Pensiya alanların sayı azalır, yoxsa AZALDILIR?.. - “Gürcüstan modelinə keçilsin”
Bu ildən etibarən Azərbaycanda kişilərdə pensiyaya çıxmaq yaşı 65 yaş olacaq. Qadınlarda isə 2027-ci ilədək hər il altı ay artırılaraq 65 yaşa çatdırılacaq. Pensiya yaşının artırılması ölkədə pensiya alanların da sayınız azalmasına səbəb olub.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2006-cı ildə Azərbaycanda hər 1000 nəfərin 162-si pensiya alıb. Ötən il bu göstərici 128-ə düşüb. Yəni, son 14 il ərzində Azərbaycanda hər 1000 nəfərə düşən pensiyaçıların sayı 21 faiz azalıb.
Qeyd edək ki, MDB ölkələrində pensiya alanların sayı Azərbaycanla müqayisədə daha çoxdur.
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, Azərbaycanda pensiya qanunvericiliyi ən çox dəyişikliyə məruz qalan sahələrdəndir:
“Təəssüf ki, hələ də ortaq məxrəc tapılmayıb. İnsanların pensiyada qalma müddəti qanunda 12 il göstərilsə də, pensiya kapitalı vətəndaşın pensiya təminatını təmin etməlidir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin statistikasına görə, Azərbaycanda orta yaş həddi kişilərdə 72 yaş yarım, qadınlarda isə 77 yaşdır. Beləliklə, kişilər təqribən 7 il yarım pensiyada qala bilirlər. Qadınlarda isə indiki halda bu müddət normaldır. Lakin digər ölkələrin təcrübəsinə baxdıqda görürük ki, bəzi dövlətlərdə pensiyaya çıxma yaşı 70-dir. Bu ölkələrdə səhiyyə sistemi o dərəcədə mükəmməldir ki, insanlar uzunömürlüdür”.
İqtisadçının sözlərinə görə, Azərbaycanda xarici ölkələrdən fərqli olaraq cəmi bir dövlət pensiya fondu var, özəl fondlar yoxdur:
“Vətəndaş işlədiyi zaman məcbur olaraq sığorta kapitalı ödəyir. Bu, əmək haqqı ilə nisbətdə böyük məbləğ edir. Hesab edirəm ki, Gürcüstan modelinə keçmək daha yaxşı olardı. Gürcüstanda sosial vergi var və Dövlət Sosial Müdafiə Fondu deyilən bir qurum yoxdur. Bu funksiyaları Maliyyə Nazirliyi həyata keçirir. Pensiya da Maliyyə Nazirliyi tərəfindən vahid xəzinədarlıqdan ödənilir.
Heç vaxt pensiyanın verilməsində gecikmələr olmur. Çünki sosial vergi olaraq əmək haqqında 20 faiz tutulan vergi həm sosial təminatı təmin edir, həm işsizliklə bağlı müavinətlər verilir. Bu faiz bizdə yüksək olduğu üçün vətəndaşları təmin edə bilmirik. Digər MDB ölkələrində pensiya alanların çox olma səbəbi insanların sağlam həyat sürməsi, dövlətin mükəmməl səhiyyə sisteminin və uzunömürlülüyün olmasıdır.
Təəssüf ki, Azərbaycanda Ermənistanın təcavüzü nəticəsində vaxtilə 1 milyona yaxın vətəndaşımızın köçkün düşməsi və stresslər yaşaması ucbatından onların ömrü azalıb. Beləliklə, bizdə pensiya yaşında olanların sayı digər ölkələrə nisbətən aşağıdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-03-2021, 08:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-03-2021, 08:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti