“Azərbaycan hər an istənilən təxribata hazır olmalıdır” - Polkovnikdən SENSASİON AÇIQLAMALAR
Azərbaycan ordusunun 4 günlük antiterror təlimləri başa çatdı. Bu, ilk belə təlim idi, həm də 44 günlük qalibiyyətli müharibədən sonra. Xüsusən də Ermənistanın gizli yolla ərazimizə silahlılar göndərməsi barədə artan xəbərlər fonunda son təlimlərin önəmi danılmazdır. Bu mövzuda ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a maraqlı məqamlarla zəngin müsahibə verib.
- Cənab polkovnik, ordumuzun son hərbi təlimləri “bəlkə qaytardılar” xülyası ilə yaşayan Ermənistan və terrorçu-separatçı qüvvələr üçün çəkindirici rol oynaya bilərmi? Sizcə, yazda antirterror əməliyyatının aparılması ehtimalı nə dərəcədədir?
- Təbii ki, heç nə istisna olunmur. Ona görə ki, hələlik bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Ermənistan özünün düşmənçiliyini və düşmən siyasətini gizlətmir, revanşist ideyalardan çəkinmir. Bu fonda biz bilirik ki, müharibəyə qədər ermənilər partizan hərəkatı ilə bağlı müəyyən hazırlıqlar aparırdılar, düşərgələr hazırlayırdılar. Məlumatlara görə, hələ də bir sıra muzdlu əsgərlər Rusiya sülhməramlılarının nəzarətində mövcuddur. Bütün bunlar onu göstərir ki, havalar isindikcə, qar əridikcə, meşələr yaşıl örtüyə büründükcə hansısa quldur, terrorçu dəstələrin aktivliyi istisna olunmur.
Bundan əlavə, biz bilirik ki, Cənubi Qafqazda, həmçinin Azərbaycan ərazisində qeyri-stabilliyin olmasında və təxribatların törədilməsində maraqlı olan müəyyən qüvvələr var. Onlar xaricdədir, diaspora tərəfindən də maliyyələşdirildiyi haqda məlumatlar var. Eyni zamanda, Ermənistanın siyasi arenasında hansısa divident qazanmaq istəyənlər yenə də revanşist ideyalarla çıxış edirlər. Bunlar hamısı Azərbaycanın hər zaman istənilən təxribata hazır olmasını və antiterror əməliyyatı aparmasını zəruri edir. Bu da öz növbəsində planlı şəkildə müəyyən təlimlərin keçirilməsi zərurətini yaradır. Ümumiyyətlə, bu saat dünyanın bütün ordularında aparılan hərbi təlimlərdə antiterror əməliyyatı ilə bağlı hissə, ssenari var. Həmçinin Azərbaycan reallığı mövcuddur. Biz bilmirik müharibədən sonra bizi nə gözləyir. Nə mənada? Hələlik bizim sülhməramlı qüvvələrə də müəyyən suallarımız var. Ermənilərin bəzi yollarla qanunsuz şəkildə Azərbaycana gəlməsi, arzuedilməz və təxribatçı erməni nümayəndələrin ölkəmizin ərazisinə daxil olması ilə bağlı suallar çoxdur. Ona görə də Azərbaycan hər an, hər hansı bir hərəkətə hazır olmalıdır. Digər tərəfdən, bilirik ki, boşluqlar çoxdur, biz hələ infrastrukturu tam bərpa etməmişik. O boşluqlardan, dağlardan, meşələrdən müəyyən bir şəkildə təxribatçı, terrorçu qrupların istifadə etməsi istisna olunmur.
- Müşahidələr bunu deyir ki, nəinki müxalifət, Ermənistan hakimiyyətinin özü də anlaşmanın pozulması, ertələnməsi, Zəngəzur dəhlizinin açılmaması üçün manevrlər edir, hətta daxildəki qarışıqlıq ona bu cəhətdən lazımdır. Üstəlik, Serj Sərkisyan da bu günlərdə iddia etdi ki, Qarabağın qalan hissəsi heç vaxt Azərbaycanın tərkibinə keçməyəcək. O halda növbəti hərbi əməliyyatın qaçılmazlığına şübhə yeri qalmır, elə deyilmi?
- Sərkisyan hələ prezident olanda da çox şey deyirdi və indi də müəyyən dividendlər qazanmaq üçün müəyyən ifadələrdən istifadə edir. Ancaq indi Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib. Bundan sonra Sərkisyanın hər hansı sözünü çox da ciddi qəbul etmək lazım deyil. Hər halda Rusiya Federasiyasının prezidentinin siyasi çəkisi Ermənistanın eks-prezidentin çəkisindən qat-qat artıqdır. Əgər Putin deyirsə, “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, biz Sərkisyandan niyə sitat gətiririk? Onlar bu saat müxalifətdədir və müxtəlif revanşist ideyalar səsləndirirlər. Ancaq reallıq ondan ibarətdir ki, 10 noyabr bəyanatına təkcə Ermənistan qol çəkməyib, həm Azərbaycan, həm də Rusiyaimza atıb. Rusiyanın imzası müəyyən bir şəkildə zəmanət verir ki, bu bəyanatın bəndləri yerinə yetirilməlidir. Zəngəzur məsələsi də gündəmdədir, onu heç kim gündəmdən çıxartmayıb. Sadəcə, Ermənistanda gedən proseslər müvəqqəti xarakter daşıyır, gec-tez hansısa hakimiyyət yerində oturacaq və o bəyanatın bəndlərini yerinə yetirməyə məcbur olacaq. Ona görə də düşünmürəm ki, bunlara biz çox ciddi yanaşmalıyıq.
Hesab edirəm ki, irimiqyaslı yox, xırda terrorçu qrupların quldurluq fəaliyyətinə qarşı əməliyyatlar olacaq. Ümumiyyətlə, hansı müharibələrə diqqət etsək, eyni mənzərə yaranır. Müharibələrdən dərhal sonra heç yerdə sakitlik olmur. Müəyyən bir zaman çərçivəsində quldur, terrorçu dəstələr olur. Buna postmüharibə prosesi deyirlər. Bu proses bir müddət davam edəcək. Azərbaycan dövləti indi bütün tədbirləri görür. Hərbi təlimlərin də məqsədi ondan ibarətdir ki, gələcəkdə müəyyən bir istiqamətlərdə, ərazilərdə terrorçu fəaliyyətin aktivləşməsinin qarşısı alınsın. Əgər hər hansı bir ərazidə təxribat vəziyyəti yaranarsa, onun qarşısını almaq üçün ordumuz digər əlaqədar qurumlarla müəyyən addımlar atacaq. Hərbi təlimlərin keçirilməsində məqsəd də budur.
- Bu faktdır ki, sülhməramlıların nəzarəti altında olan bölgələrdə qanunsuz silahlı birləşmələr var və həmin terrorçular özlərini “artsax ordusu” adlandırırlar. Ölkəmizin ərazisində qanunsuz silah daşıyanlar birmənalı şəkildə məsuliyyətə cəlb olunur, eləcə də digər ölkələrdə. Belə olan təqdirdə Azərbaycan qanunsuz silahlı dəstələrin neytrallaşdırılması məqsədilə addım atacağı halda, sülhməramlıların mövqeyi necə olacaq, sizcə?
- Sülhməramlı qüvvələrin öz funksiyası var. Siz düz deyirsiniz, o ərazilərdə əli silahlı ermənilər var. O ərazilər isə 5 il müddətində sülhməramlıların nəzarətindədir. Bu müddət ərzində həmin bölgədə baş verən proseslərə görə onlar cavab verir və onlar da qarşısını alacaqlar. Əgər Azərbaycanla birgə hansısa addım atmağa ehtiyac yaranarsa, bu da istisna olunmur. Ona görə də Azərbaycanın bütün strukturları həm sülhməramlı qüvvələrlə sıx əlaqədədir, həm Monitorinq Qrupu ilə. Həm də bütün bu proseslərə nəzarət etməyə çalışılır ki, ölkəmizin maraqları təmin olunsun. Yenə deyirəm, bu saat bütün proseslərin tam şəkildə öz həllini tapmamasının səbəbi Ermənistandakı qeyri-stabil vəziyyətdir. Yəqin ki, orda vəziyyət stabilləşdikcə, biz artıq hadisələrin müəyyən müsbət istiqamətdə inkişafı barədə məlumatlar alacağıq. Müsbət istiqamətdə inkişafın səbəbkarlarından biri də Azərbaycan dövləti olacaq.
- 90-cı illərdə də anlaşma əldə olunmaq ərəfəsində olduğumuz halda, Ermənistanda terror baş verdi “status-kvo” dəyişmədi. Görünür ermənilər təcrübədən çıxış etmək istəyirlər...
- Əsas odur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və artıq sərhədlərimizin dəqiqləşdirilməsi prosesi gedir. Ona görə də nə 90-cı il deyil, nə Ermənistanın ordusu o vəziyyətdə deyil, nə də Azərbaycan ordusu 90-cı illərin ordusu deyil. Biz reallıqdan çıxış edərək əminliklə deyə bilərik: Azərbaycan ordusunun gücü, imkanı və peşəkarlığı çatır ki, qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlsin. Bizim Ermənistandan başqa düşmənimiz yoxdur. Ermənistan da böyük bir dövlət deyil ki, deyək bu dövlət böyük bir orduya, gücə, nüfuza sahibdir. Biz ordakı vəziyyəti yaxşı bilirik.
- Ermənistanda revanşistlər nəinki Qarabağa iddia edirlər, hətta Moskva Müqaviləsinin ləğvi haqda sərsəm iddialar da səsləndirirlər. Deməli, bu ölkəni “Dəmir yumruq” da islah etməyib. Belə olan halda Ermənistanın ümumiyyətlə, orduya sahib olması, yenidən silahlanması bütövlükdə bölgə üçün təhlükə deyilmi? Terrorçuluğu, işğalı əsas məramı sayan ölkənin ordudan məhrum edilməsi məsələsini beynəlxalq miqyasda müzakirə mövzusuna çevirə bilmərikmi?
- Mən müharibədən dərhal sonra bu fikri demişdim ki, beynəlxalq qurumlar artıq bunu nəzərə almalıdırlar ki, Ermənistan onun-bunun əlində alət olan dövlətdir, heç vaxt müstəqil olmayıb. Digər tərəfdən, Ermənistanın bu gün bütün qonşu ölkələrə ərazi iddiası var. İstər Gürcüstan, istər Türkiyə, istərsə də Azərbaycan. Təkcə İrana qarşı ərazi iddiaları irəli sürmür, orda da müəyyən asılılıqları var. Belə bir dövlətin silahlı qüvvələri olmalı deyil, ona görə ki, Ermənistanın torpağında heç kimin gözü yoxdur, əksinə, ermənilərin qonşu ölkələrin torpağında gözü var. Bütün tarix də bunu göstərir. Ancaq biz bilirik ki, dünyada ikili standartlar var və Ermənistanın bu gün silahlanmasında da müəyyən maraqlı qüvvələr mövcuddur. Həmin qüvvələr iri dövlətlərin Cənubi Qafqazda toqquşan maraqlarını ifadə edirlər. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanın apardığı siyasət ona yönəlib ki, hədəflərinə tam nail olsun. Necə ki, bütün riskləri müharibəyə qədər necə azaltmışdısa, nəticədə qələbə qazandıq. O zaman Azərbaycanla Ermənistanı tək qoya bildilər və ordumuz öz sözünü dedi. İndi Azərbaycanın maraqlarını dəstəkləyən Türkiyə kimi böyük bir dövlət var, Pakistan öz mövqeyini bildirib. Yəni artıq geosiyasi fonda da Azərbaycanın bugünkü vəziyyətini 90-cı illərlə müqayisə etmək olmaz. Azərbaycanda bu gün istər siyasətdə, istər diplomatiyada, istər güc yolu ilə, istər silahlı qüvvələrin peşəkarlığı, istərsə də daxildəki vətənpərvərlik ruhu ilə bağlı durum tam başqadır. Bütün proseslər bizə qarşıda müsbət dəyişikliklərin olacağı, Azərbaycanın maraqlarının bərpa ediləcəyi və bütün proseslərin milli maraqlarımıza uyğun şəkildə inkişaf edəcəyi haqqında proqnozlar irəli sürmək imkanı verir. Əlbəttə, bu, asan olmayacaq. Bütün sahələrdə mübarizələr qaçılmazdır. Ancaq bu gün dövlətimiz bu çətinliklərə sinə gərməyə və qarşıdakı hədəfləri əldə etməyə yetərincə güclüdür.
- Cənab polkovnik, biz illər boyunca “gələn Novruzu inşallah Qarabağda qeyd edək” duası ilə milli bayramımızı qeyd edirdik. Şükürlər olsun ki, bu il Şuşa başda olmaqla, Qarabağımızın digər yurd yerlərində bayram tonqalları çatılır. İndi sizdə əminlik varmı ki, inşallah gələn Novruzda Xankəndi, Xocalı, Xocavənddə də tonqallar çatacağıq?
- Mən buna heç vaxt şübhə etməmişəm. Hətta torpaqlar işğal altında olanda da, sizə səmimi deyim, heç vaxt şübhə etməmişəm ki, biz torpaqları qaytaracağıq, qələbə qazanacağıq. İndi də mənim heç bir şübhəm yoxdur ki, Azərbaycanın bütün əraziləri bərpa olunacaq, normal yaşayış bərpa olunacaq. Tezliklə Qarabağın dağlıq hissəsində də Azərbaycan dövlətinin bütün qanunları işləyəcək, mənim buna heç bir şübhəm yoxdur və olmayıb. Çünki müəyyən proseslər, ümumi təhlillər bunu deməyə əsas verib. Əsas odur ki, bizim müdrik xalqımız, müdrik dövlət rəhbərimiz var, biz bunu gördük. Digər tərəfdən, biz lazım olanda bütün şəxsi maraqları kənara qoyaraq bir ola bilirik, birləşə bilirik. Bu da bizim cəmiyyətimizin formalaşması deməkdir. Bu isə hər hansı çətinliklər olsa, yenə də bir yumruq kimi birləşib, Azərbaycanın maraqlarını qorumağa qadir olacağımızı deyir. Üstəlik, Azərbaycan dövləti bundan sonra da güclü ordu yaratmaq istiqamətində lazım olan işləri aparacaq. Prezident, Ali Baş Komandan İlham Əliyev bununla əlaqədar dəfələrlə bu barədə öz fikrini deyib.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:20-03-2021, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-03-2021, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |