Hacıbala Abutalıbovun Heydər Əliyevlə bağlı verdiyi vədi pozmasının GİZLİN SƏBƏBLƏRİ
Ötən gün bir xəbər oxudum. Xəbərdə deyilirdi ki, “Baş nazirin sabiq müavini Hacıbala Abutalıbov Bakıdan köçüb. Bu barədə H.Abutalıbovun yaxınları məlumat verib. Bildirilib ki, Hacıbala Abutalıbov xeyli müddətdir Bakıdan köçüb. Onun hazırda Qax rayonunun İlisu kəndində yaşadığı bildirilir. Abutalıbov hələ vəzifədəykən İlisuda özünə dəbdəbəli villa tikdirib və indi orada yaşayır”.
Düzü, xəbərə o qədər də inanmaq istəmədim. Çünki Hacıbala Abutalıbov Bakı şəhərinin “xozeyni” olandan sonra, daha dəqiqi 2004-cü ilin yanvarında rəsmi şəkildə bildirmişdi ki, “Mən ölən günə qədər hər səhər Fəxri Xiyabana gəlib ümummilli liderimizin qəbrini ziyarət edib, sonra işimə gedəcəm”. Bax, məni də təəccübləndirən məsələnin bu tərəfidir. “Neujeli” Hacıbala müəllim andını pozub, vədinə xilaf çıxıb. Axı, İlisudan Fəxri xiyabana hər səhər gəlib getmək qeyri-mümkündür. Onda belə çıxır ki, Hacıbala Abutalıbov zənn edirmiş ki, ölənə qədər “Bakımızın” “xozeyni” olacaq. Və hər gün yolüstü Fəxri Xiyabana baş çəkəcək. Amma belə olmadı. Ona görə də hörmətli professor andını pozdu. İndi gedib İlisuda bulaqları, gözəl mənzərələri ziyarət etmək “məcburiyyətindədir”. “Bakımız” da qalıb Eldar Əzizovun ümidinə.
Ümumiyyətlə, Hacıbala Abutalıbov unikal kadr idi. Danışığı, hərəkətləri və əməlləri ilə. Və özünün unikallığını da zaman-zaman rəhbərlik etdiyi yerlərə daşıyıb. Məsələn, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olanda rayonun dörd bir tərəfini vəhşi heyvanların heykəlləri ilə bəzədi. Və o zaman çox da təvazökar görünürdü. Bütün günü kabinetinin qapısı “xalqın” üzünə açıq idi. Kim istəyirdi, buyurub keçirdi. Sonra qısa müddətə Artur Tahiroviçin müavini oldu. Burda da özünü “xalqın” adamı kimi apardı. Lakin, 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olandan sonra o əsl sifətini göstərdi. Burda bir haşiyəyə çıxmaq istəyirəm.
Sabiq bələdiyyə sədri olan dostum danışır ki, “2000-ci ildə biz, bir-neçə bələdiyyə sədri yığışıb getdik Nazirlər Kabinetinə. Bizi Baş nazirin müavini Hacıbala müəllim qəbul etdi. Danışdıq. Dedik ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt ərazilərindəki bələdiyyələrin əmlakının müəyyənləşməsinə əngəl olur. Bizi diqqətlə dinləyən Hacıbala müəllim az qaldı dəsmal çıxarıb bizim halımıza ağlaya. Rafael Allahverdiyevin dalınca xeyli söylənəndən sonra söz verdi ki, bu məsələni ən yüksək səviyyədə müzakirəyə çıxardacaq. Sevindik. Bu söhbətdən təxminən 5-6 ay sonra Hacıbala müəllim oldu şəhərin meri. Bu dəfə lap sevindik. Dedik ki, bizim adam gəldi.
Bir müddət sonra bir nəfər həmkarımla getdik Baksovetə. Amma Hacıbala müəllim bizi qəbul etmədi. Uzun get-gəldən sonra bunu Baksovetin qarşısında maşından düşərkən yaxaladıq. Bizi tanımadı. Zornan özümüzü və problemimizi buna xatırlatdıq. Və birdən elə bil bunu ilan vurdu. Yerində tullanıb düşdü. Üstümüzə qışqırdı. Dedi ki, “Bələdiyyə sədrləri hamısı oğrudur, rüşvətxordur. Onların hamısını tutduracam”. Bunun qışqırtısına xeyli adam yığışdı. Və təbii ki, gələnlər bizi “qınadı”, “kişi”ni rahat buraxmağımızı tövsiyə etdi. 3 il sonra isə hər ikimizin təkrar seçkilərə qatılmamağımıza göstəriş verdi”.
Hacıbala Abutalıbov barədə bu tip misalları N qədər çəkə bilərəm. Amma nə hacət. Görünən dağa bələdçi lazım deyil. Onun Bakı şəhərinə 18 ildə vurduğu ziyanı bundan sonrakı 180 ilə də aradan qaldırmaq mümkün deyil. Yaşlı nəslin xatirindədir. Bir zamanlar dəniz tərəfdən baxanda Bakını amfiteatra bənzədirdilər. Hətta İtaliyanın Nepal şəhəri də bu mənzərəyə görə Bakıdan geri qalırdı. Bax, Hacıbala Abutalıbov Bakının bu mənzərəsini yerlə bir etdi. Bu gün paytaxt qarışıq, nizamsız tikilmiş və memarlıq cəhətdən bir-birini tamamlamayan yüksək mərtəbəli binaların poliqonuna çevrilib.
Yeri gəlmişkən, Hacıbala müəllim Baksovetə gələndən sonra ilk göstərişi bu oldu ki, fərdi mənzillərin tikintisinə icazələr dayandırılsın. Və dedi ki, “Bakıda ancaq çoxmərtəbəli yaşayış binaları tikiləcək. “Onun bu göstərişindən sonra hadisələr iki istiqamətdə və neqativ yolla inkişaf etməyə başladı. Birincisi, paytaxtda və ətraf ərazilərdə qanunsuz tikilən evlərin, daha sonra yaşayış massivlərinin salınmasına rəvac verildi. İkinci istiqamət isə o oldu ki, Bakıda çoxmərtəbəli binaların nizamsız tikinti bumu başladı. Pulu olan cumdu Baksovetə. Harda istədi bir “novostroyka”nın təməlini qazdı. Əvvəllər qiymətlər bir qədər ucuz idi. Hacıbala nüəllimin adamları hər blok üçün mənzil tikinti kooperativindən 50 min manat alırdı.
Sonra “kliyentin” çoxluğunu görüb, bir blokun icazə qiymətini 100 minə, daha sonra isə 300 minə qaldırdılar. Ən pisi də o idi ki, yeni inşa edilən binalar heç bir texniki-geoloji sənədləşmələr aparılmadan tikilirdi. Hətta bir çox işbazlar tikintiyə dair sərəncam almadan bünövrəni töküb, inşaat işləri aparırdılar. Qaydaya görə belə binaların tikintisi üçün iki sərəncam tələb olunur. Birinci sərəncam tikiləcək binaya yer ayrılması barədə verilir. İkinci sərəncam isə müvafiq qurumlardan razılıq və ekspertiza rəyləri alındıqdan sonra verilir.
Yalnız bu sərəncamdan sonra tikinti işlərinə başlamaq olardı. Amma əksər işbazlar ikinci sərəncamı almadılar. Çünki hər sərəncamın öz qiyməti vardı. Üstəlik, sənədlər toplanarkən əlavə xərclər çıxırdı. Ona görə də əksər binalar sadəcə yerin ayrılması haqqında Baksovetin sərəncamına əsasən tikilirdi. Hacıbala Abutalıbov və ətrafı da bunu çox gözəl bilirdi. Amma variantın sərfəli olması ucbatından Şəhər rəhbərliyi susurdu. Bunun da bir çox gizli səbəbləri var. Lakin müəyyən səbəblərə görə, o, gizlinləri söyləyə bilmirik.
Nəhayət, 2008-ci ildə Fövqəladə Hallar Nazirliyi yaradıldı. Kəmaləddin Heydərovun da ilk işi Bakıda inşa olunmuş “qanunsuz” tikililərlə bağlı oldu. O zaman, Heydərovun göstərişi ilə xeyli sayda “novostroyka”nın tikintisi dayandırıldı, bəziləri isə sökdürüldü. İstifadəyə verilən “novostroykaların” əksəriyyəti isə qanunsuz tikili elan edildi. Və Əmlakın Dövlət Reystr Xidmətinə həmin binalara “kupça” verilməsi qadağan edildi. Hazırda Bakıda yüzlərlə bina var ki, hələ də sakinlərinə “kupça” verə bilmir. Sakinləri yalnız müqavilə ilə idarə edir. Çünki “kupça” üçün FHN-nin bığının altından keçmək lazımdır. Lakin “bığ yağı” çox baha olduğu üçün ev tikənlər bu işə qol qoymurlar.
Çox təəssüf ki, bu problem bu gün də açıq qalır. Hacıbala Abutalıbov İlisuda keyf edir. Bir ətək pul verib ev alanlarsa, müqavilə ilə keçinib gedirlər.
Hacıbala Abutalıbov “təmiz” iş görən kadr idi. O xırda-mırda işlərə qol qoymazdı. Ona görə də paytaxtdakı xırda biznesi ləğv etdi. Böyük layihələrə “qol qoydu”. Onlardan biri də yol kənarlarındakı obyektlərin “yığışdırılması” oldu. Vaxtilə müharibə veteranlarına və şəhid ailələrinə dolanışıq üçün yol kənarlarında yüngül konsrtuksiyalı tikililərə icazə verilirdi. 2001-ci ildən şəhid ailələrinə və müharibə veteranlarına verilən bütün güzəştləri Abutalıbov ləğv elədi. Səsini qaldırana da dedi ki, “Gedib mənim üçün vuruşmamısan ki? Mənim vəzifəm “Bakımızı gözəlləşdirməkdir”. Əslində bu “gözəlləşdirmə”nin özü də böyük biznes idi. Qısa müddətdə paytaxtdakı yol qırağındakı bütün “butka”lar yığışdırıldı. Əvəzində yen tip “yevrostil” köşklər şəbəkəsi yaradıldı.
Bu şəbəkədə isə üç sima ortaq biznes qurdu. Hacıbala Abutalıbov, prezidentin sabiq köməkçisi Əli Həsənov və Bakı şəhər Yaşıllaşdırma departamentinin keçmiş direktoru Vaqif Novruzov.
Hacıbala Abutalıbovun Bakıya gətirdiyi daha bir bəla isə ucuz və ekoloji cəhətdən keyfiyyətli olan tramvay-trolleybus parkının ləğv etməsi oldu. Bir zamanlar Bakıya yaraşıq verən tramvay-trolleybus parkı Hacıbala müəllimin biznes marağına qurban verildi. Tramvay-trolleybus xəttlərinin polad relsləri və mis hava xətləri sökülərək iranlı işbazlara satıldı. Eyni zamanda, dağıdılan tramvay-trolleybus parklarının əraziləri “od” qiymətinə işbazlara satıldı.
Ümumiyyətlə, Hacıbala Abutalıbovun Bakının başına gətirdiyi bəlaları saymaq üçün bir neçə ustad Gədəbəy aşığı və 40 gün 40 gecəlik dastan axşamları lazımdır. Ona görə də qalan fikirlərimi növbəti yazılarıma saxlayıram…
Yazımın sonunda yenə qayıdıram ilk abzasda yazdığım fikrə. Hacıbala Abutalıbov “and içmişdi” ki, ölənə qədər hər səhər Fəxri Xiyabana ziyarətə gələcək. Amma Hacıbala müəllim andını pozdu. Ona görə pozdu ki, bizim cəmiyyətdə sədaqət ideallara deyil, oturduğu kresloyadır. Bu gün Abutalıbovun kreslosu yoxdur. Ona görə də onun Fəxri Xiyabana getməsinə də daha “ehtiyac” yoxdur. Qoy Fəxri Xiyabana indi də Eldar Əzizov getsin. Hacıbala müəllim də İlisunu “bizimkiləşdirsin…”
Surxay Atakişiyev,
KONKRET.az.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-03-2021, 16:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-03-2021, 16:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01