MŞ sədri əleyhinədir: - “İntihar xəbərlərinin bolluğu onu adiləşdirir”
Hər gün bu və ya digər xəbər saytlarında, telekanallarda, radio dalğalarında eşidirik:- “ İnsan özünə qəsd etmişdir “- o zaman belə bir sual yaranır : “nə üçün?” Bu sual hamımızı ilk növbədə düşündürməli, bir daha belə hadisənin baş verməməsi üçün bütün imkanlarımızdan istifadə etməliyik. Təbii ki, intihar olaylarını xəbərləyərkən medianın üzərinə böyük yük düşür. Çünki medianın hansı sözlərdən, vurğulardan istifadə etməsi önəmlidir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov mediadakı intihar xəbərləri barədə “Şərq”ə danışarkən deyib ki, çox təəssüf ki, son günlər müxtəlif internet informasiya resurslarında, habelə sosial şəbəkə profillərində intiharlarla bağlı xəbərlərin sayı artmaqdadır. Ə.Amaşov Azərbaycan Mətbuat Şurasının sədri və həmçinin bir vətəndaş olaraq bu durumdan narahatlığını ifadə edib:
" Təəssüf ki, intihar xəbərlərinə marağın azaldığını görmürəm. Mətbuat Şurası intiharlarla bağlı informasiyalara həmişə həssas yanaşıb. Şura eyni zamanda bu qənaətdə olub ki, belə informasiyaların ilk mənbəyi rolunda çıxış edən müvafiq dövlət qurumları da məsələyə həssas yanaşmalıdırlar. Dünya statistikasına əsasən demək olar ki, intiharların baş verməsinin ən müxtəlif səbəbləri var. Araşdırmalar göstərir ki, səbəblər böyük ölçüdə ictimai əhəmiyyət daşımır, hansısa şəxsin fərdi durumundan irəli gələn affekt davranış halı kimi özünü göstərir. Deməli, intihar hadisəsi ilə bağlı bilgi ictimai əhəmiyyət daşımırsa, həmin bilgi informasiya dövriyyəsinə buraxılmamalıdır. Bəli, intihar olayına dair bilgi insanların total şəkildə yanlış məlumatlandırılmasının qarşısının alınmasına xidmət etmirsə, onun informasiya dəyəri qazanmasına ehtiyac qətiyyən yoxdur. Bu baxımdan müvafiq dövlət qurumlarının üzərinə daha böyük məsuliyyət düşür. Medianın və sosial şəbəkə istifadəçilərinin də məsuliyyəti öz yerində".
Mətbuat Şurasının sədri əlavə edib ki, sosial şəbəkə istifadəçiləri hər şeydən öncə bilməlidirlər ki, intihar bir faciədir:
"Əgər kimsə məsələyə faciə prizmasından kənar yanaşmırsa, demək ki, zombiləşib. Necə düşünməmək olar ki, intihar edənin də əzizləri, yaxın qohumları, dostları, həmkarları var? Axı onlar təsadüfi çəkilmiş video görüntüyə baxıb sarsıntı keçirəcəklər. Daha doğrusu, intiharın verdiyi sarsıntı və üzüntü bir qədər də dərinləşəcək. Mümkündür ki, münasibətlərdəki baxışlar kökündən dəyişsin.
Dəyişiklik isə insanın həyat tərzinə də təsir göstərəcək. Araşdırmalar onu göstərir ki, bəzən intihar hadisəsi ilə bağlı bilgilər kütləvi informasiya vasitələrinə sosial şəbəkələrdən daxil olur. Media orqanlarının məsələyə münasibəti iki cür olur.
Bir qrup heç nəyə baxmadan, hadisənin, nə vaxt, harada baş verməsinə fikir vermədən onu yayımlayır. İkinci qrup isə dəqiqləşdirmə aparmaq məqsədilə müvafiq dövlət qurumlarına müraciət edir. Birinci hal əlbəttə tam yolverilməzdir, peşə etikasına birbaşa ziddir. İkinci halda isə media üçün əsas olan intiharın motivində ictimai əhəmiyyət daşıyan olayın, məsələn, hansısa vəzifəli şəxsin və ya yüksək rütbəli məmurun hərəkətinin, ümumən məişət müstəvisindən uzaq davranışın olub-olmadığını müəyyənləşdirməkdir. Yəni demirəm ki, media intihardan ümumiyyətlə yazmamalıdır. Ola bilər ki, yazılmaması pisdir. Bəlkə yazılmaması hansısa cinayətin ört-basdır edilməsidir?! Deməli, media faktı dəqiqləşdirmək üçün müvafiq dövlət qurumuna üz tutmalıdır.
Məhz bu məqamda media və dövlət əməkdaşlığı özünü göstərməlidir. Məlumatlı tərəf olan dövlət qurumu intihar faktı varsa, təsdiqləməlidir. Ancaq bu təsdiqləmə heç də o anlama gəlməməlidir ki, media onun barəsində yazmalıdır. Hər iki tərəf müştərək şəkildə qərar verməlidir – yuxarıda bildirdiyimiz kimi, bu intihar hadisəsi ilə bağlı bilginin informasiya kimi yayılması cəmiyyətə nə verəcək? Burada elə bir məqam varmı ki, məsələni məişət müstəvisindən çıxarsın? Əgər yoxdursa, demək ki, bilginin informasiya olaraq cəmiyyətə çatmaq hüququ da yoxdur. Bunlar ciddi şəkildə nəzərə alınmalıdır".
Ə.Amaşov qeyd edib ki, intihar xəbərlərinin bolluğu intiharı adiləşdirir:
" Buna qarşı ictimai müqavimət get-gedə əhəmiyyətsiz hal alır. Hər kəs düşünür ki, intihar hansısa problemdən çıxış yoludur və ya hansısa problemə adekvat münasibət formasıdır. Nəticədə belə düşüncənin şüurlarda möhkəmlənmə riski yaranır. İctimai missiya daşıyan media üçün vacib məqam məhz bu təhlükəni görmək və qarşısını almaqdır. Eyni missiya dövlət üçün də vacibdir. Hər intihar xəbərini yaymaq media üçün məlumatlılıq göstəricisi sayılmadığı kimi, bununla əlaqədar ilk mənbə rolunda çıxış etmək də dövlət qurumu üçün informasiya açıqlığı göstəricisi sayıla bilməz".
Paylaş:
Müəllif : Yazar
Tarix:31-03-2021, 15:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-03-2021, 15:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26