"Əlbəttə ki, son və qəti qərar Prezidentə məxsusdur" - KİMLƏR ƏFV OLUNACAQ?
“Əfv Komissiyanının iclasları davam edir, artıq səkkiz iclas keçirmişik. Səkkizdən artıq müraciətlərə baxılıb və qarşıda da iclaslarımız var və o iclaslarda da daxil olan müraciətlərə baxılıb, müvafiq tövsiyə xaraketrli qərarlar qəbul ediləcək”
Bunu Moderator.az-a açıqlamasında hüquqşunas, Əvf Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Ə.Nuriyev Novruz bayramı ərəfəsində ölkə başçısı tərəfindən növbəti dəfə əfv sərəncamının imzalanacağını bildirib:
“Əfv Komissiyanının iclasları davam edir, artıq səkkiz iclas keçirmişik. Səkkizdən artıq müraciətlərə baxılıb və qarşıda iclaslarımız var və o iclaslarda da daxil olan müraciətlərə baxılıb, müvafiq tövsiyə xaraketrli qərarlar qəbul ediləcək. Əlbəttə ki, son və qəti qərar Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Çünki əfv hüququ cənab prezidentin müstəsna konstutisyon səlahiyyətidir, bu hüquq bölünməz və verilməzdir. Bu baxımdan da əfv sərəncamının nə vaxt həyata keçəcəyini cənab prezident təyin edir. Əlbəttə, ötən illərin təcrübəsi onu göstərir ki, əksər əfv sərəncamları Novruz bayramı ərəfəsində verilib. Ümumi əfv sərəncamı 2019-cu ilin Novruz bayramı ərəfəsində verildi. Doğrudur, bundan sonra daha bir əfv sərəncamı oldu, amma bu xüsusi risk qrupuna daxil olan şəxslər üçün idi. Belə ki, 2020-ci ilin aprel ayının 20-də cənab prezident tərəfindən 65 və bu yaşdan yuxarı olan, qayğıya ehtiyacı olan, xəstəlikdən əziyyət çəkən şəxslərlə bağlı əfv sərəncamı oldu və 176 nəfər azadlığa buraxıldı.
Bilirsiniz ki, ötən il Azərbaycanın tarixində böyük bir hadisə baş verdi. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən işğal olan torpaqlarımız azad edildi, Vətən müharibəsində qalibiyyət əldə etdik. Bu, insanlarımızın əfvlə bağlı baxışlarındakı müzakirələrinə yeni bir rəng verdi. Vətən müharibəsindəki qalibiyyət bir çox məhkum ailələrində və məhkumlarda belə bir düşüncə tərzi formalaşdırdı ki, əfv sərəncamı cənab prezident tərəfindən imzalanacaq. Doğrudan da əfv komissiyasının iclaslarının davam etməsi bu istiqamətdə hərəkətlənmənin yetərli qədər olduğunu göstərir və istisna etməzdim ki, Novruz bayramı ərəfəsində belə bir əfv sərəncamı ola bilər. Amma yenə də sərəncamın hansı gün verilməsi cənab prezidentin müstəsna səlahiyyətidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-03-2021, 18:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-03-2021, 18:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti