AMEA magistraturasına qəbul zamanı müsahibə mərhələsi ləğv olunub - QƏRAR
Bu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.
regionxeberlericom.az-un Akademiyaya istinadən verdiyi xəbərə görə, AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödədiyi halda AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisası seçmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün AMEA magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır. Cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-05-2019, 14:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-05-2019, 14:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti