə uçuş edir. Onun uçuşla tuşlana bilməsi üçün peykdən dəstək olmalıdır. O da Ermənistanda yoxdur.
Biz bilirik ki, Rusiya tərəfindən Ermənistana verilən hərbi dəstək keyfiyyətsiz idi. Onun keyfiyyətsiz olmasının əsas səbəbi odur ki, əgər Rusiya onlara yeni silah versə Ermənistan ruslardan asılı olmayacaq. Müstəqil siyasət yeridə bilər. Amma köhnə silah verməklə onları həmişə asılı vəziyyətdə saxlaya bilir".
Paylaş:
Müəllif : Yazar
Tarix:1-04-2021, 11:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-04-2021, 11:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26