Yenə həyəcan, yenə qayğı: Təhsil Nazirliyi çətin seçim qarşısında - GƏLİŞMƏ
Təhsil Nazirliyi rəsmi “Facebook” səhifəsində “Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin hansı formada təşkilini məqsədəuyğun hesab edirsiniz?” sualı ilə sorğu keçirir. İctimaiyyət sorğu anketini doldurmaqla yanaşı öz fikirlərini paylaşımın rəy bölməsində də ifadə edir.
Gedən müzakirələrdən, yazılan şərhlərdən müşahidə edilir ki, fikirlər müxtəlifdir. Bir qisim insan “can sağlığı hər şeydən qiymətlidir” fikrini əsas tutaraq məktəblərin tamamilə distant təhsilə keçməsinin, bir qisim ancaq yoluxma halları qeydə alınan siniflərin və ya məktəblərin bağlanmasını, digər bir qisim də ibtidai siniflərdə dərslərin ənənəvi formada davam etdirilməsinin, V-IX siniflərdə isə distant təhsilə keçməyin düzgün olacağını düşünür.
Bundan başqa, dərslərin ənənəvi formada davam etdirilməsini müdafiə edənlər distant təhsilin keyfiyyətindən razı qalmadıqlarını, şagirdlərin bu cür davam edərsə, təhsildə çox geriləyəcəklərini hesab edirlər. Həmçinin uzun müddət davam edəcək ev mühitinin, uşaqların saatlarla monitor qarşısında qalacağının da onların psixoloji sağlamlığına mənfi təsir edəcəyi qənaətindədirlər.
Mövzunu AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, fevral ayının 1-də tədris prosesi mərhələli və qismən bərpa ediləndə yoluxma sayının artacağı düşünülsə də, bu qədər çox olacağı gözlənilmirdi: “Yoluxmanın artacağı qaçılmaz bir fakt idi, lakin bu qədər çox olacağı gözlənilmirdi. Artıq ölkənin 4447 orta ümumtəhsil məktəbinin 4427-sində tədris prosesi mərhələli şəkildə bərpa olunub və 1-9-cu sinif şagirdləri Bakı, Abşeron, Sumqayıt şəhərlərində həftədə 3 dəfə, regionlarda isə həftədə 4 dəfə məktəblərə gedirlər”.
“Dediyim kimi, fevral ayının 1-də tədris prosesi mərhələli və qismən bərpa ediləndə yoluxma sayının artacağı gözlənilsə də, bu qədəri gözlənilmirdi. Çünki fevral ayının 1-nə qədər də ölkədə tədrisin bərpası prosesi olmuşdu, yəni 2020-ci ilin sentyabr ayının 25-dən 19 oktyabra qədər tədris prosesi təşkil edilmişdi və bu zaman yoluxma sayı bu qədər deyildi. Etiraf edək ki, bu dəfə yoluxmaya görə tədris prosesini dayandıran məktəblərin sayı kifayət qədər çoxdur. Artıq qeyd edilən tarixdən fəaliyyətini bərpa edən məktəblərin 1.6%-i distant təhsilə keçib. Düşünürəm ki, bu, kifayət qədər ciddi rəqəmdir. Təəssüf ki, mart ayı ərzində yoluxma halları kəskin şəkil aldı. Təkcə birinci sinif şagirdləri arasında COVID-19 diaqnozu qoyulmuş və ya əlamətləri müşahidə edilmiş 300-dən çox şagird ənənəvi tədris prosesindən kənarlaşdırılıb”, - deyə müsahibimiz bildirib.
O, qeyd edib ki, bu müddət ərzində ümumilikdə 20 minə yaxın valideyn övladının ənənəvi dərs prosesində iştirakından imtina etməsi barədə iltizam yazıb və onlar tədris prosesini öz öhdəliklərinə götürüblər: “Nəzərə alsaq ki, bir çox bölgələrimizdə kütləvi şəkildə yoluxmalar var, Gəncədə, Tovuzda məktəb direktorları COVID-19-dan vəfat ediblər, paytaxt Bakıda və regionlarda COVID-19 diaqnozu ilə vəfat edən müəllimlər var, bu zaman deyə bilərik ki, statistik rəqəmlər tədris prosesinin məhdudlaşdırılmasını qaçılmaz edir”.
Əsədovun fikrincə, bu gün orta ümumtəhsil məktəblərində tədris prosesinin ənənəvi keçirilməsi distantla müqayisədə daha effektivdir, buna görə qismən də olsa, tədrisin ənənəvi qaydada olması yeganə çıxış yoludur: “Onlayn tədris üçün şagirdlərin heç də hamısının internet və texniki imkanları olmurdu ki, onlar dərslərdə iştirak edə bilsinlər və yaxud da bir sıra fənlərin onlayn rejimdə keyfiyyətli keçirilməsi mümkün deyildi. Bunların hər biri ciddi faktordur. Riyaziyyat, kimya, fizika kimi fənlərin onlayn tədrisi effektiv deyil. İbtidai sinif şagirdləri oxuma-yazma bacarıqlarını onlayn qaydada mənimsəyə bilmirlər. Bunların fonunda tədrisin qismən də olsa, ənənəvi qaydada olması yeganə çıxış yoludur. Lakin insanların həyat təhlükəsini də nəzərə almaq lazımdır”.
Ekspert Nazirliyin sorğusunu şərh edərkən vurğulayıb ki, bu, ictimai rəyin öyrənilməsində yaxşı üsul olsa da, yekun qərar üçün kifayət deyil: “İlk dəfədir ki, hörmətli təhsil naziri Emin Əmrullayev təhsilin davamlılığı ilə bağlı sosial media platforması üzərindən sorğu keçirir. Bu, ictimai fikrin yoxlanılması üçün yaxşı bir vasitədir, amma etiraf edək ki, burada məsələlərə obyektiv və subyektiv yanaşmaq olmaz. Sorğuda iştirak edən respondentlər öz istəklərinə görə cavablandırırlar, lakin tibb, səhiyyə, mövcud vəziyyət nə deyir, gələcək hədəflərimiz nələrdir - bunları nəzərə alıb o cür qərar verilməlidir”.
Həmsöhbətimiz hesab edir ki, məktəblər tam olmasa da, qismən qapanmalıdır: “Sorğuda özüm də iştirak etmişəm. Mənə görə, yalnız yoluxma müşahidə edilən məktəblər bağlanmalıdır, amma burada insanların həyatını riskə atma ehtimalı ola bilər. Düşünürəm ki, biz seçim qarşısında qalası olsaq, təhsilin tamamilə distanta keçilməsi effektiv olmayacaq. Düşünürəm ki, ibtidai siniflər məktəbə gedə bilər. Yuxarı sinif şagirdləri isə onlayn rejimdə öyrənə bilərlər. Onsuz da 10-11-ci siniflər üçün məktəbin olmaması daha effektivdir. Çünki onlar hazırlıq kursları və repetitorlarların yanında ali məktəblərə hazırlaşırlar. Birmənalı şəkildə bilirik ki, 10-11-ci siniflərin məktəblərə getməməsi onlar üçün həm sağlamlıq, həm də dərs oxuma baxımından çox effektiv və uğurludur. Çünki onlar alternativ mənbələrdən hazırlaşırlar, orta məktəb dərslərinə ehtiyacları yoxdur. Biz daha çox aşağı sinif şagirdlərinin zəruri bilikləri əldə etməsində maraqlı və diqqətli olmalıyıq. Bunun üçün də düşünürəm ki, ən vacib detal ibtidai siniflərdə oxuyanların tədris prosesində iştirakını təmin etmək olacaq”.
“Dünya təcrübəsinə baxdığımızda, məsələn, Almaniyada ancaq ibtidai siniflər məktəblərə gedirlər. Çünki onlar hələ oxuma-yazma bacarığı, sinifdə oturma, özünüaparma kimi psixoloji vərdişlərə yeni-yeni yiyələnirlər. Bu təcrübədən istifadə etmək mümkündür, belə olduqda məktəbdə hərəkət kəskin şəkildə azalacaq. Bütün hallarda isə təbii ki, bu gün ümumiyyətlə, yüzdən çox məktəbin distanta keçməsi vəziyyətin təhlükəli olduğunu göstərir”, - deyə ekspert fikrini davam etdirib.
Əsədovun sözlərinə görə, yoluxma faktı yaxın məktəblərdə qeydə alınır: “Biz yoluxma qeydə alınan məktəblərə baxdığımızda görürük ki, hansısa məktəbdə yoluxma qeydə alınıbsa, bir neçə gün sonra ona yaxın olan məktəbdə də yoluxma faktı qeydə alınır. Çünki bir ailənin üzvləri, qohumlar bəzən fərqli-fərqli yaxın məktəblərdə oxuyurlar və ya valideyn başqa məktəbdə işləyir. Bu, onu göstərir ki, yoluxma ilə bağlı məsələ tam nəzarətdə deyil. İctimai nəqliyyatın da burada rolunu qəbul etməliyik. Çünki bu gün ictimai nəqliyyatda sıxlıq yoluxma sayının artmasına birbaşa təsir göstərir. Məktəbli avtobuslarının olmaması, şagirdlərin ictimai nəqliyyatdan istifadə etməsi də yoluxmanın artmasına təsirsiz ötüşmür”.
O, müəllimlərin vaksinasiyası prosesində iştirakına toxunaraq söyləyib ki, müəllimlərin peyvəndlənməsini məcburi etmək ola bilər: “Hazırda bilirik ki, vaksinasiya könüllülük əsasında təşkil edilir. Hesab edirəm ki, müəllimlərimizi, xüsusilə də yaşı 40-dan yuxarı olanları vaksinasiyaya cəlb etsək, ənənəvi təhsil prosesini dayandırmağa, hansısa fasiləyə ehtiyac olmayacaq. Buna görə də Əmək Məcəlləsinə müvafiq olaraq dəyişiklik etməliyik ki, müəllimlərin vaksinasiyada iştirakı məcburi xarakter daşısın. Bu proses bitəndən sonra tədris prosesinə fasilə vermədən rahatlıqla dərsləri davam etdirə bilərik”.
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, infeksionist həkim Vüqar Cavadzadə mövzu ilə bağlı AYNA-ya danışarkən söyləyib ki, uşaqlar arasında yoluxmanın ciddi fəsadlarını müşahidə etməyib: “Uşaqlarda yoluxma halları müşahidə edilsə də, ciddi fəsadlar, kəskin simptomlar müşahidə etmirəm. Ümumiyyətlə, COVID-19 infeksiyasında 10 yaşa qədər uşaqlar arasında ölüm faizi həddindən artıq azdır. Amma uşaqlar xəstələnməsələr də, virus daşıyıcısı ola bilirlər. Hətta 1 yaşdan aşağı olan uşaqlar da daşıyıcı ola bilirlər. Buna görə özləri xəstələnməsə də, evdə böyükləri yoluxdura bilirlər”.
Distant təhsilin uşaqlarda özünəqapanma, passivlik yaratması ilə bağlı valideynlərdə narahatlıq var. Bu yöndə AYNA-nın suallarını cavablayan psixoloq Vüsalə Əmiraslanova deyib ki, dərslərin tamamilə onlayn formaya keçirilməsi uşaqların psixologiyasına mənfi təsir edəcək: “Tamamilə distant təhsilə keçidin əleyhinəyəm. Bir dəfə bu prosesi keçmişik, təkrarlanması uşaqlara çox pis zərbə ola bilər. Ən azından dərslər onlayn olsa da, evə verilən tapşırıqların, heç olmasa həftədə bir dəfə hissəli şəkildə yoxlanılmasını təşkil etmək lazımdır. Çünki uşaqlar məktəbdə məşğul olmadıqda heç nə öyrənə bilmirlər. Yaxşı olar ki, yay aylarında məktəblər bir aylıq dərslər təşkil etsin, qavraması zəif uşaqlarla məşğul olsunlar. Növbəti tədris ilində ənənəvə tədrisə hazır olsunlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:1-04-2021, 10:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:1-04-2021, 10:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |