AzNAR iddia olunanlara aydınlıq gətirdi - AÇIQLAMA
“oxu.az” internet xəbər saytının rəhbərliyinə Tel.: +99455 224 76 86; E-poçt ünvanı: [email protected]
“dia.az” internet xəbər saytının rəhbərliyinə Tel.: +99470 202 30 39; E-poçt ünvanı: [email protected]
“unikal.org” internet xəbər saytının rəhbərliyinə Tel.: +99455 218 00 79; E-poçt ünvanı: [email protected]
Bildiyiniz kimi oxu.az internet xəbər saytında 17 mart 2021-ci il tarixdə saat 15:06-da Nəriman Qarayevin məlumatına istinad edilərək və “dia.az” internet xəbər saytında 17 mart 2021-ci il tarixdə saat 12:45-də unikal.orga-a edilən müraciətə istinad edilərək “Fərhad Əhmədov iqamətgahında çalışan şəxslərin əmək haqqını ödəmir” adlı məqalə dərc edilmişdir.
Həmin məqalədə qeyd olunmuşdur ki, "... Biz 2017-ci ilin noyabr ayından 2019- cu ilin aprel ayına qədər Göyçay rayonu, Potu kəndində yerləşən, Fərhad Əhmədova məxsus iqamətgahında işləmişik. Bu günə qədər zəhmət haqqımızın bir qismini ala bilməmişik. Fərhad Əhmədovun bizə 300 min dollar borcu var. Dəfələrlə Fərhad Əhmədova və onun səlahiyyətli nümayəndələrinə yazılı və şifahi müraciətlərimizə baxmayaraq məsələ həllini tapmamış olaraq qalır. Müxtəlif bəhanələrlə Fərhad Əhmədov dörd dəfə qeyri-rəsmi yerli, bir dəfə isə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işləri yoxlatdırıb. Fərhad Əhmədov tərəfindən aparılmış bütün yoxlamaların nəticələri bizim lehimizə olmağına baxmayaraq cənab Əhmədov ədalətsizlik nümayiş etdirərək, bizə olan borcunu artıq 2 ildir ki, ödəmir".
Həmin yazı ilə bağlı bildiririk ki, yazıda adları sadalanan şəxslər nə “AzNar” QSC, nə də “AzNar” QSC-nin əsas səhmdarı - Direktorlar Şurasının sədri cənab Fərhad Əhmədov ilə müqavilə münasibətlərində olmamış və həmin şəxslərin bizə qarşı hər hansı bir tələb irəli sürmələri məntiqsiz və əsassızdır. Bizdə olan məlumata əsasən həmin şəxslər və ya onların bir qismi “AzNar” QSC ilə podrat münasibətlərində olmuş şəxslərlə müqavilə münasibətlərində olmuşlar və bizim mülahizəmizə görə onlara əmək haqqı borcu onlar əmək münasibətlərində olan şəxslər tərəfindən ödənilmir, lakin bir daha qeyd etmək istərdik ki, bu bizim mülahizəmizdir. Bir şeyi əminliklə bildiririk ki, onların qeyd etdiyi ünvanlarda yerləşən əmlaklar “AzNar” QSC-yə məxsusdur, onun təsisçiliyi ilə yaradılmış “Kənd” MMC-nin operativ idarəetməsindədir, lakin həmin şəxslərlə nə “AzNar” QSC, nə
“Kənd” MMC, nə də ki, “AzNar" QSC-nin əsas səhmdarı - Direktorlar Şurasının sədri cənab Fərhad Əhmədov müqavilə münasibətlərində olmamışlar.
Hesab edirik ki, həmin şəxslər bu yolla əsassız varlanmaq və ya hər hansı maddi nemət əldə etmək istəyirlər. Belə ki, mülki-hüquq münasibətlərinin əmələ gəlməsi üçün əsaslar mövcud olduğu təqdirdə ərizəçilərin məhkəməyə müraciət etmək hüquqları yaranır. Xeyli müddətdir ki, ərizədə qeyd edilmiş bir qrup şəxslər “AzNar” QSC-yə və onun əsas səhmdarı - Direktorlar Şurasının sədri cənab Fərhad Əhmədova ünvanlanan, bəzi hallarda işgüzar nüfuzumuza və təsərrüfat imicimizə xələl gətirən, mənəvi ziyanın vurulmasına dəlalət edən hallarla müşayiət olunan müraciətlərlə sosial şəbəkələrdə aktiv çıxışlar edirlər.
Təbiidir ki, bu cür hüquqa zidd hərəkətlərə qarşı sahibkarlıq subyekti kimi “AzNar” QSC və dünya səviyyəli iş adamı imicinə malik fiziki şəxs Fərhad Əhmədov olaraq biz cavab tədbirləri görülməsi istiqamətində lazımi hüquq-mühafizə orqanlarına müraciətlər edəcəyik.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən “kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır”.
Qeyd olunanları, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddələrini rəhbər tutaraq,
XAHİŞ EDİRİK:
1. Rəhbərlik etdiyiniz internet xəbər saytlarında yayılmış “Fərhad Əhmədov iqamətgahında çalışan şəxslərin əmək haqqını ödəmir” adlı məqalədə qeyd olunanların təkzib edilməsini;
2. Həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə oxuculardan, cənab Fərhad Əhmədovdan üzr istənilməsini təmin edəsiniz.
Hörmətlə,
Teymur Əhmədov adına
“AzNar” QSC-nin baş direktoru Teymur Əhmədov
Paylaş:
Müəllif : Yazar
Tarix:31-03-2021, 15:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-03-2021, 15:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11